Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir

Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edirXərçəng bütün dünyada əsas ölüm səbəblərindən biridir. Bu problemlə mübarizə aparmağın yolu ətraf mühit faktorları və tətikləyicilərdən xəbərdar olmaqdır.
Xərçəngin qarşısını alan təbii mənbələr üzərində aparılan araşdırma hər zaman ətrafımızda olan, lakin fərqində olmadığım bir bitkinin böyük təsirlərini üzə çıxarıb.
Son illərdə aparılan bəzi araşdırmalar zəncirotunun xərçəng xəstəliyini müalicə etmək potensialına malik olduğunu göstərir. Əldə olunun ümidverici tapıntılar bu bitkinin xərçəng hüceyrələrinə təsiri sayəsində müalicə üsulları arasında yer ala biləcəyini vəd edir.
Zəncirotu kökü ekstraktının xərçəng əleyhinə xüsusiyyətlərə malik olduğunu iddia edən bir çox perspektivli tədqiqatlar aparılıb.
Əldə edilən bu məlumatlara görə, zəncirotu ekstraktı müxtəlif orqan sistemlərində xərçəng hüceyrələrinin böyüməsini azaldır.
Dörd həftəlik araşdırma nəticəsində məlum olub ki, bu ekstrakt xərçəng hüceyrələrinin böyüməsini və yayılmasını dayandıra bilər.
Bundan əlavə, bir sıra testlər də bu bitkinin qaraciyər, kolon və mədə xərçənginin böyüməsini yavaşlada biləcəyi ilə bağlı oxşar nəticələr verib.
Windsor Universitetinin tədqiqatçıları laboratoriyada zəncirotu kök ekstraktının xərçəng hüceyrələrini 48 saat ərzində öldürdüyünü aşkar ediblər.
Nəticələr ümidverici olsa da, tədqiqat sahəsinə görə testlərin məhdud olduğu da bildirilib.
Professor Siyaram Pandi "USA Today"ə verdiyi açıqlamada bunun ümidverici olmasına baxmayaraq, ehtiyatlı olmaq lazım olduğuna diqqət çəkib.
Pandi bildirib ki, xərçəng hüceyrələrinin çoxu 48 saat ərzində yox olur, lakin bu, zəncirotu kökü ekstraktı içən xəstənin 48 saat ərzində sağalacağı anlamına gəlmir.
Nyu Yorkdakı "Memorial Sloan Kettering" Xərçəng Mərkəzi zəncirotunun təsirli və təhlükəsiz ola biləcəyi şərtləri müəyyən etmək üçün daha çox klinik sınaqlara ehtiyac olduğunu açıqlayıb.
Bütün bunlara baxmayaraq, mütəxəssislər bitkinin sağlamlıq üçün daha az mübahisəli faydaları olduğunu qəbul edirlər.
Bədən qan laxtalanması lazım olduqda yaraları sağaltmaq üçün K vitamininə ehtiyac duyur. K vitamini sümükləri sağlam saxlamağa da kömək edir. Zəncirotu K vitamini qaynaqlarından biridir.
Bundan əlavə, zəncirotu bədən üçün zərərli olan oksidləşdirici stresə qarşı qoruyucu təsir göstərə bilər.
Zəncirotu necə istehlak edilməlidir?
Bu bitkinin kökləri, çiçəkləri və yarpaqları istehlak edilə bilər. O, tək başına yeyildikdə acı dadır. Odur ki, zəncirotunu ispanaq kimi daha yüngül dadlı göyərtilərlə birlikdə yeyə bilərsiniz.
Zəncirotunu salatlara, yeməklərə və smuzilərə əlavə etmək olar. Acı dadını hiss etməmək üçün bir az limon əlavə edə bilərsiniz. Bu yolla həm də orqanizmə dəmirin sorulmasını artırmaq olar. /Medicina.az
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1148   Tarix: 28 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

gozel gorunmek geyim və ayaqqabılar kosmetik vasiteler elm haqqinda atalar sozleri bal maskasi uz ucun prostat vəzi salatlarin hazirlanmasi bezedilmesi kosmetika dolca hamilelik qadin saglamlig şirin qoğal qizlar