Yazda immunitetinizi belə gücləndirin - 5 SADƏ YOL

Yazda immunitetinizi belə gücləndirin - 5 SADƏ YOLYaz aylarında, xüsusən də koronavirus pandemiyasının yayıldığı bir dövrdə immunitetin necə gücləndirilməsi ən vacib məqamlardan biridir.
Milli.Az lent.az-a istinadən sizə pandemiya dövründə xəstəliklərdən necə qorunmalı olduğunuz barədə sizə yolla təqdim edəcək.
Əvvəla qeyd edək ki, immunitet sistemi canlıda xəstəliklərə qarşı qorunma mexanizmi yaradan, vücudu yad və zərərli maddələrdən qoruyan qarışıq bir sistemdir. Bütün xəstəliklərə qalib gəlməyin yolu güclü immunitetə sahib olmaqdan keçir. Xüsusən də yaz aylarında buna diqqət etmək olduqca vacibdir. Mütəxəssislərin fikrincə immuniteti güclü olan şəxs koronavirusa yoluxsa belə bunu ən yüngül formada keçirmiş olur. Bəs immuniteti gücləndirmək üçün nə etməli?
1. Düzgün qidalanmaq:
Səhər yuxudan duranda və yemək qəbulundan 30 dəqiqə əvvəl 1 və ya 2 stəkan su içilməlidir. Suyun içilməsinin miqdarını aşağıda qeyd etdiyim hesablamaya görə təyin etmək mümkündür: Qadınlarda çəki (kq) X 0.30, kişilərdə çəki (kq) X 0,33. Məsələn, qadın 60 kq-dırsa çəki 0.30-a vurulur və onun üçün gün ərzində 1, 8 litr su içməyi müəyyən olunur. Çayı limonla içmək və bitki çaylarından istifadə etmək tövsiyə olunur. Səhər yeməyinə kalsium və zülal ilə zəngin olan yumurta, süd, pendir, bal, kəsmik, şor daxil edilməlidir. Günorta tərəvəzli şorbalar, borş, zülal ilə zəngin olan lobya, mərcimək şorbaları ilə qidalanmağınız tövsiyə olunur. Həftədə iki dəfə balıq yemək olduqca faydalıdır.
2. İdman etmək:
Əgər oturaq bir işdə işləyir və uzun müddət kompüter arxasında qalırsınızsa mütləq şəkildə kiçik fasilələr etməli və mümkün qədər yürüş etməlisiz. Düzənli olaraq idmanla məşğul olmaq ən gözəlidir.
3. Stressdən uzaq olmaq:
Müsbət fikirlər və nikbin əhval-ruhiyyə sağlamlıq üçün əhəmiyyətlidir. Elmi təcrübələr göstərir ki, optimistlər daha uzun və xoşbəxt ömür sürürlər.
4. Nizamlı yuxu:
Yuxu bədəni güclü, zehini oyaq saxlayar. Hind toyuğu və süd məhsulları kimi bəzi qidalar triptofan ehtiva etdikləri üçün yuxu gətirər. Axşamlar kofe içməkdən çəkinin.
5. Pis vərdişlərdən uzaq olmaq:
Zərərli vərdişlərdən yaxa qurtarmaq üçün insan öz niyyət və düşüncəsini dəyişməlidir. Belə vərdişlərdən yaxa qurtarmağın ən yaxşı yolu yaxşı vərdişlərə yiyələnməkdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1443   Tarix: 09 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

kosmetika mehsullari həkim məsləhəti toy makiyajlari seksual pozalar toyuq yeməkləri şorba reseptləri pizzalar kosmetika gozellik novruza aid hakisdalar novruz hakistalari intim munasibetler bayatılarımızda vətən həsrəti