Yatmazdan əvvəl edilən bu vərdiş böyrəkləri sıradan çıxarır
Bəzi gündəlik vərdişlər, xüsusilə yatmazdan əvvəl edilənlər, uzun müddətdə böyrəklərin fəaliyyətinə mənfi təsir göstərə bilər.
Milli.Az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, zərərsiz görünən bəzi davranışlar böyrəklərə əlavə yük yaradır və zamanla ciddi problemlərə səbəb ola bilər.
Bildirilir ki, gecə saatlarında qəbul edilən bəzi maddələr böyrəklərin istirahət prosesini pozur. Xüsusilə nəzarətsiz şəkildə istifadə olunan ağrıkəsicilər, yüksək dozalı vitaminlər və müxtəlif "detoks" içkiləri böyrəklərin filtrasiya funksiyasını çətinləşdirə bilər. Bu isə zamanla toxuma zədələnməsi və böyrək daşlarının yaranma riskini artırır.
Bundan əlavə, enerji içkilərinin gecə saatlarında qəbulu da təhlükəli hesab olunur. Tərkibindəki kofein və digər stimullaşdırıcı maddələr böyrəklərə dolayı yolla təsir edərək onların normal fəaliyyətini poza bilər.
Mütəxəssislər həmçinin qeyd edirlər ki, yatmazdan əvvəl duzlu qidaların qəbulu və kifayət qədər su içilməməsi böyrəklərdə kristallaşmaya və daş əmələ gəlməsinə şərait yaradır. Bu səbəbdən axşam saatlarında qidalanmaya xüsusi diqqət yetirmək tövsiyə olunur.
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO