Yüksək təzyiqlə əlaqədar qəbul edilən qidalar

Yüksək təzyiqlə əlaqədar qəbul edilən qidalarVaxtında müalicə olunmayan hipertoniya xəstəliyi sağlamlıq üçün təhlükəli hesab olunur. Belə ki, uzun müddət müalicə olunmayan yüksək təzyiq miokard infarktı, insult, ürək çatışmazlığı, qulaqcıqların səyrici aritmiyası, aşağı ətraf damarlarının xəstəlikləri, görmə qabiliyyətinin itirilməsi və böyrək çatışmazlığı kimi fəsadlara aparıb çıxara bilər.
Milli.Az bildirir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bu barədə AZƏRTAC-a məlumat verərək deyib: "Təzyiqin yüksəlməsinin qarşısını almaq üçün daha çox müxtəlif həblərdən istifadə edilir. Həmin dərmanların bir qrupu kaliumun bədəndən xaric olmasına səbəb olur, bir qrupu qanda sidik turşusunun miqdarını artırır, artroz və oynaq ağrılarına səbəb olur. Dərmanların digər qrupunun qəbulu isə qaraciyər, mədə və mədəaltı vəzi zədələyir. Əslində yüksək təzyiq orqanizmin çağırış simptomudur və ayrıca bir xəstəlik deyil, onun kökündə hansısa bir problem durur. İlk növbədə yaxşı olar ki, yüksək təzyiqdən əziyyət çəkənlərə artıq çəkilərini qaydaya salmağı, aktiv həyat tərzi sürməyi, xörək duzundan az istifadə etməyi məsləhət görürük. Hipertoniya zamanı beyin, ürək, böyrək və böyrəküstü vəzi müayinə etdirmək lazımdır. Eləcə də qanda xolesterinin yüksək səviyyəsi arterial təzyiqin normadan yuxarı qalxması ilə nəticələnir. Osteoxondroz və fəqərəarası disk yerdəyişmələri baş beyni qidalandıran vertebral arteriyaları sıxır və arterial təzyiqin yüksəlməsinə səbəb olur. Hipertoniyanın digər səbəbi isə əsəb, stress və gərginlikdir".
Həmsöhbətimizin dediyinə görə, təzyiqi normallaşdırmaq üçün mütləq şəkildə qidalanmaya diqqət edilməlidir. Hər gün balqabaq şirəsi içilməsi qaraciyər, böyrək və ümumiyyətlə orqanizm üçün çox gözəl detoksdur. Yemək və salatlarda limon və sirkədən istifadə etmək də faydalı nəticələr verir.
Həkim-fitoterapevt bir neçə resept də təklif edib: "1 litr suya 1 limon sıxılır, 1 çay qaşığı sürtkəcdən keçirilmiş təzə zəncəfil , 1 çay qaşığı bal və 1 xörək qaşığı alma sirkəsi əlavə edilərək gün ərzində içilir. 2 xörək qaşığı yemişan meyvələri termosda 3 stəkan 80 dərəcə istilikdə olan suda dəmlənilir, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan içilir. Bəzən yüksək təzyiqi olan xəstələrin ayaqlarında şişkinlik əmələ gəlir. Bu zaman yemişanla birlikdə sidikqovucu kimi gilas saplaqlarından və qarğıdalı saçaqlarından istifadə edilməsi məsləhətdir. Həmin bitkidən 1 xörək qaşığı eyni qayda ilə dəmlənilib qəbul edilir. Yunan lavandası və ballı nanə bitkilərindən hərəsindən 1 xörək qaşığı olmaqla 3 stəkan suda 15-20 dəqiqə dəmlənilərək gündə üç dəfə yeməkdən 1 saat qabaq qəbul edilir".
Onun dediyinə görə, bütün bu bitkilərin kompleks şəklində qəbul edilməsi bir neçə həftə ərzində təzyiqi normal vəziyyətə salır. Bundan sonra bitkilər azaldılır və müalicə proseduru yalnız yemişan dəmləməsi ilə davam etdirilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2043   Tarix: 14 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

geyim və ayaqqabılar geyim dəbləri kosmetoloq qadınlarda erroziya sekis xalq mahnilari sozleri sepkilere qarsi kosmetika kondom nedir aydin sani novruz bayramina aid englishdilində qulaq intim munasibetler