Yol qırağından nəsə alanda 2 dəfə düşünün - Hinduşka adı ilə toyuq satırlar

Yol qırağından nəsə alanda 2 dəfə düşünün - Hinduşka adı ilə toyuq satırlar"Yol kənarında satılan, xüsusilə də saatlarla açıq havada qalan qida məhsullarının alınması ciddi sağlamlıq riskləri yaradır".
Bunu Milli.Az-a açıqlamasında qida eksperti Ağa Salamov deyib.
Onun sözlərinə görə, bu cür satışlar zamanı məhsulların saxlanma və gigiyenik tələblərinə əməl edilmir ki, bu da qida zəncirinin pozulmasına səbəb olur:
"Yol kənarında uzun müddət qalan məhsullarda qida zənciri pozulur, rəng və qoxu dəyişiklikləri baş verir. Bu isə kütləvi qida zəhərlənmələrinə yol aça bilər".
Qida eksperti nəzərə çatdırıb ki, bəzi işbaz satıcılar yumurtlama dövrünü başa vurmuş, əti bərkimiş anaş toyuqları iri ölçülərinə görə "hinduşka" və ya başqa adlarla təqdim edərək daha baha qiymətə satırlar və alıcıları aldadırlar.
A. Salamov əlavə edib ki, avtomobillərin intensiv hərəkət etdiyi ərazilərdə açıq şəkildə satılan toyuq, balıq və digər məhsullar havadakı virusları, bakteriyaları və zərərli maddələri özünə çəkir ki, bu da infeksiya riskini daha da artırır.
Ekspert vətəndaşlara məhsulları yalnız mənşəyi məlum olan, baytar nəzarətindən keçmiş satış məntəqələrindən almağı tövsiyə edb:
"Kənd yerlərində göz önündə kəsilərək satılan məhsullar isə nisbətən daha etibarlı hesab oluna bilər".
Mina Mikayılova
Milli.Az

Xəbərlər     Baxılıb: 1155   Tarix: 05 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

gozel gorunmek adlarin menasi sade makiyaj sekilleri balıq yağı arıqlamaq üçün çaylar sizanaqlara qarsi maska cinsi problemlər kosmetika aysel vətən haqqında bayatı məsəllər uzeyir qızlıq pərdəsi