Yaraşıqlı müğənni qız axtarır görün nə səbəbə
Müğənni Samir Cavadzadə Mayamiyə aparmağa qız axtarır.
Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "ATV maqazin onlarla" verilişində deyib.
O bildirib ki, yeni klipini məhz orada çəkdirməyi planlaşdırır:
"Mayami" adlanan mahnım ritmikdir. Ona yay ab-havalı klip çəkdirmək istəyirəm. Mayamiyə iki biletim var. Klip gərək orada çəkilsin".
Samir yaşlanmaqdan, şou-biznesə gələn yeni ifaçılardan söz açıb:
"Vaxt keçdikcə yaşlaşırıq, yeni nəsil gəlir. Onların artmasından qorxan deyiləm. Məni kim görürsə, deyir ki, on ildir beləsən, dəyişmirsən. Bircə gözlərim zəifləyib. Əvvəl uzağa baxanda gözlərimi qıyırdım. İndi optik eynəkdən istifadə edirəm".
İfaçı sevgilisindən ayrılması və depressiyaya düşməsi xəbərlərinə də münasibət bildirib:
"Maşallah, bütün həmkarlarım evlənirlər. Həyatımda heç kim yoxdur. Mən qəfildən evlənəcəm. Birdən toy fotolarımı yayacam. Depressiyaya düşən deyiləm. Yalan söhbətdir. Kefim olmayanda kənara çəkilib, ətrafımdakıların da əhvalını korlamamağa çalışıram".
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir