Xocalı soyqırımından 24 il ötür

Xocalı soyqırımından 24 il ötürErmənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 24 ili tamam olur.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

2008-cu ilin mayından isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

Xəbərlər     Baxılıb: 2566   Tarix: 26 fevral 2016
f Paylaş

Oxşar xəbərlər

.

1 aydan çox davam edən ÖSKÜRƏK - Gizli xəstəliyin siqnalı

"Uzunmüddətli öskürək də risk əlaməti ola bilər". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onun sözlərinə görə, bir ayda

.

Evdə etdiyiniz bu səhvlər allergiyanı kəskin artırır - NƏLƏRDİR?

"Allergiyanı tam aradan qaldırmaq hər zaman mümkün olmasa da, simptomları nəzarətdə saxlamaq və xəstəliyin təsirini azaltmaq mümkündür". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Ağardıcını isti su ilə qarışdıranlar, diqqət

Ev təmizliyində daha güclü təsir əldə etmək üçün tez-tez müraciət edilən bəzi üsullar əslində sağlamlığımız üçün ölümcül təhlükə yarada bilər. Xlorun isti su ilə qarışdırılması və ya digər təmizləyicilərlə birgə istifadəs

.

Demans riskini azaltmaq üçün ideal yuxu müddəti

Alimlərin fikrincə, demans riskini azaltmaq üçün ideal yuxu müddəti gecə yeddi-səkkiz saatdır. xəbər verir ki, yuxu çatışmazlığı uzun müddətdir ki, demensiya riskini artırır. Yeni tədqiqatlar göstərir ki, bu, sonrakı həyatd

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Bu saatlarda çölə ÇIXMAYIN

"Tozcuqların havadakı konsentrasiyası günün müxtəlif saatlarında dəyişir". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onu

turlar.az

toy makiyajlari gelinlikler hamiləlik hamilə qadın nə yeməli kişi sonsuzluğu elm haqqında aforizmlər ilhamə qasımova kosmetika atalar sözü yutube novruza aid hakışta rus dilini öyrənək rus dili