Yuxarı tənəffüs yollarının mikoplazmozu

Yuxarı tənəffüs yollarının mikoplazmozuMikoplazmoz kəskin infeksion xəstəlik olub, özünü sidik-cinsiyyət və tənəffüs sistemi xəstəlikləri ilə biruzə verir. Xəstəliyin əmələ gəlməsində Mikoplasma mikroorqanizmlərinin rolu böyükdür.
Xəstəlik mikrob və mikrobgəzdirən insanlar tərəfindən yoluxur. Mikoplazma hava damcı yolu ilə burun vasitəsilə yoluxur. Yoluxduqda yuxarı tənəffüs yolunun infeksiya xəstəlikləri əlamətləri özünü göstərir. Bu ən çox yaz və payız aylarında baş verir. Xəstəliyə ən çox gənç adamlarda rast gəlinir. Bu zaman xəstələrdə qrip, paraqrip və pnevmoniya əlamətləri özünü biruzə verir. Mikoplazmozun inkubasiya dövrü 4-8 gündür. Xəstəlik yoluxduqdan sonra bir müddət ərzində boğazda quruluq, burun tutulması, səsdə kallaşma baş verir. Daha sonra isə faringir, laringit, boronxit əlamətləri meydana çıxır. Xəstəlik dərinləşdikcə öskürmə başlayır. Öskürmə əvvəlcə quru sonra isə bəlğəmli olur. Xəstəlik 1-2 həftə davam edir. Mikoplazma traxeya və bronxların epitel hüceyrələrinin zədələyir. Vaxtında və düzgün müalicə tədbirləri görülməsə, xəstəliyin müddəti uzana bilir. Bunlardan başqa xəstələrdə aşağıdakı əlamətlər özünü göstərə bilir:
- halsızlıq
- baş ağrıları
- yüksək temperatur
- leykositoz
Xəstədə fiziki aktivliyin azalması, nəfəsalmada çətinləşmə baş verir. Xəstənin bəlğəmi qatı irinli möhtəviyyatlı olur, nadir hallarda plevranın zədələnməsi baş verə bilir. Bronxlardan möhtəviyyatın geri sorulması 3-4 həftə və daha çox vaxt apara bilir. Xəstənin qanında EÇS-nin miqdarı yüksəlir.
Xəstəlik uzun sürərsə, pnevmaniyaya çevrilə bilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1365   Tarix: 15 may 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

qadin dunyasi maskalar gözəllik məhsulları intim piercing uzum sirkesinin hazırlanması qaydasi dunyanin en seksual qadinlari zorlama kosmetika sac duzumleri kokelmek bürcler vətən haqqında bayatı uzeyir