Xoşladığınız meyvəyə görə xarakterin təyin edilməsi

Xoşladığınız meyvəyə görə xarakterin təyin edilməsiXoşladığınız meyvəyə görə xarakterin təyin edilməsi

Banan, portağal, alma, gilas, üzüm, şaftalı, heyva, armud, əncir, qovun. Bunların arasından ən çox hansını sevirsiniz?

Əgər sevdiyiniz meyvə Banandırsa,

Uşaqlıqdan cəlbedici bir görkəminiz var. Şəfqətli və utancaq bir insansınız. Tez-tez özünə inamsızlığın qurbanı olursunuz. İnsanlar sizin saflığınızdan faydalanır. Tərəf müqabiliniz sizə həm ruhən, həm də fiziki olaraq uyğun olmalıdır və qarşınızdakını tanıdıqca sevən bir xarakterə sahibsiniz.
Əgər sevdiyiniz meyvə Portağaldırsa,

- Sonsuz səbir və iradəyə sahib bir xarakteriniz var. İşlərinizi yavaş, ancaq dərinliyinə qədər araşdıraraq görürsünüz, səylə işləməkdən də qorxmursunuz. Utancaqsınız, ancaq etibarlı və sözünün sahibi bir dostsunuz. Tərəf müqabilinizi incələyib, süzgəcdən keçirdikdən sonra seçib və onu bütün ürəyinizlə sevirsiniz.

Əgər sevdiyiniz meyvə Almadırsa,

Simic, sözü üzə deməkdən çəkinməyən bir insansınız, sərt və hirsli xarakteriniz var. Çox yaxşı təşkilatçı olmasanızda bu yaxşı bir lider olmayacağınız mənasını vermir. Tez qərar vermə və irəliyə qətiyyətli addımlar atmaqla diqqət çəkirsiniz. Səyahət etməkdən xoşunuz gəlir. Sevgilinizlə bir yerdə olarkən sevinirsiniz. Daima yaşamaq eşqi ilə yaşayırsınız.

Əgər sevdiyiniz meyvə Gilasdırsa,

Həyat sizə qarşı o qədər də ədalətli deyil. Enişli-yoxuşlu bir həyatınız var. Hələ də kifayət qədər həyat təcrübənizin olmadığını düşünürsünüz. Müdhiş bir təxəyyülünüz var, yaradıcı işlərdə olmaqdan xoşlanırsınız. Daxilən səmimi və sadiq bir tərəf müqabilisiniz, ancaq duyğularınızı ifadə etməkdə çətinlik çəkirsiniz.

Əgər sevdiyiniz meyvə Üzümdürsə,

Ümumiyyətlə nəzakətli bir insansınız. Ancaq "tez alışıb, tez sönənlərdənsiniz". Gözəl olan hər şeyi sevirsiniz. İstiqanlı bir insan olduğunuz üçün daim ətrafınızdakı insanlar tərəfindən sevilirsiniz . Etdiyiniz hər şeydən zövq alırsınız. Eyni coşğu və enerjini tərəf müqabilinizin də paylaşmasını istəyirsiniz. İnsanlar sizinlə bir yerdə olarkən sıxılmır, çünki onlara təklif edəcək çox şeyiniz var.

Əgər sevdiyiniz meyvə Şaftalıdırsa,

Olduqca şən bir insansınız, yaşamağı sevirsiniz. Dostluq sizin üçün çox önəmlidir. Hadisələri böyütmür və tez bağışlayırsınız. Açıqsözlü bir insansınız. Müstəqil və inadkar xarakteriniz sizi tutduğunu qoparan bir insan edir. İdeal bir tərəf müqabili və ehtiraslı bir sevgilisiniz, ancaq sevginizi digər insanların gözü qarşısında göstərməkdən xoşunuz gəlmir.

Əgər sevdiyiniz meyvə Heyvadırsa,

Təvazökar və mühafizəkar bir insansınız. Hər bir qərar ətrafında uzunmüddət düşünürsünüz, heç bir işi tələsik görmürsünüz. Ehtiraslı bir insansınız. İnsanların səhvlərini dərhal görə bilirsiniz. Tərəf müqabilinizi seçərkən, görünüşündən çox zəkasına dəyər verirsiniz.

Əgər sevdiyiniz meyvə Armuddursa,

Qarşınıza bir məqsəd qoydunuzsa dərhal onu yerinə yetirirsiniz. Ümumiyyətlə isə dəyişkən və başladığı işi bitirməkdə çətinlik çəkən bir insansınız. Çünki əməyinizin nəticəsini dərhal əldə etmək və ya başdan nəticənin nə olacağını bilmək istəyirsiniz. Çox tez dostluq qursanız da, əlaqələri davam etdirməkdə problem yaşayırsınız.

Əgər sevdiyiniz meyvə Əncirdirsə,

Ciddi, düşüncəli və həssas bir insansınız. İnsanlar içərisində müəyyən bir sərhəddə olamağa diqqət edirsiniz, hər şey öz çərçivəsində olmalıdır deyə düşünürsünüz. Gözüaçıq, tez qavrayan və "cin kimi bir insan" olduğunuz üçün, xüsusilə də iş həyatında zirvəyə doğru can atırsınız. İnadçı bir insansınız. Tərəf müqabilinizdə ehtiraslardan əvvəl ağlına fikir verirsiniz.

Əgər sevdiyiniz meyvə Qovundursa,

Heç nədən qorxmayan bir insansınız. Həyatınızda baş verənləri, başınıza gələnləri təbii qarşılayırsınız və o qədər də fikir eləmirsiniz. İş həyatında tutduğunu qoparan bir insansınız. "Doğru zamanda doğru yerdə" olmaqda ustasınız. Yeni insanlarla tanışlığa daha çox üstünlük verirsiniz. Əks cinsin nümayəndəsinə qarşı ən təsirli silahınız yumor anlayışınızdır.

Ailə və Uşaq     Baxılıb: 3242   Tarix: 11 fevral 2015
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

turlar.az

gelinlikler gozel gorunmek geymler 2026 manqal salati bilik haqqinda atalar sözləri laylalar qadin dunyasi net kosmetika brusell bakteriyası şebnem tovuzlu ikizler novruza aid hakisda dostluq