"Yoldaşıma dedim ki, sənə gözəl xanım tapım..." - xərçəngdən əziyyət çəkən aparıcımız

"Yoldaşıma dedim ki, sənə gözəl xanım tapım..." - xərçəngdən əziyyət çəkən aparıcımız"Arada şübhələrim olur, tez-tez yoxlanıram. Çox şükür sağlamam. Deyirlər, xərçəng xəstələri daha çox yaşayırlar. Çünki harası ağrıyırsa, gedib yoxlanırlar. Çətin bir imtahan idi. 28 yaşımda xəstəliyimi öyrəndim, çox çətin idi".

Axşam.az-ın məlumatına görə, bu sözləri aktrisa Zümrüd Qasımova "Bizimləsən" verilişində deyib. Xərçəngdən əziyyət çəkən aktrisa həyatından danışıb:

"Övladım yoxdur, ilk beş ildə dedilər dünyaya övlad gətirmək olmaz. 5 il bitdi, amma həkimlər icazə vermədi. Hamilə qaldım, həkimlər seçim qarşısında qoydu. Allaha dedim ki, mənə nə məsləhət görürsən? Övladımın xəstəliyimin birinci daşıyıcısı olmasını istəmirdim. Bir aylıq uşaq idi, amma getdi. İkinci dəfə hamilə qalmaq istədim, amma düşündüm ki, olmaz. Özümü ana olmaqdan birdəfəlik məhrum etdirdim. Kiminsə uşağını daşıya bilərəm, amma özüm olmaz. Suraqat ana ola bilərəm. Maraqlı bir haldır. Bunu da istəmirəm".

Zümrüd həyat yoldaşından söz açıb. O bildirib ki, əri onu çox qısqanır:

"Yoldaşım məni dəlicəsinə sevir. Ana olmaq istəyirdim, amma... Yoldaşım dedi ki, sən olmasan nə edirəm o uşağı? Mənə o uşaq lazım deyil. Xoşbəxtliyim onda oldu ki, buraxmadı məni. Mən olmayandan sonra övlad kimə lazımdır? Ərim evlənəcək, uşaq ögey ana ilə qalacaq. Mənim övladlarım bacım uşaqlarıdır. Bu yaxınlarda bacımın qızı olacaq, adını Zümrüd qoyacaqlar. Həyat yoldaşımı çox sevirəm. Yoldaşıma dedim ki, gəl sənə gözəl xanım tapaq, tək qalma, istəmədi. Məni yaşadan bu sonsuz sevgi, qısqanclıq, davalardır...

Çox qısqancdır, hara gedirəm, on dəfə zəng edib, videolar göndərirəm. Onun ilk ailəsindən övladları var, görüşür. Mən onları görmürəm".

Xəbərlər     Baxılıb: 4289   Tarix: 06 aprel 2018
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

turlar.az

sac duzumleri yay geyimləri 2026 sade makiyaj sekilleri neyrosirkulyator distoniya sepkilere qarsi maska qızartma reseptləri aşıq kosmetika kley lekesi saglam qidalanma həsən bəy zərdabi qz eviyçun hakışta oxu az