Yeni evlənənlərin əsas səhvləri

Yeni evlənənlərin əsas səhvləriHeyrətamiz toy heç də o demək deyil ki, yeni evliləri elə heyratamiz həyat gözləyir. Əksinə, tezliklə xəyal qırıqlığı da ola bilir. Nəyə görə bəzi hallarda ailə həyatı qısa zamanda məyusluqla nəticələnir. Əksər hallarda gənclər ailə qurarkən bunun nə qədər məhsuliyyətli iş olduğunu anlamırlar, ailənin gələcək davamı haqqında təsəvvürləri belə olmur, hətta düşünə bilmirlər ki, ola bilsin ki, onlar bir-biriləri ilə uyğun gəlmir, hətta bir-birinin əksidirlər. Əyləncəli toy təsuratları bitdikdən sonra, əvvəl-axır hər iki insanın əil siması görünməyə başlayır və elə buradaca da həyat yoldaşı haqqındakı təsəvvürləri alt-üst olur. Məsələn, toydan əvvəl o, səliqəli geyinmiş, baxımı, güləriz bir gənc oğlan idi. Aydın olur ki, onun belə görünməsində anasının az əməyi olmayıb: ana onu yedirdib, paltarlarını yuyub, geyindirib və o da, təbii olaraq düşünür ki, artıq bunları onun xanımı etməlidir. Xanımı isə əvvələr sadəcə kraliça kimi görünsə də indi artıq hər şey dəyişib. Onun xanımı da öz növbəsində düşünür ki, onun əri də atası kimi gəlir mənbəyidir.
Nəticədə, hər ikisi əliboş qalırlar və qəfildən üzərilərinə düşən problemlərdən azad olmaq üçün xoşluqla ayrılmağa üstünlük verirlər.
Bundan əlavə, uyğunlaşma dövru hər birində fərdidir. Gənclər fikirləşirlər ki, onların hər biri daha çox sevgiyə, hörmətə layiqdirlər. Belə düşüncələr artıq onların mübahisəsinə səbəb olur. Məsələn: "Sən məni heç sevmirsən. Mən sənin üçün bax nələr edirəm, amma əvəzində heç nə almıram və s." Nəticədə hər iki şəxs gözlədiklərini ala bilmirlər. Məsələn, yataq otağına kofe gətirilməsi, dəbdəbəli geyimlər, yeni təmirli ev, maşın və s. Siyahını artırmaq da olar.
Ailə qursalar da subaylıq vərdişləri də unudulmur. Gənc ər dostları ilə əylənməyə gedir, xanım isə yenə də əvvəllər olduğu kimi rəfiqələri ilə alış-verişə, restorana, filmə baxmağa üstünlük verir və nəticədə ailə büdcəsi bu vərdişlərə tab gətirmir.
Tərəflər bir-birini günahlandırmağa başlayır, nəticə isə anlaşılmamazlığa gətirib çıxarır. Qısa müddətdə tam bir xəyal qırıqlığı baş verir, münasibətlər dağılır.
Bir-birilərini dinləmək, hərəkətlərinin əsl niyyətlərini bir-birinə çatdırmaq, nəhayət qəlbən söhbət etmək əvəzinə hər kəs münasibətlərə öz şəxsi nöqteyi-nəzərindən yanaşır, özünün daha çox haqlı olduğunu düşünür. Əgər ailədə tərəflər arasında xudbinlik varsa, burada qarşılıqlı hörmət və dəstəkdən söhbət gedə bilməz. Ancaq bütün ailələrdə az da olsa fikir ayrılıqları olur, ailəni qorumaq isə hər iki şəxsin üzərinə düşür.

Ailə və Uşaq     Baxılıb: 3611   Tarix: 28 fevral 2015
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

turlar.az

geyim şəkilləri toy makiyajlari sac duzumleri elm bilik haqqinda atalar sözləri xəmir reseptləri yuxa tortu körpə və ona qulluq kosmetika geyim ariqla sac modelleri gözellik badambura