Xərçənglə mübarizədə qalib gələn və məğlub olan tanınmışlarımız – SİYAHI

Xərçənglə mübarizədə qalib gələn və məğlub olan tanınmışlarımız – SİYAHIİstər dünya, istərsə də yerli sənət adamlarının həyatına, yaradıcılığına son qoyan xəstəliklərdən biri, ən dəhşətlisi xərçəngdir. Əsrin bəlası olan bu xəstəliyə qurban gedən məşhurlarla yanaşı, onunla mübarizə aparan və bu bəlaya qalib gələn məşhurlar da az deyil.
Xanim.az oxucularına bu xəstəlikdən dünyasını dəyişən, mübarizə aparan və qalib gələn məşhurların siyahısını təqdim edirik:

Xalq artisti, görkəmli muğam ifaçısı Ağaxan Abdullayev uzun illər xərçəng xəstəliyindən əziyyət çəkib. Bir neçə dəfə əməliyyat edilsə də, 2016-cı il dekabrın 25-də 66 yaşında vəfat edib. 

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədoğlu qaraciyər xərçəngindən əziyyət çəkib. Bir müddət müalicə alan sənətkar 2015-ci il dekabrın 21-də 69 yaşında vəfat edib. 

Xalq artisti, Rus Dram Teatrının aktrisası Nataliya Tağıyeva xərçəngdən əziyyət çəkib. Bir neçə dəfə müalicələr alan aktrisa 2005-ci ildə 51 yaşında dünyasını dəyişib.

Xalq şairi, görkəmli dramaturq Vaqif Səmədoğlu da xərçəngdən əziyyət çəkən və bu xəstəliyə məğlub olan məşhurlar sırasındadır. Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də 75 yaşında dünyasını dəyişib. 

Səməd Vurğun ailəsinin digər üzvü, Vaqif Səmədoğlunun böyük qardaşı Yusif Səmədoğlu da xərçəng xəstəliyindən əziyyət çəkib. 1998-ci il avqustun 17-də 62 yaşında vəfat edib. 

Azərbaycanın əməkdar artisti, Musiqili Teatrın aktrisası Xanım Qafarova süd vəzisi xərçəngindən əziyyət çəkib. O, 2014-cü il iyulun 11-də, 47 yaşında vəfat edib. 

Tanınmış rejissor Şahin Zəkizadə də xərçəng (qan xərçəngi-leykoz) xəstəliyindən vəfat edən məşhurlardandır.

Əməkdar artisti, tanınmış aktyor Firuz Xudaverdiyev də xərçəng xəstəliyindən vəfat edib. Firuz Xudaverdiyev Akademik Milli Dram Teatrının truppasına 1976-cı ildə qəbul olunub və müxtəlif dərəcəli obrazlar yaradıb. Aktyor 2002-ci ildə əməkdar artisti fəxri adına layiq görülüb. F.Xudaverdiyev 20-dən artıq filmdə, o cümlədən, "Pəncərədə işıq", "Biz qayıdacağıq", "Günaydın mələyim" və s. ekran əsərlərində çəkilib.

Həmçinin əməkdar artist Hamlet Qurbanov, Tələt Rəhmanov, "Bir cənub şəhərində" filmində oynadığı Həsən rolu ilə uğur qazanan Məcid Dadaşov, aktrisa Vəfa Fətullayeva, Şahmar Ələkbərov, Əlibala Əsgərov, rejissor Fikrət Əliyev, xalq artisti, görkəmli xanəndə, Akademik Opera və Balet Teatrının solisti Rübabə Muradova da xərçəng xəstəliyindən əziyyət çəkənlər sırasındadır. 

Xəstəliyə qalib gələn məşhurlar xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Şükufə Yusubovanın da bu xəstəliyindən əziyyət çəkdiyi deylir. Bu barədə mətbuatda az xəbərlər yayılsa da, xalq artistinin bir neçə il əvvəl ağır əməliyyat edildiyi məlumdur.

