Xolesterolu azaldan dərmanlar bu xərçəng növündən qoruyur – Yeni araşdırma

Xolesterolu azaldan dərmanlar bu xərçəng növündən qoruyur – Yeni araşdırmaStatinlər qaraciyər xərçəngi riskini azaldır.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, ABŞ-ın Milli Xərçəng Araşdırmaları İnstitutunun alimləri bu qənaətə gəliblər.
Onlar müəyyən ediblər ki, statinlərin (qanda aşağı sıxlıqlı lipoprotein xolesterinin səviyyəsini tənzimləməyə kömək edən dərmanlar) istifadəsi qaraciyər xərçənginin inkişaf riskini 35% azaldır.
Araşdırmanın nəticələri "Cancer" jurnalında dərc olunub.
Tədqiqatda qaraciyər xərçəngi olan 3 719 nəfər və 14 876 sağlam könüllü iştirak edib. Tədqiqatçılar iştirakçıların sağlamlıq vəziyyətini və istifadə etdikləri dərmanları qiymətləndirmək üçün tibbi qeydlərdən alınan məlumatları təhlil ediblər.
Nəticələr göstərib ki, aşağı sıxlıqlı lipoprotein xolesterinin səviyyəsinin dərman vasitəsi ilə azaldılması qaraciyər xərçəngi riskinin azalması ilə nəticələnir. Xüsusilə, xolesterol udma inhibitorları bu xəstəliyin ehtimalını 31%, statinlər isə 35% azaldır.
Digər dərmanlar (fibratlar, omeqa-3 yağ turşuları və niasin) bu baxımdan qoruyucu təsir göstərmir.
Tədqiqatçılar statinlərin antiinflamatuar xüsusiyyətlərinin xərçəng riskini azaltmaqda mühüm rol oynaya biləcəyini irəli sürüblər.
Bununla belə, bu əlaqəni təsdiqləmək və statinlərin təsir mexanizmlərini daha yaxşı başa düşmək üçün daha geniş tədqiqatlara ehtiyac var.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1071   Tarix: 20 avqust 2024
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

gozel gorunmek qadin dunyasi makiyaj instagram hakista xina gəncə xəbərləri ziyafət geyimləri 2026 kampotlarin hazirlanmasi kosmetika qaynana vətən həsrəti orqazm toyuq salati hakışta