Yaşananları, sevinci, xatirələri, insanın özünü unutduran bəla: nə etməli? - həkim yazır

Yaşananları, sevinci, xatirələri, insanın özünü unutduran bəla: nə etməli? - həkim yazırAlzheimer əsasən yaşlanma ilə birlikdə beyin hüceyrələrinin ölməsi nəticəsində yaddaşin itməsi  və demensiyanin səbəbidir. Günümüzdə hələlik geri döndürülə bilməyən bir prosesdir.
Cox zaman asta başlayir və yavaş inkişaf edir. Alzheimerin yaşlıların xəstəliyi olduğunu düsünsələr də xəstələrin 5%-i 40-50 yaşlarına təsadüf edir. 60 yaşdan daha tez yoluxanlarda bu xəstəliyin genetic meyilli oldugu düşünülür.
Alzheimer nədir?
Alzheimerin əsas elaməti yaxin yaddaşin itmesi, şəxsin adları, adres məlumatlarını, tarixi, özünün şəxsi məlumatlarını, xüsusilə ev ünvanını, telefon nömresini xatırlamaması, məntiqli düşünmə azalması, xasiyyət dəyişiklikləri kimi xüsusiyyətlər üzə çıxar. Və bu əlamətlərin artması həyat keyfiyyətini aşağı salar. Xəstəlik irəlilədikcə gündəlik fəaliyyətlərdə də çətinlik yaranır.
Alzheimerin əmələ gəlməsində beyində beta-amiloid adlanan protein topalarının və tau cisimciklərinin əmələ gəlməsidir. Bu cisimlərin saglam beyin hüceyrələrinə və onlar arasındakı bağlantılara  tesir etdiyi düşünülür.
Simptomlar pisləşdikcə insanların son hadisələri xatırlaması, əsaslandırması və tanıdıqları şəxsləri tanıbası çətinləşir. Və ən nəhayət Alzheimer xəstəsinin ona qulluq edəcək başqa birisinə ehtiyacı olur.
Yaşananları, sevinci, xatirələri, insanın özünü unutduran bəla: nə etməli? - həkim yazırSimptomlar
Alzheimer xəstəliyi proqressiv bir xəstəlikdir, yəni zaman keçdikcə simptomlar daha da pisləşir. Yaddaşın itirilməsi əsas xususiyyətidir. Və ilk inkişaf edən də bu simptomdur. Simptomlar tədricən, aylar, illər ərzində üzə çıxır.
Alzheimer xəstəliyinin simptomlarına aşağıdakılar daxildir:
Yaddaşın itirilməsi: insan yeni məlumatları öyrənməkdə və yadda saxlamaqda çətinlik çəkir. Bu  səbəbdən də aşağıdakılar ola bilir:
sualların və söhbətlərin dəfələrlə tekrarlanması
əşyaların itirilməsi
hadisələri və təyin edilmiş görüşləri unutmaq
lazım olan məkanı tapmamaq və itmək
Koqnitiv çatişmazlıqlar: İnsan düşünmə, mürəkkəb tapşırıqları yerinə yetirmə və mühakimə yeritməkdə çətinlik çəkə bilər:
pul və hesabı ödəməkdə çətinlik
qərar qəbul etməkdə çətinlik
hərəkətlərində hər hansı bir təhlükə və riskləri düşünərək hərəkəkət etməkdə çətinlik
Geyinmək kimi bir neçə mərhələdən ibarət olan tapşırıqları yerinə yetirməkdə çətinlik
Tanıma ilə bağlı problemlər: İnsan üzlərini və ya obyektkəri tanımada  çətinlik yaranır. Bunlar  görmə ilə bağlı problemlərlə elaqəli deyil.
Məkanı hiss etməklə bağlı problemlər: Müvazinətini saxlamaqda çətinlik çəkər, tez-tez yıxılır və ya əlindəki əsyaları tez-tez yerə salır. Həmçinin geyindiyi zaman paltarları bədəninə uyğun təyin etməkdə çətinlik çəkir.
