Yeməkdən sonra diş fırçalamaq olar?
Araşdırmalara görə, yeməkdən sonra dişlərinizi fırçalamaq dişlərə zərər verə və onları daha kövrək edə bilər.
Milli.Az lent.az-a istinadən bildirir ki, optimal ağız gigiyenasını qorumaq üçün gündə iki dəfə dişlərinizi fırçalamaq tövsiyə olunur. Bununla belə, səhər proseduruna yanaşma fərqlidir: bəziləri dişlərini səhər yeməyindən əvvəl, digərləri isə ondan sonra fırçalamağa üstünlük verir.
Stomatoloq Anna Peterson səhər yeməyindən sonra dişlərinizi fırçalamağın səhv olduğunu deyir. Onun sözlərinə görə, vacib olan yeməkdən əvvəl təmizlənməkdir. Yemək yedikdən sonra ağzınız daha turşulu olur və dişlərinizi dərhal fırçaladıqdan sonra diş minasına turşulu maddələr sürtülür ki, bu da uzun müddətdə zərər verə bilər.
Diş pastası istehsal edən Colgate bu fikri təsdiqləyir. Onların hesabatına görə, yeməkdən sonra dişləri fırçalamaq minanın vəziyyətinə mənfi təsir göstərə bilər, çünki bu, dişlərə turşu təsirinin ən aktiv olduğu dövrdür.
Milli.Az









Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi