Xurma kokteyli. Həm ləzzətli, həm də faydalı
Ümumiyyətlə bir çox müalicələr həm acı, həm də əziyyətli ola bilər. Elə müalicələr də vardır ki, həm faydalı olur, həm də ləzzətli.
Məhz, bu kokteyl ləzzətlilər qrupuna aiddir.
HAZIRLANILMASI:
Hazırlanılma qaydası da sadədir: 3-4 ədəd iran xurmasının qabığı soyulur, tumları çıxardılır, 1 stəkan yağlı südün içinə əlavə olunub blenderlə qarışdırılır. Bu kokteyli gündə 1-2 stəkan içə bilərsiniz.
FAYDALARI:
Deməli, xurmanın tərkibindəki bütün minerallar və vitaminlər südün tərkibinə keçir, böyüyən uşaqlar və yaşlılar üçün əvəzolunmaz dərəcədə faydalıdır. Beyin qan dövranını yaxşılaşdırır, diqqəti itiləndirir, yaddaşsızlığın müalicəsində istifadə edilir, gözləri olduq qədər işıqlandırır. Əzələ qıcolmalarında çox xeyirlidir, sümük əriməsindən əziyyət çəkənlər (əsasən klimakterik dövr keçirən xanımlarda sümük ərimələri çox olur), oynaq ağrılarından əziyyət çəkənlər üçün faydalıdır, damarları təmizləyir, qaraciyər və öd üçün faydalıdır. Hepatitdən əziyyət çəkənlər üçün faydalıdır, qəbizlik və babasil müalicəsində istifadə etmək olar. İmmun sistemini gücləndirir, gümrahlıq gətirir, cinsi istəyi artırır. Zaman-zaman istifadə olunduqda dərini parladır, qurdqovuçu təsiri vardır, əsəbləri gərgin olanlar üçün də faydalıdır. Həmişə içilə bilən bir içkidir, axşam yatmazdan əvvəl qəbul etdikdə yuxunu dərinləşdirir.
Fizulihuseynov.com









Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir