Yaddaşı daha yaxşı gücləndirən üsullar - ARAŞDIRMA

Yaddaşı daha yaxşı gücləndirən üsullar - ARAŞDIRMAABŞ-ın Kornell Universitetindən olan tədqiqatçılar tərəfindən aparılan yeni bir araşdırma göz bəbəklərinin ölçüsünün beynin necə işlədiyini göstərən mühüm amil olduğunu ortaya qoyur. Tədqiqatın nəticələri yaddaşın təkmilləşdirilməsi və beynin öyrənmə mexanizmlərinin daha yaxşı başa düşülməsi üçün yeni perspektivlər aça bilər.
Milli.Az AZƏRTAC-a istinadla xəbər verir ki, tədqiqat "Nature" elmi jurnalında yayımlanıb. Araşdırmaya əsasən yuxu zamanı göz bəbəklərinin kiçilməsi, beynin yeni məlumatları təkrar emal etməsinə və yaddaşı gücləndirməsinə işarədir. Göz bəbəklərinin genişlənməsi isə köhnə məlumatların yenidən aktivləşdirildiyini göstərir. REM olmayan yuxu fazası (yuxu zamanı gözlərin sürətli hərəkət etmədiyi dövr) üzərində aparılan müşahidələr göstərir ki, yaddaşın gücləndirilməsi üçün qısa, lakin yüksəkintensivlikli mexanizmlərindən istifadə olunur. Bu fazada göz bəbəklərinin ölçüsündə baş verən dəyişikliklər, beynin yaddaş proseslərini yeni və köhnə məlumatları qarışdırmadan necə idarə etdiyini göstərir.
Tədqiqat zamanı siçanların beyinlərinə elektrodlar yerləşdirilib, göz bəbəklərinin dəyişikliklərini izləmək üçün isə xüsusi kameralardan istifadə edilib. Siçanlar labirintlərdə müxtəlif tapşırıqları yerinə yetirərək təlim keçiblər. Yuxu zamanı siçanların göz bəbəklərinin ölçülərində baş verən dəyişikliklər və beyin aktivliyi paralel olaraq izlənilib. Əldə edilən nəticələr göstərir ki, göz bəbəklərinin kiçildiyi fazalarda beyin yeni öyrənilmiş məlumatları emal edir. Əksinə, göz bəbəklərinin genişləndiyi zamanlar isə köhnə yaddaşlar yenidən aktivləşdirilib və mövcud biliklərə inteqrasiya olunub.
Tədqiqatın həmmüəllifi dr. Azahara Olivanın fikrincə, bu mexanizmlər beynin yaddaş sistemlərinin necə işlədiyinə dair dərin anlayış təmin edir. O diqqətə çatdırıb ki, yeni öyrənmə və köhnə biliklər arasındakı bu tarazlıq, beynin yaddaşları qarışdırmadan necə idarə etdiyini göstərir. Tədqiqatın nəticələri yaddaşın gücləndirilməsi üçün yeni texnologiyaların yaradılması və süni intellekt sistemlərinin inkişafına töhfə verə bilər. Əlavə olaraq tədqiqat siçan yuxusunun insan yuxusuna daha çox oxşar olduğunu sübut edir. Bu, gələcəkdə insanlar üzərində aparılan araşdırmalara daha geniş perspektivlər açır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1593   Tarix: 07 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

maskalar sade makiyaj sekilleri toy makiyaji sekilleri yagli saclar ucun meslehetler sonsuzluq və onun müalicəsi erzaqlar viktoriya sekret kosmetika salam anabaci əqrəb sağlamlığa aid atalar sözləri novruz bayramına aid hakışda