"Yoxlama" verlişində növbəti QALMAQAL: "Məktəbə girib özlərini "qoçu" kimi..." + VİDEO

"Yoxlama" verlişində növbəti QALMAQAL: "Məktəbə girib özlərini "qoçu" kimi..." + VİDEO"ATV" telekanalında yayımlanan "Yoxlama" verilişinin çəkilişi zamanı daha bir qalmaqal yaşanıb. Bizimyol.info xəbər verir ki, hadisə Xətai rayonu, Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə baş verib. Məktəbin rəhbərliyi bildirir ki, 6 yanvar 2017-ci il tarixində saat 14:30 radələrində məktəbə üçüncü növbədə təhsil alan şagirdlərin qəbulu zamanı 12 nəfərdən artıq idmançı görünüşlü şəxslər, o cümlədən "Yoxlama" verilişinin aparıcısı Azər məktəbə gəlib.

"Onun yanında özünü bütün sahələr üzrə ekspert kimi təqdim edən hündürboylu, ağ sifətli 27-28 yaşlı gənc oğlan, ATV gödəkçəsi geymiş 5 "əməkdaş" və təhlükəsizliyə aid uniforma geymiş daha 5 gənc məktəb rəhbərliyinə xəbər vermədən, qapıçını itələyərək məktəbə daxil olublar. Onlar təqribən bir saat müddətində məktəbdə böyük ajiotaj yaradıb, məktəbin müxtəlif ərazilərində, həmçinin icazəsiz siniflərə daxil olaraq tədris prosesini kobudcasına pozaraq çəkilişlər aparıblar. Gələnlər məktəb rəhbərliyinin dəfələrlə müraciətinə əhəmiyyət vermədən özlərini, sözün həqiqi mənasında, qoçu kimi aparıblar. Bu qoçu dəstəsinin üzvləri tərəfindən müəllimlərə və məktəbin texniki personalına qarşı kobudluqlar edilib, ələ salma tipli suallar verilib, qeyri-etik ifadələrlərlə onların hissiyyatına toxunublar. Heç bir xəbərdarlıq etmədən həmin gənc oğlanlar qız şagirdlər üçün nəzərdə tutulan ayaqyoluna daxil olaraq çəkiliş aparıblar. Bütün bunlar ciddi narahatçılıq yaradıb, həmin "çəkiliş qrupu"nun törətdiyi qalmaqal şagirdlər, müəllimlər və valideynlər arasında vahiməyə səbəb olub. Bu hadisədə ən acınacaqlı hal ondan ibarət olub ki, ATV kanalının əməkdaşlarından biri məktəbin 6 E sinif şagirdini kobudcasına itələyərək yıxaraq ona xəsarət yetiriblər", - deyə məktəb rəhbərliyi yazır.

Məktəb rəhbərliyi baş vermiş hadisəni aktlaşdırıb və aidiyyəti orqanlara müraciət etdiyi bildirilir. Dünən ATV kanalında sözgüdən məktəbdə aparımış çəkilişin anonsları yayılıb və yuxarıda təsvir olunan gərginlik kadrlarda öz əksinin tapıb.
Məlumat üçün bildirik ki, hazırda məktəbin dörddə üç hissəsində Təhsil Nazirliyi tərəfindən əsaslı tikinti işləri aparıldığından təhsil müəssisəsi üçnövbəli rejimdə işləyir.

Qadinsayti.az bizmyol.info -ya istinadən xatırladır ki, əvvəllər də "Yoxlama" verilişinin çəkilişləri zamanı insidentlər yaşanıb, aparıcı Azər İsmayılov döyülüb. Belə ki, yay aylarında çəkiliş heyəti verilişin növbəti buraxılışı üçün Şamaxıdakı restoranlardan birində olarkən Azər İsmayılov və verilişin əməkdaşlarına fiziki zor tətbiq edilmişdi.

Xəbərlər     Baxılıb: 1489   Tarix: 09 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Maşında ürəkbulanmanın yaranma səbəbi

Xalq arasında "maşın tutması" kimi tanınan hərəkət xəstəliyi səyahət zamanı ürəkbulanma, başgicəllənmə, qusma, soyuq tər və baş ağrısı kimi əlamətlərlə özünü göstərə bilər. -a istinadən xəbər verir ki, bu hal daxil

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratları

.

İnsult riskini artıran axşam vərdişləri

Uzunmüddətli perspektivdə bəzi axşam vərdişləri insult riskini artıra bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloqlar Liz Vays və Rosanna Rast "Eating Well" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Nanə yağı təzyiqi aşağı sala bilər

Yeni araşdırma nanə yağının yüngül yüksək qan təzyiqi olan insanlarda təzyiq göstəricilərinə müsbət təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb. Tədqiqatda iştirak edən şəxslər

turlar.az

gelinlikler gozel gorunmek toy makiyaji sekilleri gozalti qaralar ucun maskalar vaginal təmizlik xəyanət sevişmə kosmetika seksi seksual lakonizim sevda yutube