Yemişanın faydası

Yemişanın faydasıTəbabətdə meyvələri, çiçəkləri və yarpaqları istifadə edilir. Çiçəkləri çiçəklənmənin başlanğıcında, yarpaqları çiçəkləmə dövründə, meyvələri isə yetişəndən sonra yığılır. Yemişanın çox növləri faydalıdır. Xalq təbabətində ən çox tikanlı növündən istifadə edilir. Təbabətdə istifadəsi Dioskritin dövründən məlumdur. Qədimdən çiçəkləri və meyvələri yuxusuzluqda, baş gicəllənməsində, ürək ağrılarında, yel xəstəliklərində, aterosklerozda, ruhi pozğunluqda və epilepsiya (özündəngetmə xəstəliyinin bir növü) zamanı istifadə edilirdi. Meyvələrinin maye ekstraktı, çiçəklərinin arağı dərman məqsədilə işlədilir. Meyvələrinin duru ekstraktı geniş məlum olan "Kardiovalen" dərmanın tərkibinə daxildir. Yemişan ürək dərmanı kimi istifadə edilir. O ürək əzələlərinin yığılmasını qüvvətləndirir, ürək fəaliyyətinin ritmlərini normallaşdırır və qan dövranını qüvvətləndirir. Yemişanla müalicə qandakı xolestirinin miqdarını aşağı salır, ürək nahiyyəsində xoşagəlməz hissləri aradan qaldırır, mərkəzi sinir sisteminin qıcıqlanmasını azaldır, ürəyin vena damarlarında və beyinin damarlarında qan dövranını gücləndirir, taxikardiyanı (ürəyin tez-tez döyünməsini) və aritmiyanı aradan qaldırır, arterial təzyiqi bir qədər aşağı salır və yuxunu yaxşılaşdırır. Allergiya xəstəliklərinin müalicəsində də yemişan yaxşı nəticə verir.

Dərmanları.

Dəmləmə: 1 xörək qaşığı çiçəkləri bir stəkan qaynanmış su ilə 15 dəqiqə çaynikdə dəmlənir. Yeməkdən qabaq ilıq halda ½ stəkan gündə 3 dəfə qəbul edilir.

Həlim: 2 xörək qaşığı quru çiçəkləri 1 stəkan suda 10 dəqiqə qaynadılır, soyuyandan sonra süzüb gündə 3-4 dəfə 1 xörək qaşığı qəbul etmək.

20 q. quru və ya təzə meyvələri 200 ml qaynadılmış su ilə ½ saat, çaynikdə dəmlənir. Yeməkdən və gecə yatmazdan qabaq 200 mq qəbul edilir.

Arağı: 1) yemişanın meyvələri bir həftə spirtdə (1:10 yəni 10 qr yemişan 100 qr araq nisbətində) saxlanır. Gündə 3 dəfə yeməkdən qabaq 20-30 damcı suya qataraq qəbul edilir;

2) quru çiçəklərindən 10 qr götürüb 100 qr araqda 21 gün qaranlıq yerdə saxlamaq, süzmək, 20-25 damcı gündə 3 dəfə içmək.

Yadda saxlamaq lazımdır ki, çoxlu miqdar yemişan meyvələri və çiçəkləri qəbul etmək olmaz, bu ürəyin fəaliyyətini poza bilər. Ona görə bunlarla müalicə olunarkən həkimlə məsləhətləşmək lazımdır.

İngiltərədə yemişanın açılmamış qönçələrindən hazırlanan salatı sevirlər, belə salat qoz ləpəsinin dadını verir. Salat üçün təzə qönçələri və yarpaqları yığılır, yuyulur, xırda doğranır və xırda doğranmış iki ədəd bişmiş çuğundurla qarışdırılır, zövqə görə sirkə və ya limon şirəsi, duz və istiot qatılır. Dadına baxın.

Yuxusuzluqda, təngənəfəslikdə, ürəkdöyüntüsündə, əsəb gərginliyindən yaranan öskürəkdə və astmada yemişanın çiçəklərinin və meyvələrinin çayını, arağını və həlimini içirlər.

