Yayda hansı yeməklərə "hə", hansılara "yox" deməliyik

Yayda hansı yeməklərə İsti yay günlərində düzgün qidalanma bədənin temperatur tənzimlənməsi, susuzluğun qarşısının alınması və ümumi sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. 
Bu barədə Modern.az-a açıqlama verən qida sahələri üzrə ekspert Fərid Səfərov bildirib ki, iqlimə uyğun qidalanmaq həm istilərin fəsadlarından qorunmağa, həm də enerjini yüksək saxlamağa kömək edir.
Ekspertin sözlərinə görə, yay mövsümündə menyuda əsas yer tutmalı olan məhsullar su və su tərkibli qidalardır:
"Bu dövrdə su, ayran, mineral sular, eyni zamanda qarpız, yemiş, xiyar, pomidor kimi tərkibində 90 faizdən çox su olan məhsullar mütləq istifadə edilməlidir. Bədəni toksinlərdən təmizləmək üçün doğranmış meyvə ilə hazırlanmış detoks suları da faydalıdır".
Fərid Səfərov yüngül zülallı yeməkləri də yayda üstünlük verilməsi vacib olan məhsullar sırasında qeyd edib:
"Toyuq, balıq, qaynadılmış yumurta, az yağda bişmiş paxlalılar, məsələn, mərcimək salatı, həm orqanizmə yüngüldür, həm də zəruri zülalları təmin edir".
Ekspert təzə meyvə və tərəvəzlərin də yay süfrəsinin ayrılmaz hissəsi olduğunu vurğulayıb:
"Şaftalı, ərik, gilas, albalı, moruq və tərəvəz salatları - bol limon, az duz və zeytun yağı ilə ideal seçimdir. Həmçinin dovğa, badımcan və lobya salatları, bulqur və qarabaşaqla hazırlanan yüngül salatlar yay üçün çox uyğundur. Ayran, kefir və qatıq da bağırsaq florası üçün faydalıdır".
Fərid Səfərov yayda uzaq durulmalı qidalar barədə də xəbərdarlıq edib:
"Ağır, yağlı yeməklər, qovurma, kabab, xəngəl, dolma kimi yeməklərdən yayda mümkün qədər az istifadə olunmalıdır. Eyni zamanda şirin qazlı içkilər, hazır meyvə şirələri, ağır şirniyyatlar, konservləşdirilmiş məhsullar və kolbasa növləri orqanizmin su itirməsinə səbəb olur və zəhərlənmə riskini artırır".
Azərbaycan mətbəxinin yay ayları üçün sağlam qidalanma baxımından geniş imkanlar yaratdığını deyən ekspert əlavə edib ki, dovğa, ayran, qatıq, badımcan salatı, kükü, lobya salatı, təzə meyvə-tərəvəz bolluğu Azərbaycan yay süfrəsinin əsasını təşkil edir. 
"Nanə, sumax, keşniş kimi ədviyyatlar isə həm susuzluğun qarşısını alır, həm də tərləməni tənzimləyir. Əsas odur ki, ağır yeməkləri və şəkərli içkiləri müvəqqəti olaraq tətilə göndərək və rasionumuzu təbii, yüngül qidalarla zənginləşdirək".
Fərid Səfərov bildirib ki, yay mövsümündə məqsəd bədəni susuzluqdan, istilik stresindən və mədə-bağırsaq problemlərindən qorumaqdır. Bu baxımdan Azərbaycan mətbəxi ənənəvi olaraq sağlam və əlverişli seçimlər təqdim edir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1243   Tarix: 19 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

turlar.az

geyim dəbləri yaz geyimleri 2026 geyim şəkilləri donlar yay ucun qisa saclarin yigilmasi cinsi sağlamlıq seks haqqinda kosmetika novruz hakistasi xocali atalar sozleri azərbaycan sevgi