Yayda sağlam və canlı saçlar üçün 8 qızıl tövsiyə

Yayda sağlam və canlı saçlar üçün 8 qızıl tövsiyəDS Laboratories-in saç mütəxəssisləri yayda sağlam, baxımlı və canlı saçlara sahib olmaq üçün 8 qızıl qaydanı açıqlayıb.
Milliyet.com saytının məlumatına görə, ABŞ-da saç və cildə qulluq sektorunun qabaqcıl markalarından olan DS Laboratories-in saç mütəxəssisləri hava temperaturunun yüksəldiyi yay aylarında sağlam və canlı saçlara sahib olmaq üçün tətbiq edilməsi gərəkli olanları və tövsiyələrini açıqlayıb.
Daha həcmli, canlı, parlaq və gözəl saçlar üçün müntəzəm qulluğun əhəmiyyətinə toxunan mütəxəssislər kənardan tətbiq olunan müalicə, qulluq və müxtəlif vasitələrlə birlikdə sağlam qidalanmanın da çox önəmli olduğunu vurğulayır.
Yay aylarında saçın və saç dərisinin qüvvətləndirilməsi və çətin günlərə hazırlanması lazımdır. Bunun üçün düzgün məhsullardan istifadə, stressdən uzaq durmaq, yuxu nizamına diqqət etmək və lazımi baxım prosedurlarının aparılması tövsiyə edilir.
DS Laboratories-in saç sağlamlığı mütəxəssislərinin tövsiyələri bunlardır:
1. Havalar çox qızmadan saç fenindən istifadəni azaldın
İsinməyə başlayan havalar saçların da daha çox və sürətlə qurumasına, kövrək quruluşa malik olmasına və solğun görünüş qazanmasına səbəb olur. Hava temperaturunun və havadakı nəm nisbətinin artmağa başladığı yayın ilk ayında saçqurutma cihazından mümkün qədər uzaq durulmalı, daha az fendən istifadə etməli və saça itirdiyi nəmliyi qaytarmaq üçün qulluq məqsədli prosedurlar aparılmalıdır.
2. Saç rənginizi qoruyun
Yay ayları ilə birlikdə hovuz və dənizə girmə halları da artır. Xüsusilə təbii olmayan və qoruyucu maddələrin sıxlıqla istifadə olunduğu hovuz suyu saçın kimyəvi tərkibini pozur, rəngini açır və saçlara zərər verir. Hovuzun bu zərərli təsirlərindən qorunmaq üçün yayın əvvəlində saçlara xüsusi qulluq olunmalı, həm saçın sağlamlığı, həm də canlı rəngini saxlaması zəmanət altına alınmalıdır.
3. Qidalanmanıza diqqət edin
Sağlam saçlara sahib olmaq sadəcə müntəzəm qulluq və kənardan tətbiq olunacaq vasitələrlə mümkün deyil. Canlı, parlaq və gur saçlar üçün nizamlı və sağlam qidalanma da bir o qədər əhəmiyyətlidir. Bunun üçün saçın ehtiyacı olan vitamin, mineral, amin turşusu, protein və yağlarla zəngin qidalara üstünlük verilməlidir.
4. Yuxunuzdan qalmayın
Yuxu bədənin özünü dincəltməsi və gərəkli enerjini yenidən toplaması üçün ən önəmli amillərdən biridir. Nizamlı və bölünməyən yuxu sağlam saçlar üçün də əhəmiyyətlidir.
5. Stressdən uzaq durun
Stress qadınların və kişilərin günümüzdə ən böyük problemlərindən biri olan saç tökülməsinin əsas səbəbləri sırasındadır. Yaz yorğunluğu, yaz depressiyası kimi fərqli səbəblərlə ortaya çıxan stress yay aylarında saç sağlamlığına da mənfi təsir göstərir. Bu səbəblə yaya daha sağlam və canlı saçlarla girmək üçün stressdən uzaq durmanız lazımdır.
6. Şampun seçiminə diqqət
Yaz ayları da daxil olmaqla yay ərzində istifadə olunan şampunları seçərkən daha diqqətli olmaq lazımdır. Saç növləri və quruluşları bir-birindən fərqli olduğu üçün şampun seçimində də saçın rəngini, növünü, keyfiyyətini və təbii strukturunu nəzərə alaraq qərar vermək lazımdır. Saçlarınızı kənar təsirlərdən qoruyan məhsullara üstünlük verə bilərsiniz. Saç dərisinə güc və canlılıq qazandıran, spesifik anti-DHT, antioksidant və anti-iltihabi təsirlərə malik şampunlardan istifadə etmək tövsiyə edilir.
7. Saçlarınızı yuma zamanını dəyişdirin
Yazda və yayda istifadə etdiyiniz şampun və saça qulluq vasitələrindən daha yüksək səviyyədə fayda əldə etmək üçün saçlarınızı axşam yumaq məsləhətdir. Bu halda saçı günəş işığı, toz, isti hava kimi təsirlərdən qoruyaraq daha az elektriklənməsini təmin edə və daha dalğalı, həcmli, parlaq və canlı saçlara qovuşa bilərsiniz.
8. Yayın əvvəlində saçlarınızı kəsdirin
Saç telləri uzandıqca qırılma, zəifləmə və tutqunlaşma səviyyəsi də artır. Saç tellərindəki qırılmalar və haçalanmalar uclardan başlayaraq ən üst nöqtəyə qədər çata bilir. Bunun üçün ilk əvvəl saç ustasına müraciət edərək qırılan hissələri götürməli, saçlarınızı kəsdirməli və saçınızın uzunluğunu sağlam hissələrə qədər qısaltmalısınız.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 1739   Tarix: 27 fevral 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu kartofları yeməyin – Zəhərlənmə riski var

Yaz aylarına yaxın evdə saxlanılan kartoflarda cücərmə və qabığın yaşıllaşması halları artır. xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, belə kartofları sadəcə təmizləyib istifadə etmək sağlamlıq üçün təhlükəli ol

.

Bu şəxslərə banan yemək olmaz - SƏBƏB

Banan dadlı və faydalı meyvə olsa da, bəzi insanlar üçün risk daşıya bilər. xəbər verir ki, dietoloqlar və həkimlər xəbərdarlıq edirlər ki, diabet xəstələri banan yedikdə qan şəkərinin sürətlə qalxması ilə üzləşə bilər. B

.

İftarda bu məqamlara diqqət edin

Ramazanda uzunmüddətli aclıqdan sonra iftar zamanı düzgün qidalanma sağlamlıq üçün vacibdir. Həkimlər tələsik və ağır yeməklərin həzm problemləri və halsızlıq yarada biləcəyini bildirirlər. xəbər verir ki, orucu qazlı v

.

Hər gün duş qəbul etmək təhlükəli İMİŞ - Bu yaşdan sonra

Çoxumuz gündəlik isti duşu gigiyena standartı və ən yaxşı rahatlama yolu kimi qəbul etmişik. Lakin yaş artdıqca, əvvəllər canlandırıcı olan şey sağlamlıq üçün gizli təhlükəyə çevrilə bilər. 65 yaşdan sonra bu qayda əks təsi

.

Yaşı 35-dən çox olanların NƏZƏRİNƏ

Ürək-damar xəstəlikləri yalnız yaşlı insanlara aid problem deyil. Yeni araşdırma göstərir ki, kişilərdə risk artıq 35 yaşdan etibarən artmağa başlayır və bu proses qadınlarla müqayisədə təxminən on il daha erkən baş verir

.

Damarları açır, öd kisəsini təmizləyir: Mətbəxinizdəki möcüzəvi ikili

Mətbəximizin ən sadə məhsullarından olan qatıq və kətan toxumu bir araya gəldikdə bədən üçün əsl "təmizlik süpürgəsi" rolunu oynayır. Bu ikili xüsusilə damarların keçiriciliyini artırmaq və öd yollarını safrada

.

Arteriyaları təmizləyən toxum: Necə içək?

Kətan toxumu arteriyalardan xolesterol lövhəsinin təmizlənməsinə kömək edir. -a istinadən xəbər verir ki, mütəxəssislər bu məhsulu arteriyalardakı yağ komponentlərindən, xolesteroldan və kalsiumdan ibarət çöküntüləri təmizləmə

.

Gecə yemək yeyənlərin nəzərinə - Bu xəstəliyə səbəb olur

Reflüks xəstəliyi son illərdə getdikcə daha geniş yayılıb. xəbər verir ki, türkiyəli həkim Mehmet Yalnız bildirib ki, hazırda hər 5 nəfərdən birində bu xəstəliyə rast gəlinir və bu vəziyyət birbaşa həyat tərzi ilə əlaqəlidir

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

toy makiyaji sekilleri geyim seçimi həkim məsləhəti zirincin faydalari uzdeki qara noqteler qizil sozler körpə və ona qulluq kosmetika həsən bəy zərdabi qadin.az veten haqqinda bayati balıq ariqla