Yaponiyada dişlərin çıxması üçün dünyada ilk dərman yaradılır
Fəaliyyəti Kioto Universiteti tərəfindən maliyyələşdirilən Yaponiya startapı "Toregem Biopharma"nın əməkdaşları təxminən 2030-cu ilə qədər dişlərin böyüməsi üçün dünyada ilk dərman yaratmaq niyyətindədirlər.
Milli.Az Sonxeber.az-a istinadən bildirir ki, hazırlanan dərman ağız boşluğunda yerləşən diş toxumasının formalaşmasına təsir etməlidir. Bu toxumalar əsl dişlərə çevrilə bilər, lakin çox vaxt onların inkişafı dayanır və zamanla yox olur.
Gözlənilir ki, dərman onların inkişaf prosesini dayandıran zülalın təsirini azaldacaq, nəticədə əmələ gələn dişlər çıxmamış və ya itirilmiş dişləri əvəz edə biləcək.
Dərmanın təhlükəsizliyini və effektivliyini təsdiqləmək üçün 2024-cü ilin yayında onun insanlar üzərində ilk klinik sınaqlarına başlanması planlaşdırılır.
Milli.Az









Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Qaravəllilər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Məşhur aktyor 46 yaşında vəfat etdi
İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Oğlu Zaur Rzayevin vəsiyyətini açıqladı
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb