Xoşbəxt nikahın sirrləri

Xoşbəxt nikahın sirrləri"Nikahda kəramət var" – deyirlər. Doğurdan da yeni evlənən gənclər bir-birilərini elə sevirlər ki, xətalarını görmürlər.
Hər iki tərəf də qarşısındakının xətrinə dəyməmək , xoşbəxt etmək üçün sanki çırpınır. Elə isə, səadətinizin təməli olan bu xoşbəxt günləri bacardığınız qədər qorumağa çalışın. Yerli-yersiz göz yaşları, günlərlə davam edən küsülülüklər ilk vaxtlar həyat yoldaşınızın diqqətini cəlb etsə də, vaxt keçdikcə bütün bunlara alışacağı üçün silahınız əvvəlki kimi təsir göstərməyə bilər. Necə deyərlər: "Artıq naz aşiq usandırar". Evliliyinizin bu ilk və ən gözəl günlərində "yersiz nazla aşiqinizi usandırmaq" əvəzinə gözəl keyfiyyətiniz, ağıllı davranışlarınızla onun qəlbini fəth etməlisiniz.
Evləndikdən sonra xoşbəxt olmaq üçün nişanlılıq dövündə bir-birinizlə necə davrandığınızı unutmamalısınız. Evlənməzdən əvvəl nişanlınız üçün nələr etdiyinizi xatırlamağa çalışın. O sizi, iş görərkən geyindiyiniz çirkli, yemək iyi gələn paltarla görmüşdümü? Saçınız daranmamış çıxmışdınızmı qarşısına? Tam əksinə, onun gözünə gözəl görünmək üçün həmişə baxımlı, səliqəli olmağa çalışırdınız. Onu düşünməkdən yorulmadığınız, görər-görməz qəlbinizin çırpıntılarına mane ola bilmədiyiniz o gözəl günlərinizdə tez-tez görüşmək üçün bir fürsət axtarırdınız. Gözəl sözlər, aynaya baxanda onun gözünə necə göründüyünüzü düşünərək özünüzə səliqə- səhman vermək, sevincinizə sevinc qatırdı. Xatırladınız deyilmi? Bəs indi? Həmişəkindən daha çox ehtiyacınız olduğu halda , bu gözəl davranışlarınıza niyə nöqtə qoydunuz? Yoxsa, xoşbəxtlikdən, səadətdən, sevincdən imtina edirsiniz? Bəlkə nəyisə gözləyirsiniz? Bəlkə "məni beləcə, olduğum kimi qəbul etsin", deyərək işin asanına qaçırsınız? Ancaq düşünün ki, o sizi olduğunuz kimi deyil, göründüyünüz kimi sevmişdi.
İndi bu xoşbəxtliyin davamı üçün siz də göründüyünüz kimi olmalısınız. Bəli, həyat yoldaşınızı həmişə gülər üzlə, şirin sözlə qarşılamağa tənbəllik etməyin. Onunla evinizin daimi qonağı kimi davranın, eyniylə nişanlı olduğunuz günlərdəki kimi çıxın qarşısına. Elə olsun ki, bu xoşbəxt qonaq qapıdan içəri addım atar-atmaz bütün yorğunluğunu, problemlərini unudacağına, öz isti yuvasından başqa heç bir yerdə rahat ola bilməyəcəyinə inansın.
Ona göndərmək istədiyiniz mesajı, söyləmək istədiyiniz gözəl bir sözü gecikdirməyin. "Əvvəlcə o başlasın" deyə gözləməyin. Onu nə qədər çox sevdiyinizi söyləməkdən çəkinməyin. Və xoşbəxt ola bilmək üçün xoşbəxt etməkdən usanmayın.
Pcc.az

Xəbərlər     Baxılıb: 1957   Tarix: 09 mart 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ən sağlam ət növü AÇIQLANDI

Bir çox insanın qərəzlə yanaşdığı və hətta mətbəxlərinə daxil etməkdən çəkindiyi bu qida, bədənin ehtiyac duyduğu əsas vitaminləri təkbaşına təmin etmək gücünə malikdir. xəbər verir ki, bu xüsusi növ immunitet sisteminiz

.

Bir stəkan pivə sağlamlıq üçün faydalı imiş

Araşdırmaya əsasən, hərdənbir bir stəkan pivə içməyin sağlamlıq üçün gözlənilməz faydaları ola bilər. .  xəbər verir ki, bir stəkan pivə gündəlik B6 vitamini ehtiyacının təxminən %15-ni qarşılaya bilir. Eyni effekt alkoqolsu

.

Acqarına idman etmək OLAR? – Mütəxəssis xəbərdarlıq edir

Səhər yeməyi etmədən idmanla məşğul olmaq yalnız yüngül fiziki fəaliyyətlər zamanı uyğun hesab olunur. Daha ağır və intensiv məşqlərdən əvvəl isə orqanizmin enerji ilə təmin edilməsi vacibdir. Əks halda, başgicəllənmə v

.

ÜST-dən hantavirusla bağlı XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus "MV Hondius" kruiz gəmisində yayılan hantavirusla bağlı ölkələrə xəbərdarlıq edib. xəbər verir ki,o, Madriddə keçirilən mətbuat konfransınd

.

Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı

İspaniyada "MV Hondius" kruiz gəmisindən təxliyə edilən sərnişinlərdən daha birində hantavirus aşkarlanıb. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, Tenerifedən Madriddək

.

Tofu pendiri nədir, nəyə xeyri var?

Tofu soya südünün müxtəlif maddələrlə (kalsium sulfat, maqnezium xlorid və ya limon şirəsi) çürüdülərək lor halına gətirilməsi və sonra bloklar halında preslənməsi ilə hazırlanır.  xəbər verir ki, tofu bitki mənşəli olduğ

.

Dondurmanın bilmədiyimiz faydaları

Dondurma yalnız yay aylarının sevilən şirniyyatı deyil, eyni zamanda bir sıra faydaları ilə də diqqət çəkir.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, dondurma tərkibində olan süd məhsulları sayəsində kalsiumla zəngindir

.

Qandakı zərərli yağları azaldan möcüzəvi QİDA

Sinir liflərini qorumaq, D vitamini sintez etmək və hormonların yaranması üçün vacib sayılan yumurta yüksək qida dəyəri ilə seçilir. xəbər verir ki,mütəxəssislər bildirirlər ki, yumurta zülal baxımından ən keyfiyyətli qidalarda

.

Gündəlik stress ölüm riskini 5 dəfə artırır - gece

Stress ürək-damar xəstəliklərindən ölüm riskini beş dəfə artırır. xəbər verir ki, bu, niderlandlı tədqiqatçıların gəldiyi nəticədir. Alimlər müəyyən ediblər ki, 65 yaş yuxarı insanlar qanda kortizol səviyyəsinin yüksəlməsin

turlar.az

toy makiyajlari həkim məsləhəti gözəllik məhsulları uşaq geyimləri nagillar kombinler 2026 yay 2026 cu ilin modasi kosmetika brusell bakteriyası atalar sozu xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır narin faydasi baldiza aid