Xalq artisti, Azərbaycanın görkəmli opera müğənnisi, "Şöhrət" və "Şərəf" ordenli Xuraman Qasımovanın da, uzun illər əvvəl süd vəzisi xərçəngindən əziyyət çəkdiyi deyilib. 

Həmçinin əməkdar artist, Opera və Balet Teatrının solisti Gülüstan Əliyeva da xərçəngdən əziyyət çəkdiyi və bu xəstəliyə qalib gəlib.

Xalq artisti, tanınmış televiziya diktoru Rafiq Hüseynov 2013-cü ildən ağciyər xərçəngindən əziyyət çəkir. Türkiyədə əməliyyat edilən Rafiq Hüseynovun ağciyərinin üzərində şiş götürülüb. Hazırda ciddi müalicə alan Rafiq Hüseynov özünü normal hiss edir.

Əməkdar artist, sevilən aktrisa Kübrabəyim Əliyeva uzun illər süd vəzisi xərçəngindən əziyyət çəkir. Ağır əməliyyatlar keçirən Kübra Əliyevanın müalicələri hazırda da, davam etməkdədir.

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Hicran Nəsirova süd vəzisi xərçəngindən əziyyət çəkib. Uzun illər əvvəl Moskvada ağır əməliyyat edilən Hicran Nəsirova hazırda səhnədədir və sənət fəaliyyətini davam etdirir. 

Əməkdar artist Coşqun Rəhimov da neçə illərdir qalxanabənzər vəzinin xərçəng ilə mübarizə aparır. Aktyor üç dəfə əməliyyat olunub və hazırda vəziyyəti normaldır.

Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva da müsahibələrinin birində onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildirmişdi. Aşıq Samirənin sözlərinə görə, o, 7-8 il öncə həkimlərin səyi nəticəsində xərçəngə qalib gəlib.

Tanınmış aparıcı, bir sıra xeyriyyə işlərinin təşkilatçısıs Hacı Nuran (Hüseynov) bir neçə ildir ki, limfaqranulematoz xəstəliyi ilə (ağciyər xərçəng) ilə mübarizə aparır. 

Aktrisa-aparıcı Zümrüd Qasımova da xərçəng xəstəliyə qalib gəlməyi bacarıb. 2010-cı ildən bəri döş xərçəngi ilə mübarizə aparan Zümrüd Qasımova bu xəstəliyin ailəsində irsi olduğunu bildirib. 17 ildir ki, amansız xərçənglə mübarizə aparan aparıcının vəziyyəti hazırda yaxşıdır.

Əməkdar artist Kəmalə Müzəffər də xərçəng xəstəliyi ilə mübarizə aparan məşhurlardandır. Onun sifətində bazalioma (ən çox yayılan dəri xərçəngi-red) aşkarlanıb. Əməliyyat keçirən aktrisa, mütəmadi olaraq həkim müayinə və nəzarətindən keçir.

Qeyd edək ki, xərçəng xəstəliyi hüceyrələrdə DNT-nin (Dezoksiribonuklein turşusu) zədələnməsi nəticəsində hüceyrələrin anormal və sistemsiz şəkildə böyüməsi və çoxalması nəticəsidə meydana gəlir. Hər gün vücudumuzda (DNT-də) təqribən on min mutasiya prosesi getsə də, immun sistemimiz hər millisaniyədə vücudumuzu yoxlayır və xərçəng xəstəliyi törədə biləcək hüceyrələri məhv edir. Xərçəng xəstəliyi bədənimizdə olan hüceyrələrin sistemsiz bir şəkildə çoxalması və digər toxumalara təsir etməsi nəticəsində yayılır.(BiG.AZ)
Xərçənglə mübarizədə qalib gələn və məğlub olan tanınmışlarımız – SİYAHI

Xəbərlər     Baxılıb: 2047   Tarix: 16 aprel 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

maskalar sac duzumleri hamiləlik zirinc faydalari tanışlıq saytları intim kelem tutmasinin hazirlanmasi qadin ehtirasi artiran dermanlar kosmetika atalar sözü webnem tovuzlu faydalı maskalar ginekoloq maska