"Yəni bu qədər qudurmuşam ki..." Astan Şahverdiyev

"Yəni bu qədər qudurmuşam ki..." Astan ŞahverdiyevDeputat Astan Şahverdiyev daha bir açıqlaması ilə cəmiyyətin qəzəbinə tuş gəlib. Bundan əvvəl o, Rusiyaya işləməyə gedənləri "otxod" adlandırmış, ardınca baş nazirin müavini, "Qaçqınkom" sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin "Mercedes Gelandewagen" avtomobili ilə qəza törətməsini danaraq, onu müdafiə eləmişdi.

Dünən isə onun "Qarabağ" futbol klubunun qələbəsi haqda dediyi fikirlər rezonans doğurub. Belə ki, deputat A24.az-ın əməkdaşı ilə söhbətində "Qarabağ"la maraqlanmadığını deyib: "Moskvadan həmin oyunu izləyirdim. Orada klub haqqında çox gözəl ifadələr səsləndirilirdi. Çox sevindirici bir haldır ki, "Qarabağ" futbol klubu Çempionlar Liqasının qrup mərhələsinə düşüb. Bu bütöv Azərbaycanın qələbəsidir. Lakin bir futbol klubu kimi "Qarabağ" məni maraqlandırmır. O zaman çox sevinərik ki, torpaq kimi qaytarılar. Bu, artıq bayram olar".

Deputatın bu açıqlamasının mətbuatda ""Qarabağ"ın qələbəsi məni maraqlandırmır" başlığı ilə dərc olunması isə müzakirələri daha da genişləndirib.

Unikal.org xəbər verir ki, məsələ ilə bağlı musavat.com-un əməkdaşı deputatla əlaqə saxlayıb. Astan Şahverdiyev mətbuatda fikirlərinin təhrif olunduğunu deyib:

- Mən o cür fikir səsləndirməmişəm. Bu haqda məndən açıqlama alan müxbirlə də danışdım. O bildirdi ki, yazını ""Qarabağ"ın qələbəsi məni maraqlandırmır" başlığı ilə verməyib. Yalnız digər mətbuat orqanları açıqlamamı bu cür başlıqla dərc edib. Mən qeyd etmişdim ki, "Qarabağı"ın qələbəsi təkcə idmanımızın deyil, həm də siyasi qələbəmizdir, beləliklə, ermənilərin burnu bir daha "ovuldu". Yəni bu cür demişəm. Bəs məni niyə belə "bəzəyirlər"? Nə məqsədləri var?! Müxbirlə söhbət etdikdən sonra mənə bildirdi ki, bu haqda təkzib verəcək. Daha bilmirəm onu dərc edəcəklər, ya yox, bu onların öz vicdanlarına qalıb, artıq heç nə deyə bilmərəm. Məni məcbur edirlər ki, ""Qarabağ"ın qələbəsi məni maraqlandırmır" başlığını qoyan mətbuat orqanları haqda Baş Prokurorluğa müraciət edim. Axı nə qədər insana böhtan atarlar?! Belə olmaz axı!

- Bundan əvvəl verdiyiniz açıqlamalar da qalmaqal yaratmışdı.

- Təbii ki, bir insan kimi mənim bu məsələyə münasibətim mənfidir. Düşünürəm ki, onlar düz yolda deyillər. Bilirsizmi, belə şeylərlə mənə təsir etmək mümkün deyil. Mənim həm əqli, həm də hər cürə immunitetim onlarınkından qat-qat çoxdur. Mənə təsir edə bilməzlər. Kimsə məqsədli şəkildə bunu təşkil edir və bu cür hərəkətlər edir. Bir daha qeyd edirəm, belə olmaz. Axı böhtan-şər atmaq insanlara yaraşmaz. Bu İslama, müsəlmançılığa sığmır. Bunlar nə qədər bu cür yol tutacaqlar?! Hamısı da cavan uşaqlardır. Onlar indidən belə başlayıblarsa, gələcəkləri nə olacaq?

- Ümumiyyətlə, "Qarabağ FK"nın bundan əvvəlki oyunlarını izləyirdinizmi, azarkeşisinizmi?

- Elə bir azarkeşiyəm ki, bəlkə heç ölkədə mənim kimi 1-2 azarkeş ola, ya olmaya. Bəli, "Qarabağ" idmana böyük yeniliklər gətirdi, ölkəyə bu cür sevinc bəxş etdi. Klubun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasının həm də siyasi mənası var. Mən həm bir vətənpərvər, həm də idmanı xoşlayan bir insan kimi deyə bilərəm ki, onun qələbəsinin mənası çox böyükdür, bəlkə də ağlasığmazdır.

- Klubun bundan sonra da uğur qazanacağına inanırsızmı?

- Hamısını izləyirəm. Elə bu gün axşam püşkatma mərasimi olacaq. Allaha dua edirəm ki, bu münasib bir püşkatma olsun, klub bundan sonra da "pleyy-of"a çıxsın. Mən bunu arzulayıram. Nə qədər ki, "Qarabağ" müvəffəqiyyətli oyun göstərəcək, ermənilər bir o qədər yanıb-töküləcək. Məsələn, aprel döyüşləri zamanı Fransada idim. Həmin vaxt ermənilərin bizim səfirliyi necə mühasirəyə alıb, daş-qalaq etdiklərinin şahidi olmuşam.

"Qarabağ" mənim gözümdür, ürəyimdir. İndi təsəvvür edin ki, elmlər doktoru, professor, Avropada tanınmış alim bu qədər qanmazdır desin ki, "Qarabağ məni maraqlandırmır"? Bu mümkünsüzdür. Mən heç elə söz deyə bilərəm? Mən yəni bu qədər qudurmuşam ki, belə söz deyim?! Görün insanlar nə günə qalıb ki, açıqlamamın içindəki sözü götürüb başqa cür yozurlar.

Hər şeyin təhəri var da. Kişi mübarizəsini də kişi kimi aparar.

Xəbərlər     Baxılıb: 1762   Tarix: 25 avqust 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

kosmetika mehsullari hamiləlik kosmetoloq hamiləlikdə mirzə ələkbər sabir satiraları qadın və kişi intim pozalar kosmetika hakışta namiq qaraçuxurlu xerceng qu quşu insan