Xoşbəxt olmaq istəyirsinizsə, qucaqlaşın - 20 FAYDASI

Xoşbəxt olmaq istəyirsinizsə, qucaqlaşın - 20 FAYDASIQucaqlaşmaq, qucaqlamaq və bir-birinə toxunmaq bir çox dərdə çarədir. Bəzən dərmanlar hər dərdə çarə olmur. Bədbəxt evlilik, sevgi iztirabı, rahat bir yuxu, hətta sağlam hamiləliyin çarəsi qucaqlaşmaqdır.

Son zamanlar insanlarda xoşbəxtlik və güvənlə bağlı tibbi araşdırmalar artıb. Yalnızlığın, fərdiliyin ön planda olduğu indiki vaxtda "niyə xoşbəxt deyilik?" və "nəyi düzgün etmirik?" kimi suallar ortaya çıxıb. Elm bu duyğuları təmin edən hormonları oksitosin adlandırır.

Qucaqlamağı unutmayın!

Bu, əsasən beyində istehsal edilən bir hormondur. Doğuş və ondan sonra yüksək miqdarda ifraz edilir. Doğuşdan sonra analıq davranışını təmin edir. Digər zamanlarda isə güvən, cütlüklər arasında bağlılıq, sevgi, sosiallaşma, qarşı tərəfi anlama və narahatlıqların sakitləşməsini təmin edir. Bu hormon çatışmayanda özünü bəyənmə, güvənsizlik, cəmiyyətdən uzaqlaşma, psixoloji narahatlıq, yalana meyl artır. Gündəlik həyatda oksitosin ifrazını artıran ən asan yol qucaqlaşmaqdır. Yorğunluq, gərginlik, gündəlik stress, tənhalıq, güvənsizlik, mübahisələr, dava-dalaş, qarşıdurmalar, bir-birinə vaxt ayırmamaq, iqtisadi problemlər kimi bir çox səbəblərdən sanki qucaqlaşmağı unutmuşuq.

Qucaqlaşan və bir-birinə toxunan zaman oksitosin hormonu ifraz olunur. Nəticədə insan özünü daha yaxşı və xoşbəxt hiss edir. Bu hormon stressə qarşı nevroloji maneə yaradır. Aparılan araşdırmalara görə, oksitosin ifraz olunan zaman özünüzə yaxın insanın yanınızda olması stressə sakit və rahat reaksiya verməyinizi təmin edir. Eyni zamanda, stressə qarşı möcüzə olan kortizol səviyyəsini də aşağı salır.

Unikal.org aile.lent.az-a istinadən qucaqlaşmağın 20 faydasını təqdim edir.

1. Ən asan xoşbəxtlik möhkəm qucaqlamaqdır.

2. İnsan özünü güvəndə hiss edir. Həyatın öhdəsindən daha asan gəlirik.

3. Qayğı və narahatlıqlarımız azalır. Qarşımızdakının da qayğısına qalırıq.

4. Ünsiyyətimiz daha yaxşı olur, qarşımızdakını anlamaq, ya da bir-birimizi anlamaq daha asan olur.

5. Güvən veririk. Dostumuzun, həyat yoldaşımızın, övladlarımızın özünü daha güvəndə hiss etməsini təmin edirik. Onların özgüvənlərini artırırıq.

6. Daha sosial oluruq. İnsanlar arasında özümüzü daha rahat hiss edərik.

7. Daha az gərgin oluruq. Stressin öhdəsindən daha asan gəlirik.

8. Yaxınlarımıza qarşı daha qoruyucu oluruq.

9. Daha şəfqətli oluruq.

10. Rahat yatarıq və daha yaxşı hisslərlə oyanarıq. Yeni günə daha hazır başlayarıq.

11. Özümüzü rahat hiss edərik.

12. Dostlar, həyat yoldaşımız və uşaqlarımıza bağlılığımız artar. Sədaqəti artırır.

13. Münasibətlərimizi daha səmimi və yalandan uzaq yaşamağımızı təmin edər.

14. Anaların doğuşdan sonra depressiyaya girməsinə mane olar, zahılıq dövrünü rahat keçirməsini təmin edər. Südün gəlməsini asanlaşdırar.

15. Hamiləliyin daha rahat keçməsini təmin edər.

16. Həyat yoldaşınızla yaşadığınız cinsi əlaqələr daha rahat olar.

17. Həyat yoldaşınızı daha cazibədar görərsiniz.

18. Münasibətləri dava-dalaş və mübahisələrdən qoruyar.

19. Dövrümüzün ən böyük problemlərindən biri olan depressiyaya qarşı bəlkə də ən böyük qoruyucudur. Ən asan, davamlı və sadə şəkildə gündəlik həyat streslərinin öhdəsindən gəlməyimizi təmin edər. Uzun, yorucu psixoloji müalicə edilənlər üçün dərmanlardan biridir. Sevməyinizi, bu sevgini qorumağınızı təmin edər.

20. Sevgi iztirabını yüngülləşdirər.

Xəbərlər     Baxılıb: 1452   Tarix: 01 aprel 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Həyatımızı idarə edən hormon - KORTİZOL

"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır. xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

turlar.az

qadın geyimi geyim şəkilləri hamiləlik aciq cinsi elaqe yay donlari 2026 janrlar kompot kosmetika video xanim.az layla vətənə aid insan