Xoruldamağa nə səbəb olur
İllərdir araşdırılan, lakin dəqiq olaraq tapıla bilinməyən xoruldamaq probleminin səbəbi, alimləri fərqli qütblərə istiqamətləndirib.
Milli.Az Sputnik-ə istinadən xəbər verir ki, ABŞ-ın Filadelfiya ştatındakı ən qədim tibb məktəblərindən biri olan Perelman Tibb Məktəbində aparılan bir araşdırmaya görə, dildəki yağ yuxu keyfiyyətinə həddən artıq təsir edir və xoruldamağa səbəb olur.
Fakültə araşdırmaçılarından doktor Rişard Şvab belə danışıb: "Dilimizlə danışırıq, dilimizlə yemək yeyirik və dilimizlə nəfəs alırıq. Onda bəs yağ niyə burada yığılır? Yağın burada yığılmasının səbəbi genetik və ya ekoloji faktorlar ola bilər, lakin dilin yağ nisbəti nə qədər zəifdirsə, yuxuya getməyin yaxşı olma ehtimalı o qədər yüksəkdir".
Çəki salan insanlarda xoruldama probleminin azaldığı da alimlərin müəyyən etdiyi digər bir nəticədir. Xəstələrin çəki itkisi 10%-ə çatanda dillərindəki yağ nisbətinin azaldığı və xoruldamalarında 30% yaxşılaşma olduğu müşahidə olunub. Bundan başqa, araşdırmada ümumilikdə 67 piylənmədən əziyyət çəkən xəstənin çəki salmadan əvvəl və sonrakı vəziyyətləri ətraflı bir şəkildə araşdırılıb.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir