Yastıpəncəlik

YastıpəncəlikUmumi məlumat
Pəncə öz üzərində bədənin çəkisini daşıyır. Bu yükü daşımaq üçün pəncənin bütün hissələri - sümükləri, əzələləri və vətərləri normal vəziyyətdə düzgün, qarşılıqlı, müştərək vəziyyətdə olur.
Pəncənin iç hissəsində əyrilik var, boylama və köndələn əyriliklər qeyd olunur. Normada onların müəyyən hündürlükləri olur. Pəncə dayaq və ressor funksiyasını - yeriş, qaçış, hündürlüyə tullanma hərəkətlərini yumşaltmağı həyata keçirir.
Yastıpəncəlikdə pəncə əyriliyinin aşağı düşməsi pəncə deformasiyasının ən çox yayılan növüdür.
Səbəbləri:
Bir neçə səbəbləri ayırd edilir:
-anadangəlmə yastıpəncəlik, anadan gəlmə inkişaf qüsurları ilə izah olunur
-Raxitik yastıpəncəlik - vitamin D -nin çatmamazlığı nəticəsində əzələlərin zəif, sümüklırin yumşaq olması
-Paralitik yastıpəncəlik - bu zaman baldır və pəncə əzələlərinin qismən və ya tam iflici nəticəsində baş verir, keçirilmiş poliomielit, insultdan sonra pəncədə deformasiya olur.
-Travmatik yastıpəncəlik - ayaq darağı və daraqönü, daban, topuq sümüklərinin sınıqları nəticəsində baş verir, nəticədə pəncənin deformasiyası baş verir.
-Statik yastıpəncəlik - ən cox rast gəlinir. Pəncə bağları və əzələlərinin zəifliyidir. Buna səbəb aşağıdakı faktorlardır:
-bədənin artıq çəkisi, piylənmə
-narahat, dar ayaqqabı, hündür dikdaban ayaqqabı, dar corablar
-yaş həddi - kiçik yaşlı uşaqlarda əzələ və bağlar zəif inkişaf edir, qocalarda isə distrofik pozğunluqlar olur.
Əlamətləri:
Əlamətləri 3 mərhələdə gedir:
1-ci stadiyada - intensiv işlərdən sonra pəncələrdə ağrılar olur
2-ci stadiyada ağrı daha tez olur, axşamlar pəncə və baldırlar yorulur, ağrımağa başlayır, axşam pəncə şişir, səhər çəkilir
3-cü stadiyada kiçik yeriş belə ağrı və yorğunluğa səbəb olur. Axşam ayaqlar o qədər ağryır ki, yerimək mümkün olmur, pəncə və baldırlar şişir.
4-cü stadiyada kontrakturalar yaranır. Pəncənin deformasiyasında sinirlər zədələnir, nəticədə baldır əzələləri çox gərgin olur, yerimək mümkün olmur.
Ağırlaşmaları:
Yeriş pozulur, iş qabiliyyəti aşağı düşür, çanaq əyilir, onurğa deformasiyaya uğrayır, osteoxondroz inkişaf edir.
Siz nə edə bilərsiniz:
Uşaq yaslarında vaxtında Həkimə müraciət etmək lazımdır.
Həkim nə edə bilər:
İlkin stadiyalarda isti vannalar, massaj, müalicəvi bədən tərbiyəsi ilə məşğul olmaq lazımdır. Xüsusi ortopedik ayaqqabılardan istifadə olunur.
4-cü stadiyalarda cərrahi müalicə göstərişdir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1102   Tarix: 05 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

gelinlikler yay geyimləri 2026 hamilelikde qidalanma hamiləlikdə axıntı yuxuyozma hicab baglama usullari toy paltarlari 2026 kosmetika baldiza aid hakisda qaynana hakista baliq burcu haxisda burclerin uyumu