"Yazdı ki, qızın toyudur, özümü öldürmək istəyirəm" - Əsgərin dostları - FOTO
Yanvarın 29-da Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun ölüm xəbəri yayıldı. Yerli mətbuatda onun şəhid olduğu deyilsə də, Müdafiə Nazirliyi əsgərin intihar etdiyini açıqlayıb.
Əsgərin yaxınlarının sosial şəbəkədə paylaşım edib.
Onu şəxsən tanıyan yaxınlarından biri Xanəli ilə bağlı bir xatirəsini bölüşüb. Onun sözlərinə görə, Xanəli sevdiyi qızı kasıb olduğu üçün başqasına verdiklərinə görə özünü öldürmək istədiyini deyirdi:
"Bir qız istəyirdi. Qızın ailəsi kasıb olduğu üçün imtina etmişdi. Mənə yazdı ki, qızı mənə vermədilər. Çox pisəm. Bir aydan sonra yenə yazdı ki, bu gün onun toyudur. Özümü öldürmək istəyirəm. Zəng etdim, inboxda ona xeyli yazdım. Acıqlandım. Dedim belə etsən Allah qarşısında günahkar olasan...
Kasıbçılığa söydü və internetdən çıxdı.
Bir-iki ay sonra mənə təkrar yazdı ki, bir başqası ilə nişanlanmaq istəyir. Amma iş tapa bilmir. Dedim əsgər get, gəl mütləq sənə iş tapacam talış balası..."
Qeyd edək ki, Xanəlinin sosial şəbəkədəki paylaşımlarından onun ağır şərtlər altında yaşadığı və tez-tez kasıbçılıqdan gileyləndiyini diqqət çəkir.
Qohumları əsgərin bu gün Binə qəsəbəsində torpağa tapşırılacağını bildiriblər. (qafqazinfo)











Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri