Yayda uşaqlar ən çox bu xəstəliyə tutulur

Yayda uşaqlar ən çox bu xəstəliyə tutulurYay aylarının gəlişi ilə xüsusilə uşaqlarda ishalda böyük artım yaşanır.
Bununla bağlı mütəxəssislər ailələrə xəbərdarlıq edib.
Prof. Dr. Şanlıay Şahin bildirib ki, hər il dünyada 1,5 milyon uşaq ishaldan ölür və hər uşaq ildə orta hesabla 4 dəfə ishal keçirir. İshal olan hər 10 uşaqdan biri xəstəxanaya yerləşdirilir və müalicə olunur. Bir aydan çox davam edən ishalda əsas xəstəlik ola bilər, ona görə də əlavə araşdırmalar və müalicələr tətbiq edilməlidir.
"Uşaqlarda ikinci ölüm səbəbi olan ishal bu günlərdə yenidən artmağa başlayıb. Hər il olduğu kimi, yay ayları ilə birlikdə ishal hallarında artım müşahidə edilir. Diareya, qusma, qızdırma kimi əlavə xəstəlikləri olan uşaqların təcili olaraq yaxınlıqdakı tibb müəssisəsinə çatdırılması lazımdır. Xəstəliyin qarşısını almağın ən vacib yolu "gigiyena" qaydalarına riyayət etməkdir",-deyə mütəxəssis qeyd edib.
Həkim qeyd edib ki, ölüm nisbətinə baxdığımızda uşaqlarda ishal ikinci ən çox görülən ölüm səbəbi sayılır. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, hər uşaqda ildə orta hesabla 4 dəfə ishal olur. Yaz aylarında bu nisbət xeyli artır. Təəssüf ki, ishal yuyulmamış tərəvəz və meyvələr, çirklənmiş qida və su istehlakı nəticəsində keçir. Bağırsaqda su və qida maddələrinin udulması zamanı mükəmməl bir tarazlıq var. Bu tarazlığın pozulması da ishala səbəb olur. Risk faktorları burada vacibdir. Təbii ki, vaxtından əvvəl doğulmuş körpələr daha həssas olduqları üçün ishala daha çox meyilli olurlar. Ana südü ilə qidalanmayan uşaqlarda ishal daha çox olur. Uşaq bağçası və məktəb kimi izdihamlı mühitlərdə olan uşaqlarda ishal olma ehtimalı daha yüksəkdir. Natəmiz sudan istifadə, yuyulmamış tərəvəz və meyvələrdən istifadə də ishala səbəb olur.
Saglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 10489   Tarix: 13 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

turlar.az

kosmetoloq sac duzumleri aksessuarlar gənc qızlar üçün saç düzümləri elm bilik haqqinda atalar sözləri xinayaxdi bayatilari sidik yolu infeksiyalari kosmetika ekizler xocali mikayıl abdullayev hakışda qu quşu