Danışma, yazma və oxuma ilə bağlı çətinliklər: Alzheimer xəstələri uyğun sözlərin tapılmasında çətinlik çəkər. Çox danışarlar,yazmada səhvlər buraxarlar.
Şəxsiyyət və ya davranış dəyişiklikləri:Aşağıdakı şəxsiyyət və ya davranış dəyişiklikləri ola bilər:
əvvəlki vaxtlarına nisbətən daha az kədərlənmək, əsəbləşmək və ya həyəcanlanmaq
adətən evvəllər zövq aldıqları şeylərdən  zövq ala bilməmə, motivasiyanın itməsi
empati hissinin itirilməsi
Obsessiv və ya sosial ortama uyğun olmayan davranış
Yaşananları, sevinci, xatirələri, insanın özünü unutduran bəla: nə etməli? - həkim yazırMərhələləri
Alzheimer xəstəliyinin yüngül, orta və ağır mərhələləri var.
Yüngül Alzheimer xəstəliyi
Yüngül Alzheimer xəstəliyi olan şəxslərdə aşağıdakı yaddaş problemləri və koqnitiv çətinliklər əmələ gəlir:
Gündəlik işləri görərkən normaldan daha uzun zaman aparır
pulu idarə etməkdə çətinlik və ya hesabları ödəmədə çətinlik
məkanı tapmaqda çətinlik və ya itmək
daha tez özündən çıxmaq, bəzi seyləri gizlərmək kimi davranış dəyişikliyi
Orta dərəcədə Alzheimer xəstəliyi
Orta dərəcəli Alzheimer xəstəliyində beynin dil, duyğular, düşünmək və mühakimə yürütməyə bağlı hissələri zədəlınir:
Daha çox yaddaş pozulması və hadisələrin qarışdırılması
Yeni şeyləri öyrənə bilməmə
Geyinmək kimi bir neçə mərhələli işləri yerinə yetirmədə çətinlik
Yeni vəziyyətlərdən çıxış yolu tapmaqda çətinlik
Hallüsünasiyalar, paranoyalar
Ağır dərəcəli Alzheimer xəstəliyi
Ağır dərəcəli Alzheimer xəstəliyində beynin hər tərəfində tau cisimcikləri və "beta amiloid" adlanan protein topaları yayılır və bu səbəbdən də beyin önəmli ölçüdə kiçilir. Aşagıdakı elamətlər yaranır:
insanlarla elaqə qura bilməmə
başqalarının qulluğuna ehtiyacı olma
demek olar ki, yataqdan çıxmama
Yaşananları, sevinci, xatirələri, insanın özünü unutduran bəla: nə etməli? - həkim yazırErkən başlanan Alzheimer xəstəliyi
Alzheimer xəstəliyi üçün yaş risk faktoru olmasına baxmayaraq, yalnız yaşlıların xəstəliyi sayılmır. Adətən 65 yaşdan yuxarı insanlarda rast gəlməyimizə baxmayaraq, 40-50 yaşlı şəxslər arasında da müşahidə olunur.
Xüsusən erkən başlayan Alzheimer xəstəliyində genetik faktorun rolu olduğu düşünülür.
Alsheimer xəstəliyi və digər demensiya növləri
Demensiya koqnitiv funksiyaların pozulmasını əhatə edən termindir.
Alzheimer xəstəliyi demensiyanın ən yayılmış formasıdır. Beyində yaranan beta-amiloid protein topaları və tau cisimləri səbəbilə yaranır. Simptomlar yavaş-yavaş başlayır.
Digər demensiya növləri arasında Levi cisimcikli demensiya, Parkinson demensiyası, Creutfeldt-Jakov xəstəliyi, Vaskulyar demensiya, Frontotempotal demensiya, normal təyziqli hidrosefaliya, Hantington xəstəliyi də vardır. Bir insanda demensiyanin bir neçə növü ola bilər.
