Xəstələrin çoxu koronavirusu evdə keçirir, lakin xəbərləri olmur
Dünya ölkələri Çində yayılan və getdikcə daha çox ölkəyə yayılan koronavirus təhlükəsi ilə təşviç içindədir.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Türkiyədə bir professorun açıqlaması diqqət cəlb edib.
Belə ki, İstanbul Təbib Otağı qurumunun rəhbəri professor Pınar Saip bildirib ki, xəstəlik heç də həmişə insanı ölümcül hala salmır. Xəstələrin çoxu bu virusu evdə keçirir və biz bunun fərqində deyilik.
Onun sözlərinə görə, ümumilikdə virusa yoluxan dünya əhalisinin sadəcə 15%-i ağırlaşıb.
Qalan şəxslər isə müalicə ilə virusa mübarizə apara bilib. Hətta, onların arasında xəstəliyə qalib gələnlər də var.
Professor insanlara səslənərək panikaya düşməməyi tövsiyə edib.
Ən çox diqqət etməli olduğumuz əllərimizin təmizliyidir.
İnsanlarla çox yaxın təmasdan çəkinmək və xəstə olan şəxslərlə eyni yerdə olmamaq vacibdir.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir