Yay aylarında bu qidalardan uzaq durun – Mütəxəssis xəbərdarlığı
Yay aylarında yüksək temperatur bəzi qidaların zəhərlənmə risqini artırır.
Milli.Az xəbər verir ki, qida təhlükəsizliyi üzrə rusiyalı ekspert Yelena Spetsenko bildirib ki, xüsusilə zülal tərkibli və tez xarab olan məhsullar bu fəsildə ciddi təhlükə yaradır.
Riskli məhsullar arasında mal və quş əti, bişmiş kabab, kolbasa, paştet, süd məhsulları (kəsmik, xama, qatıq, yumşaq pendir), qaymaq əsaslı desertlər, balıq və dəniz məhsulları, eləcə də mayonezli salatlar var.
Ekspert qeyd edir ki, bu qidalar düzgün saxlanmadıqda bakteriyaların çoxalması üçün əlverişli mühitə çevrilir və həzm pozğunluqlarına səbəb ola bilər. Hətta məhsulun yararlılıq müddəti keçməsə belə, yüksək temperaturda saxlanması onu təhlükəli edir.
Spetsenko yayda küçə yeməklərindən uzaq durmağı, şübhəli şəraitdə satılan tez xarab olan məhsulları almamağı və hazır yeməkləri yalnız soyuducuda saxlamağı tövsiyə edir.
Zəhərlənmə əlamətləri (ürəkbulanma, halsızlıq, ishal və s.) hiss olunarsa, dərhal həkimə müraciət edilməlidir.
Asya
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Heyli Biber hamilədir? - Foto
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?