Yaponları sağlam edən su ilə müalicə üsulu

Yaponları sağlam edən su ilə müalicə üsuluYaponlar uzunömürlü insanlardır, digər ölkələrin sakinləri onların uzunömürlülüyünə səmimi şəkildə qibtə edir.
Milli.Az xəbər verir ki, yaponların sağlam olmasının əsas səbəblərindən biri yuxudan duran kimi su içmələridir. Bir çox xəstəlik üçün su 100% dərmandır. Yapon Tibb Birliyi səhər su içməyin müalicəvi təsirini təsdiqləyib: baş ağrıları, ürək problemləri, bronxit, həzmsizlik və digər xəstəliklər sehrli şəkildə müalicə olunur! O cümlədən uzunmüddətli və ciddi xəstəliklər.
Aşağıdakı xəstəliklərə təsirli vasitə olaraq tanınır:
baş ağrısı
bədən ağrısı
ürək-damar sistemi xəstəlikləri
artrit
ürək döyüntüsü
epilepsiya
artıq çəki
astmatik bronxit
vərəm
meningit
böyrək xəstəlikləri
qusma
qastrit
ishal
şəkərli diabet
qəbizlik
göz xəstəlikləri
qadın xəstəlikləri
qulaq, burun və boğaz xəstəlikləri
Yaponların su ilə müalicə üsulu
1. Səhər dişlərinizi fırçalamazdan əvvəl dörd stəkan su içmək lazımdır (bir stəkan su - 200 ml.).
2. Dişlərinizi fırçalayın, amma sonrakı 45 dəqiqə ərzində heç bir şey yeməyin və içməyin.
3. Bu 45 dəqiqədən sonra istədiyiniz hər şeyi yeyə və içə bilərsiniz.
4. Səhər yeməyindən sonrakı iki saat ərzində yeməyin və içməyin.
5. Səhər dörd stəkan su içə bilməyənlər daha aşağı dozadan başlayaraq tədricən dörd stəkana çatmaq üçün artıra bilərlər.
Niyə səhərlər su içməyə dəyər?
Yuxudan sonra bədəndə su azaldığı üçün qan qatılaşır, odur ki, səhər acqarına su içməlisiniz. Bir insan bunu etmirsə və qəhvə ilə sendviç yeməyə başlayırsa, qan daha çox laxtalanır. Çünki bədən qidanı həzm etmək üçün suya ehtiyac duyur.
Qəhvə, çay sidikqovucu təsir göstərir. Bu o deməkdir ki, orqanizm siz içdiyinizdən daha çox su atacaq. Nəticədə xroniki su çatışmazlığı, daim qanın laxtalanmasına, bağırsaq problemlərinə gətirib çıxaracaq. Odur ki, yeməkdən əvvəl normal həzmi təmin etmək üçün su içirik. Yeməkdən sonra növbəti qida qəbuluna qədər tab gətirmək lazımdır. Bu, nə yeyildiyindən və nə qədər olduğundan asılı olaraq təxminən 2-4 saatdır.
Su 5-10 dəqiqədən sonra boş mədədən atılır, tezliklə bağırsağa daxil olur və sovrulur. Beləliklə, bədəndə qan laxtalanmadan şirələri mədəyə etibarlı şəkildə çıxara bilər.
Limonlu suyun faydaları
1. Bədənin immun sistemi güclənir. Limon C vitamini və kaliumla zəngindir. Beyin və sinir sistemini stimullaşdırır, qan təzyiqini idarə edir.
2. Limon turşusu turşuluğu artırmır.
3. Metabolizm yaxşılaşır. Limon suyu bədənin aclıqla mübarizə aparmağına kömək edən pektin ehtiva edir. Bundan əlavə, qələvi pəhrizi saxlayan insanların daha sürətlə arıqladığı sübut edilib.
4. Limon suyu həzmi stimullaşdırır. İsti su mədə-bağırsaq traktının və peristaltikanın stimullaşdırılmasına xidmət edir.
5. Bu içki yüngül diüretik təsir göstərir. Limon suyu sidik yollarının sağlamlığını qorumaqla bədəni tez zamanda təmizləməyə kömək edən sidik sürətini artırır.
6. Dəri təmizlənir. Bundan əlavə, C vitamini dəridə qırışların və ləkələrin azalmasına kömək edir, çünki qandan toksinləri çıxarır.
7. Bir stəkan su bədənin susuzlaşmasına qarşı mübarizədir, səhər bütün orqanlar düzgün işləməyə başlayacaq və ilk növbədə hormonları ifraz edən böyrəküstü vəzilər. Bədən stressə hazır olacaq və bütün günü normal fəaliyyət göstərə biləcək.
Müəyyən xəstəliklər üçün müalicə şərtləri
1. Yüksək təzyiq - 30 gün
2. Qastrit - 10 gün
3. Diabet - 30 gün
4. Qəbizlik - 10 gün
5. Artritli xəstələr bu proseduru ilk həftədə 3 gün, ikinci həftədən başlayaraq hər gün həyata keçirməlidir.
Bu üsulun heç bir mənfi təsiri yoxdur, lakin müalicənin əvvəlində sidik miqdarı arta bilər. Müalicədən sonra bu proseduru davam etdirsəniz və norma halına gətirsəniz, daha yaxşı olar. Su için və sağlam, aktiv olun.
Qeyd: Çinlilər və yaponlar yemək yeyərkən isti çay içirlər (soyuq suyun əvəzinə). Bu vərdişi mənimsəməyin vaxtı çatıb. Başqa sözlə, maye halına gələn yağlar oksigenlə sürətli reaksiyaya girir və bağırsaq tərəfindən daha yaxşı sovrulur. Odur ki, yağlar dərinin altına yerləşdirilmir və xərçəng ehtimalı on qat azalır. Yeməklə soyuq içkilər içməyi sevənlər bilməlidir ki, soyuq su qidaların sovrulmasını azaldır. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1379   Tarix: 01 avqust 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

makiyaj instagram geyim necə seçməli makiyaj etmek qaydalari encir murebbesi tutma reseptleri aksesuar şaftalının xeyri kosmetika sağlamlığa aid atalar sözləri klitor brusell bakteriyası kəlamlar vətən haqqında atalar sözləri