Arağı: 10 qr çiçəklərə ½ stəkan araq töküb 20 gün saxlamaq, süzmək. Yeməkdən qabaq gündə 3 dəfə 20 damcı qəbul etmək.

Çayı: 1-3 xörək qaşığı çiçəklərini 3 stəkan qaynar suya töküb, dəmləmək, süzmək.Gün ərzində içmək.

Kardiosklerozda yemişanın quru çiçəklərindən 2 xörək qaşığı götürüb 2 stəkan qaynar suda gecəni termosda dəmləmək, süzmək. Yeməkdən 1 saat qabaq gündə 4 dəfə 100 ml içmək.

İsteriya (əsəb xəstəliyi) xəstəliyində 2 xörək qaşığı qırmızı yemişanın meyvələrinin üzərinə 300 ml qaynar su töküb 1 saat dəmləmək, süzmək. Yeməkdən 30 dəqiqə qabaq gündə 3 dəfə 100 ml qəbul etmək.

Yemişanın çiçəklərinin və ya meyvələrinin ekstraktı, arağı ürək fəaliyyətinin funksional pozulmasında qəbul edilir.

Yemişanın meyvələrinin ekstraktı taxikardiyanı və aritmiyanı aradan qaldırır, ağrı hissini azaldır, ürək sahəsində ağırlıq hissini aşağı salır və xəstənin ümumi vəziyyəti yaxşılaşır. Kardiosklerozda məsləhət görülür. Meyvələrinin 15%-li ekstraktı yeməkdən qabaq gündə 3 dəfə 30-50 damcı qəbul edilir. Çiçəklərinin 15%-li arağı gündə 3-4 dəfə 20-30 damcı qəbul edilir.

Təngənəfəslikdə yemişan meyvələri və çiçəkləri faydalıdır. Meyvənin 15%-li arağından 30-50 damcı gündə 3 dəfə yeməkdən qabaq qəbul etmək. Çiçəklərinin 25%-li arağından 20-30 damcı gündə 3-4 dəfə qəbul etmək.

Qalxanvari vəzinin funksiyası artanda qırmızı yemişanın çiçəklərindən istifadə edilir.

Arağı (1:10): 7 gün 70%-li spirtdə saxlanır. Yeməkdən qabaq gündə 3-5 dəfə 15-30 damcı içilir.

Aterosklerozda, baş beyin damarlarının spazmasında, bir sıra ürək xəstəliklərində, yuxusuzluqda və əsəbilikdə müalicə üçün yemişanın çiçəklərinin arağı və ya həlimi məsləhət görülür. 10%-li arağı gündə 3 dəfə yeməkdən qabaq 25-30 damcı qəbul edilir.

Başağrısında və başgicəllənməsində: qırmızı yemişanın çiçəklərindən 2 xörək qaşığı götürüb 1 stəkan qaynar suda 2-3 saat dəmləmək, süzmək. Gündə 2-3 dəfə yeməkdən 20 dəqiqə qabaq 100 ml isti-isti içmək.

Aritmiyada 2 xörək qaşığı yemişan çiçəyini 300 ml qaynar su töküb termosda 2 saat dəmləmək. Gündə 3 dəfə yeməkdən 30 dəqiqə qabaq 1 xörək qaşığı qəbul etmək lazımdır.

Yemişan çiçəkləri infarktın müalicəsində və profilaktikasında faydalıdır. Yemişandan hazırlanan dərmanlar damarların spazmasında, aterosklerozda istifadə edilir. Arağından (1:10) yeməkdən qabaq gündə 3 dəfə 20-25 damcı içilir.

Ürəyin işemiya xəstəliyində 2 xörək qaşığı yemişan çiçəklərinin üstünə 2 stəkan qaynar su töküb gecədən termosda dəmləmək, süzmək. Yeməkdən 1 saat qabaq gündə 4 dəfə hər dəfə 100 ml qəbul etmək.

