Yanlış taxılan protez gənc qadının həyatını qaraltdı

Yanlış taxılan protez gənc qadının həyatını qaraltdıÖzlem Arat 39 yaşındadır. O, 8 il əvvəl 53 yaşlı Əhməd Arat ilə tanış olaraq evlənməyə qərar verir. Evləndikdən sonra qadının sümükləri ağrımağa başlayır. Həkimə müraciət edən qadına sümük əriməsi diaqnozu qoyulur və o, müalicə almağa başlayır.

Sonra hamilə olduğunu öyrənir, körpəsini 6 ay 10 günlük dünyaya gətirir. Uşaq aylarla xəstəxanada qalır. Problemlər ondan əl çəkmir. Bu dəfə də qızının anadangəlmə ürəyi dəlik və ağciyər xəstəliyinin olduğunu öyrənir.

Müalicəni davam etdirir. Bu arada ikinci uşağını da dünyaya gətirir. Onun oğlu olur. Oğlunun doğuşundan sonra qadının sümük ağrıları möhkəmlənməyə başlayır.

Müayinədən sonra sümük əriməsi probleminin daha da şiddətləndiyini öyrənir. Əməliyyat edilməsi lazım olduğu bildirilir.

Əməliyyat olunan qadına protez ayaq salınır.

2 ay ağrıları sakitləşən qadın sonra yenə xəstələnir. Yerimə vəziyyətinin də dəyişdiyini görən Özləm artıq ayağa qalxa bilmir.

Onu xaricdə müalicə etdirməyə qərar verirlər. Müayinədən sonra ona bildirilir ki, protezi ombaya səhv birləşdiriblər. Bu səbəbdən də onun bütün sümükləri daha da əriməyə başlayıb.

Sonra protezin ombaya səhv birləşdirilməsinə görə süçklər iltihaba yoluxub parçalanıb. Buna görə də qadın boyun, ayaq, qol kimi yerlərindən tam 26 dəfə əməliyyat keçirir.

Nəticədə isə onun bir ayağı digərindən 7 santimetr qısalır. Xüsusi ayaqqabı geyməyə başlayan qadın yatağa məhkum bir həyat sürməyə başlayır.

Özü üçün həyatın bundan sonra çox asan olmadığını bildirən qadın bunları söyləyir:

"Yük oldum hər kəsə. Öz işimi görə bilmirəm. Çimə bilmirəm. Yemək yeyəndə də qollarımdan istifadə edə bilmirəm, yoldaşım yedirir. Uşaqlarıma anam baxır, doğru dürüst uşaqlarımın üzünü görə bilmirəm. 4 aydır xəstəxanada görürəm uşaqlarımı. Hər kəsi sağlam bir şəkildə görürəm yeriyirlər, mən yeriyə bilmirəm. Məni bu hala gətirən həkimi məhkəməyə verdim " deyə gözyaşlarına boğulur.

Yoldaşının bu halına kədərlənən və ona bir an olsun köməyini əsirgəməyən həyat yoldaşı da göz yaşlarını tuta bilmir.

Xəbərlər     Baxılıb: 2096   Tarix: 10 yanvar 2016
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu içkilər infarkt riskini artıra bilər

Ürək cərrahı Ceremi London şirin qazlı içkilərin sağlamlığa ciddi zərər vurduğunu bildirib. xəbər verir ki, yüksək kalorili və şəkərli qazlı içkilər gündəlik qidalanmada böyük risk yaradır. Həkimin sözlərinə görə, insanla

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Demans riskini azaltmaq üçün ideal yuxu müddəti

Alimlərin fikrincə, demans riskini azaltmaq üçün ideal yuxu müddəti gecə yeddi-səkkiz saatdır. xəbər verir ki, yuxu çatışmazlığı uzun müddətdir ki, demensiya riskini artırır. Yeni tədqiqatlar göstərir ki, bu, sonrakı həyatd

.

Bu saatlarda çölə ÇIXMAYIN

"Tozcuqların havadakı konsentrasiyası günün müxtəlif saatlarında dəyişir". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onu

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

1 aydan çox davam edən ÖSKÜRƏK - Gizli xəstəliyin siqnalı

"Uzunmüddətli öskürək də risk əlaməti ola bilər". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onun sözlərinə görə, bir ayda

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

turlar.az

adlarin menasi kosmetika mehsullari gozel gorunmek yataqda röya ayxan qripdə nə etməli buga burcu 2026 kosmetika cantalar dieta intim munasibetler pizza kley lekesi