Xoşbəxt evliliyin sirri - Ekspertlərdən maraqlı məsləhətlər

Xoşbəxt evliliyin sirri - Ekspertlərdən maraqlı məsləhətlərAilə həyatı quranların heç də hamısı xoşbəxt olmur. Bu səbəbdən hər il çoxlu sayda nikah pozulur, boşananlar özlərinə yeni tərəfdaş axtarır. 
Bəs nə etmək olar ki, nikahlar pozulmasın, ailə həyatı sıxıcı keçməsin, cütlüklər özlərini birgə yaşadıqları müddətdə daha rahat, məmnun hiss edə bilsinlər?
Milli.Az sfera.az-a istinadən xəbər verir ki, "OprahDaily" saytı bir neçə mütəxəsisin fikri əsasında xoşbəxt evliliyin sirrini öyrənməyə çalışıb.    
Saytın araşdırmasına görə, bütün münasibətlər kimi, evlilik həyatında da eniş-yoxuşların olması qaçınılmazdır. Əslində, ən xoşbəxt cütlüklərdən bəziləri çətin günlər keçiriblər. Əgər siz və həyat yoldaşınız bəzən mübahisə edirsinizsə və ya çətin bir vəziyyətdən keçirsinizsə, bu, sizin bədbəxt bir evlilikdə olduğunuz anlamına gəlmir. Bu hal əslində ailənin normal olduğunu göstərir. 
Bəzən partnyorunuza hətta nifrət də edə bilərsiniz. Xoşbəxt bir evliliyə sahib olmaq üçün tərəfdaşınızın güclü və zəif tərəflərini qəbul etməli və real gözləntilər qura bilməlisiniz. Məsələn, maliyyə məsələlərini yaxşı bilən şəxs ailənin maliyyə məsələləri ilə, yemək bişirməyi daha yaxşı bacaran şəxs yemək bişirməklə ailə işlərini idarə edə bilər. 
Ekspertlər hesab edir ki, sağlam münasibətlərdə olan cütlüklər bir-birini tamamlamağı bacarmalı, birlikdə hərəkət etməyə nail olmalıdırlar. Eyni zamanda xoşbəxt evliliyi qorumaq üçün tərəfdaşınızdan tam asılı olmamaqla yanaşı, ümumi təcrübələri bölüşməyi də bacarmaq lazımdır. 
Münasibətə yeni fəaliyyətlər və maraqlar daxil etmək də əlaqəni gücləndirə bilər. Cütlüklər unikal bir ehtiras paylaşdıqda və ya birlikdə bir bacarıq öyrəndikdə məsələn, yemək bişirmə dərsi və ya tennis dərsləri keçdikdə - birlikdə inkişaf edirlər, bu, cütlüklərin münasibətlərini zənginləşdirir. 
Mütəxəsislərin rəyinə əsasən, tərəflərdən hər biri həyat yoldaşını cəlb etməyi bacarmalıdır. Bu prinsipə görə həyat yoldaşı gözəl olmaqla bərabər, fiziki cəhətdən yaxşı vəziyyətdə olmalı, normal bədən quruluşunu qorumalı, təmiz və gigiyenik olmalıdır.  
Bir-birinə qarşı gülüş, təbəssüm də vacibdir. Həyat streslidir, ona görə də çətin vəziyyətdə olsan belə gülüş üzünüzdən əskik olmamalıdır. Cütlüklər həm yaxşı, həm də pis vaxtlarda gülməyi bacarmalıdırlar. 
Yumor hissinin olması da cütlüklərin birgə yaşayışının uzun olmasına və xoşbəxt keçməsinə kömək edir. Araşdırmalar göstərir ki, adətən cütlükdə yumor varsa, bu, onların perspektivinin yaxşı olacağına əsas yaradır. Müşahidələr göstərir ki, yumor hissi yüksək olan şəxslər bir-birləri ilə ünsiyyətdə də rahat olurlar, düşüncələrini, hisslərini çəkinmədən ifadə edirlər. 
Kiçik zarafatlar, birlikdə sevdiyiniz komediyaya baxmaq, həyat yoldaşınızla gülüşlə əlaqə saxlamaq cütlüklərin bağlılığını artırır. 
Mehribanlıq ailənin güclənməsinə xismət edən nəticələrdən biridir. Ekspertlər nikahda olan şəxslərin bir-birinə mehriban olmasını israrla tövsiyə edir. Bu nəticəyə gəlmək üçün qarşıdakına hörmət qoymaq və həyat yoldaşını anlamaq çox vacibdir. Çox tənqid edən və ya mühakimə edən şəxslərin hərəkətləri adətən incikliklər yaradır.
Mütəxəsislər hesab edir ki, cütlüklərdən biri səhvə yol verdikdə və ya hansısa işi yaxşı görmədikdə onu tez-tez tənqid etmək olmaz. Bundansa ona köməklik etmək, işi, davranışı mənimsəməkdə kömək etmək daha yaxşı nəticə verir. 
Cütlüklərin bir-birini qiymətləndirməsi, dəyər verməsi də önəmli cəhətdir. 
Hər gün minnətdarlığı bildirmək, tərifləmək qarşı tərəfdə müsbət əhval-ruhiyyə yaradır. Hər bir şəxs düzgün etdiyi şeylərə görə təqdir olunmalıdır. Eksperlərə görə, əgər özümüzə dəyər verilmədiyini hiss etsək, küskünləşə bilərik və ayrılmaq istəyimiz yarana bilər. 
Nəhayət dəyişikliyi qəbul etməyi bacarmaq lazımdır. Hər bir insan kimi ailələrin də tələbatı dəyişir, inkişaf edir. Buna görə də bu gün bəyəndiklərimizi sabah bəyənməyə bilərik. Dəyişikliklərə uyğunlaşmaq cütlüklərin birgəliyinə kömək edən əsas keyfiyyətlərdən biridir. 
Milli.Az

Xəbərlər     Baxılıb: 1723   Tarix: 28 oktyabr 2023
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

makiyaj etmek qaydalari toy makiyaji sekilleri gozel gorunmek uşaq yeməyi paxlavalar xina ucun bayatilar bulka reseptləri kosmetika nagillar kökəlmək üçün qiz evi haxista gozellik baliq burcu