Şüa xəstəliyində 1 xörək qaşığı gündə 3 dəfə yemişanın meyvələrindən yemək lazımdır.

Aterosklerozda 2 xörək qaşığı yemişan çiçəklərini 2 stəkan qaynar suda 1 saat dəmləmək və ya 10 dəqiqə qaynatmaq və süzmək. Yeməkdən 1 saat qabaq 0,5 stiəkan gündə 3-4 dəfə içti içmək.

Stenokardiyada.

1) Qırmızı yemişanın çiçəklərindən 2 xörək qaşığı 1 stəkan suya töküb 5-7 dəqiqə qaynatmaq, süzmək. Gündə yeməkdən 30 dəqiqə qabaq 1 xörək qaşığı 3-4 dəfə qəbul etmək.

2) Qırmızı yemişanın çiçəklərindən 10 qr 100 ml araqda qaranlıq yerdə 14 gün dəmləmək, süzmək. Gündə yeməkdən 30 dəqiqə qabaq 25-30 damcı 3-4 dəfə qəbul etmək.

Stenokardiyada yemişan və itburnu meyvələri çox yaxşı kömək edir. Bu qarışıq həm dadlıdır və həm də vitaminlərlə zəngindir.

Resept: 7 dolu xörək qaşığı yemişan və itburnu meyvələrinin qarışığından 2 litr qaynar suya töküb, isti bükmək və 1 sutka dəmləmək. Süzmək, meyvələri yaxşı sıxmaq və bu eliksiri soyuducuya qoymaq. Gündə 3 dəfə yeməklə birlikdə çay əvəzinə 1 stəkan 2-3 həftə içmək. Bu çox müvəffəqiyyətli müalicədir. Belə ki, nitroqliserinlə yaşayanlara belə kömək edir.

Təzyiqi aşağı salan balzam: 5 xörək qaşığı yemişan meyvələri, 5 xörək qaşığı qırxbuğum. Bunları emal qazana töküb üstünə 1 litr qaynar su töküb zəif odun üstündə 10 dəqiqə saxlamaq. Bunları şüşə balona töküb üstünə 1,5 stəkan araq tökmək. Ağzını möhkəm bağlayıb 3 gün qaranlıq yerə qoymaq. 3 gündən sonra həlimi süzmək və bankaya töküb soyuducuya qoymaq. Bu dərmanı yemək vaxtı gündə 3 dəfə 1 xörək qaşığı 5 həftə müddətində qəbul etmək. Əgər lazım gəlsə, 3 aydan bir kursu təkrar etmək.

Yemişan çiçəklərinin suda dəmlənməsi: 1 xörək qaşığı çiçəkləri 1 stəkan qaynar su tökülərək 2 saat isti yerdə dəmləmək qaynamağa qoymaq olmaz. Süzüb, yeməkdən qabaq ¼ stəkan 3-4 dəfə içmək.

Yemişan çiçəklərinin və ya meyvələrinin arağı: 1 xörək qaşığı çiçəkləri və ya meyvələri bir stəkan araqda bir həftə kip bağlı qabda dəmlənir. Süzülür, yeməkdən qabaq gündə 3 dəfə 20-25 damcı suya töküb içmək.

Bütün bunlardan əlavə təzə meyvələrini istənilən qədər yemək məsləhət görülür, bu ürək və əsəb sistemini qaydaya salır.

Yemişan meyvələri müalicə əhəmiyyətini səkkiz il saxlayır.

Ürək çətin işləyəndə və qan qatı olanda. Yemişan nastoykası 25 damcı damotu nastoykası 35 damcı. Gündə 3 dəfə yeməkdən 20 dəq. qabaq 2 ay qəbul edib 2 ay fasilə etmək.

Sağlamlıq     Baxılıb: 11317   Tarix: 17 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

turlar.az

gelinlikler geyim seçimi donlar 2025 yuxuyozma gavalinin xeyri gün vurmanın əlamətləri findiq yaginin faydalari kosmetika bir arzum var həsən bəy zərdabi oglaq paxlava burcler