Xoşbəxt evliliyin sirri

Xoşbəxt evliliyin sirriMemorial Şişli Xəstəxanasının həkimi prof. Sedat Özkan evliliklərin uğurla davam etməsi üçün cütlüklər yaş və sosial status cəhətdən bir-birinə yaxın və ya bərabər olmalıdır deyir: "Fərqli yerlərdə xoşbəxt olan, fərqli maraq sahələrinə sahib cütlərin ayrılığı qaçınılmazdır". Mütəxəssis əsas boşanma səbəblərinin cütlüklər arasındakı sosial, iqtisadi, cinsi və psixoloji problemlərdən irəli gəldiyini bildirir. Qadın və kişinin təhsil səviyyəsi və sosioloji quruluşu çox uzaqdırsa, tərəflər arasında qarşıdurmanı artıracaq, uyğunluğu pozacaq növbəti bir səbəb də bu ola bilər, bununla bərabər, fərqli vərdişlər, kəskin fərqlənən zövqlər də vaxt keçdikcə əhəmiyyətli problemlər yarada bilər.

Cütlüklər, qərar alma mövzusunda azad buraxılmalıdır. Boşanmanın əsas səbəblərindən biri də əksəriyyətin problemi olan qayınana və qayınata ilə eyni evdə yaşamaqdır. Yeni evli cütlərin qurulmuş bir nizama ayaqlaşmasının gözləmək, böyük bir səhvdir. Hələki öz həyat tərzi formalaşmayan və müstəqil ola bilməyən cütlüklər, öz evliliklərini də mənimsəyə bilmirlər, kişinin evin oğlu rolundan, həyat yoldaşı roluna keçməsi də vəziyyəti çətinləşdirir. Cütlüklərin bir araya gələrək yaşayacaqları yerdən, uşaqlarının təhsilinə qədər qərarları özlərinin verməsi, evliliklərinin gələcəyi baxımından əhəmiyyətlidir.

Geniş ailə modeli ilə yaşamaq, tərəflərin düşüncələrini dilə gətirməsini, seçimlərini rahat edə bilməsini çətinləşdirir, ər-arvad arasında erozyalara səbəb olur. Sedat Özkan qadının iqtisadi müstəqilliyinin olmadığı ailədə, ya da uşaq üçün uzun müddət davam etdirilən bədbəxt evliliklərin çox olduğunu, yaşanan cinsi problemlərin də zamanla dilə gətirilməyən, lakin narahatlıq verən bir bir nüans halına gəldiyini vurğuladı.

Kişinin cinsəlliyi bədəniylə, qadının isə beyniylə yaşadığına diqqəti çəkən Özkan, bu fərqliliyin vaxt keçdikcə həll edilməmiş digər problemlərlə birlikdə cütlüklərin cinsi həyatına əks olunduğunu dedi. Qadınlar həyatın onlar üçün hazırladığı rollara daha tez uyğunlaşsalar da, bu kişilərdə daha uzun müddət tələb edir. Qadın hələ ana olmadan analıq roluna girə bilər, kişi ata olduqdan sonra da bu rola adaptasiya olmaqda çətinlik çəkə bilər. Sedat Özkan, cütlüklərin boşanma qərarından əvvəl psixoloqa gedib terapiya keçmələrini məsləhət görür. Cütlüklərin problemlərinin bir neçə seansla həll edilə biləcəyini, lakin kişiləri müalicəyə razı salmanın asan olmadığını bildirən mütəxəssis bu vəziyyətin problemlərin həllini çətinləşdirdiyini qeyd etdi.
//qadınlar.biz

Xəbərlər     Baxılıb: 1804   Tarix: 09 yanvar 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Bu əlamətlər bağırsaq probleminin göstəricisidir

Qarında yaranan bəzi ağrılar sadə narahatlıqdan daha ciddi problemlərin əlaməti ola bilər. Həkimlərin sözlərinə görə, xüsusilə qəfil başlayan və güclü hiss edilən ağrılar diqqətdən kənarda qalmamalıdır. xəbər verir ki, mütəxəssislə

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş

Azərbaycan mətbəxində içalat arasında qaraciyər və böyrək qədər məşhur olmasa da, dana dalağı əslində qida dəyəri baxımından ən zəngin ət məhsullarından biri hesab olunur. Çox vaxt süfrələrdə diqqətdən kənarda qalan bu qid

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Saçlarınız üçün ən yaxşı qulluq üsulları AÇIQLANDI

Saçların sağlam və sürətli uzanması bir çox insanın maraqlandığı mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, saçın uzanma sürəti yalnız kosmetik vasitələrdən deyil, həm də qidalanma və ümumi həyat tərzindən birbaş

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

turlar.az

qadin sayti hamiləlik sac duzumleri meyvələrin faydası qaraciyər böyürtkənin faydaları dadlı yemək kosmetika ziyafet geyimleri azerbaycanli is adami amerikada gullelendi vətən haqqında bayatılar rus dilini öyrənək bayati