Yaşananları, sevinci, xatirələri, insanın özünü unutduran bəla: nə etməli? - həkim yazırDiaqnozun qoyulması
Alzheimer diaqnozunun qoyulması üçün şəxsin yaddaş pozulması, koqnitiv geriləmə və ya gündəlik həyat fəaliyyətini yerinə yetirmədə çətinliyin olması mütləqdir.
Əhatəsində olan insanlar şəxsin özündən əvvəl demensiya əlamətlərini hiss edirlər.
Alzheimer xəstəliyi üçün xüsusi bir müayinə yoxdur. Əgər Alzheimer xəstəliyi şübhəsi varsa həkim pasientin özündən, qohumlarından və baxıcılarından simptomları və xəstənin tibbi keçmişi barədə ətraflı məlumat toplamalıdır. Əlavə olaraq aşağıdakı müayinələrə də ehtiyac ola bilər:
pasientin düşünmə və xatırlama bacarığını qiymətləndirmək üçün xüsusi testlər
standart nevroloji müayinə
qan və sidiyin müayinələri
beynin KT və ya MRT müayinəsi
genetik test
Müalicəsi
Alzheimer xəstəliyinin xüsusi bir müalicəsi yoxdur. Çünki beyin hüceyrələrinin ölümünü dayandırmaq mümkün deyildir. Bununla bərabər müalicələr simptomları yüngülləşdirə və pasientin, ailəsinin və baxıcısının həyat keyfiyyətini yaxşılaşdıra  bilər.
Demensiya müalicəsinin vacib elementləri bunlardır:
Alzheimer ilə yanaşı əmələ gələn şəraitin effektiv idarə edilməsi
fəaliyyətlər və gündəlik baxım proqramları
dəstək qruplarının və xidmətlərin cəlb edilməsi
Səbəbləri
Bütün demensiya növləri kimi Alsheimerdə də səbəb beyin hüceyrələrinin ölümüdür, yəni neyrodegenerativ bir xəstəlikdir.
Alzheimerli bir şəxsdə beyin toxumasında sinir hüceyrələri və hüceyrələr arası bağlantılar getdikcə azalır və sinir toxumasında beta-amiloid protein topaları və tau cisimləri əmələ gəlir.
Ölən beyin hüceyrələri arasında lövhələr əmələ gəlir. Həmin lövhələr beta-amiloid adlanan bir proteindən əmələ gəlir. Cisimlər isə sinir hüceyrələrinin icərisində yaranır. Bu cisimlər isə Tau adı verılən başqa bir proteindən əmələ gəlir.
Araşdırmaçılar hələlik bu dəyişikliklərin əmələ gəlmə səbəbini tam olaraq bilmirlər.
Yaşananları, sevinci, xatirələri, insanın özünü unutduran bəla: nə etməli? - həkim yazırRisk fakrorları
Alzheimer xəstəliyi üçün əsas risk faktorlarına nəzər salaq:
yaşlanma
ailə fərdləri arasında Alzheimer xəstəsinin olması
müəyyən genlərin daşınması
Alzheimer riskini artıran digər faktorlara baş beyin travmalarını, toksik materiallar və sənaye tullantıları ilə təması göstərmək olar.
Alzheimer xəstəliyindən qorunmaq üçün aşağıdakılar məsləhət görülür:
gündəlik idman hərəkətləri, yürümə
sağlam qidalanma
ürək-damar xəstəliklərindən qorunmaq
kardiovaskulyar xəstəlik, şəkərli diabet, yüksək təyziq və artıq çəki risklərindən uzaq durmaq
həyatı boyunca aktiv beyin fəaliyyəti ilə məşğul olmaq.
Nevroloq Sevinc MirSeyid
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1577   Tarix: 23 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

adlarin menasi kosmetoloq kosmetik vasiteler atalar sozu elm haqqinda etiraflar elm haqqında atalar sözleri elm aid atalar sozleri kosmetika novruz hakısdası qızlıq pərdəsi yumurta qurd xəstəliklərinə qarşı mualicə baliq burcu