Yeni virusu asanlıqla məhv etmək olur- İnfeksionistdən ÇAĞIRIŞ

Yeni virusu asanlıqla məhv etmək olur- İnfeksionistdən ÇAĞIRIŞKoronavirus ətraf mühitə çox da dözümlü deyil. Bu viruslar açıq sahələrdə 2 saat, kanalizasiya sularında 4 saat yaşamaq qabiliyyətinə malikdir, 56 dərəcə temperaturda, düz düşən Günəş şüalarının altında, eləcə də dezinfeksiyaedici dərman maddələrinin təsirindən asanlıqla məhv olur.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Yoluxucu xəstəliklər kafedrasının dosenti, ATU Tədris Cərrahiyyə Klinikasının şöbə müdiri, həkim-infeksionist Sədrəddin Atakişizadə klinikada keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, profilaktik tədbirlər lazımi səviyyədə aparılsa, koronavirus infeksiyasının yayılmasının qarşısını ala bilərik.
S.Atakişizadə bu infeksiyanın əhali sıxlığı daha çox olan yerlərdə yayıldığını vurğulayıb. Mütəxəsssis, kənardan gələn qida məhsullarının mənşəyini nəzərə almağı tövsiyə edib.
Onun sözlərinə görə, xəstəliyin gizli dövrü 2-3, bəzən 7 gün, hətta daha artıq çəkə bilər. Həkim-infeksionist immun qabiliyyəti yüksək olan insanlarda bu cür infeksiyalara yoluxma ehtimalının aşağı olduğunu da deyib.
S.Atakişizadə bu infeksiyadan qorunmaq üçün lk növbədə profilaktik tədbirlərin vacibliyini önə çəkərək daha qalın tibbi maskalardan istifadə etməyi, deziinfeksiyaedici maddələrin dozasını artırmağı məsləhət görüb.
O, bütün infeksiyalar kimi koronavirusun da çoxalaraq xəstəxanadaxili infeksiyaya çevrilə bilmək ehtimalından söhbət açıb, tibb işçilərinin vaxtında qabaqlayıcı tədbirlər görməsinin vacibliyinə toxunub.
Koronavurusun əslinidə yeni bir virus olmadığını, 2002-ci ildə aşkarlandığını söyləyən mütəxəssis qeyd edib ki, Yaponiya, Çin, Almaniya və Amerika alimləri koronavirus infeksiyalarının digər virus infeksiyalarına oxşar kliniki əlamətlərə malik, əsasən də ağ ciyərlərin qısa bir müddətdə kəskin zədələnməsinə gətirib çıxardan infeksion xəstəlik olduğunu hələ o vaxt dəqiqləşdirmişdilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1889   Tarix: 15 fevral 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

geyim necə seçməli qadın geyimi geyim şəkilləri yay kolleksiyasi 2026 qonaq otagi daglar haqqinda qırmızı xalça kosmetika gözellik burcler haqqinda vətən haqqında atalar sözləri veten haqqinda atalar sozu veten haqqinda atalar sozleri