Yuxuda boğulma: səbəblər və çarəsi - Həkim yazır

Yuxuda boğulma: səbəblər və çarəsi - Həkim yazırObstruktiv yuxu apne sindromu (OSA) yuxu zamanı yuxarı tənəffüs yollarının təkrarlanan sallanması nəticəsində yaranan bir xəstəlikdir. Bu yuxu ilə əlaqəli olan tənəffüs pozulmasıdır.
OSA dil və yumşaq damaq kimi boğazın yumşaq toxumalarının əzələləri boşaldığı zaman meydana çıxır. Bu tənəffüs yolunun daralmasına və ya tamamilə bağlanmasına səbəb olur. Bir anlıq nəfəs kəsilir.
Normalda hava, ağız və burundan ağciyərlərə hər zaman, o cümlədən yuxu zamanı rəvan keçməlidir.
Nəfəsalmanın tamamilə dayandığı dövrlərə apne  və ya apne epizodları deyilir. OSA-da normal hava axını gecə boyudəfələrlə dayanır.
OSA ən çox kişilər arasında rast gəlinir, lakin uşaqlar da daxil olmaqla hər kəsdə rast gəlinə bilər. Xəstəlik qadınlarda monopozdan sonra artır. Belə ki, kişilərdə və postmenopozal qadınlarda təxminən eynidir.
Xoruldama səssizlik dövrləri ilə kəsilirsə, OSA ilə əlaqələndirilir. Xoruldama daralmış tənəffüs yolu vasitəsilə hava axınının sıxılması nəticəsində yaranır.
Yuxuda boğulma: səbəblər və çarəsi - Həkim yazırXatırlatmaq vacıbdir ki, xoruldama mütləq potensial olaraq ciddi bir şey göstərmir və xoruldayan hər kəsdə OSA yoxdur.
Müalicə olunmayan OSA ciddisağlamlıq problemlərinə səbəb ola bilər, məsələn:
yüksək qan təyziqi
ürək xəstəliyi
insult
diabet
atrial fibrilyasiya (anormal ürək ritmi)
ağciyər hipertenziyası
Fəsadların qarşısını almaq üçün düzgün diaqnoz və müalicə vacibdir.
Obstruktiv yuxu apnesinin simptomları
OSA olan insanların gündüz yuxululuqdan şikayətlənir. OSA, beyinə və ya bədənin digər hissələrinə oksigen çatdırılmasının azalmasına səbəb olur.Bu səbəbdən də yuxu keyfiyyəti azalır. Bu gündüz yuxululuğuna  və səhər gümrah olmamasına səbəb olur.
OSA olan insanlarla yataq yoldaşı olanlar aşağıdakıları bildirə bilərlər:
•  yüksək səslə xoruldama
•  nəfəs darlığı
•  boğulma
•  xoruldama
•  yuxu zamanı tənəggüsdə fasilələr
Bu simptomlar tez-tez təsadüfən aşkar edilir.
OSA olan insanlar aşağıdakı simptomlarla qarşılaşa bilərlər:
Yuxuda boğulma: səbəblər və çarəsi - Həkim yazır•  səhər baş ağrıları
•  narazılıq və qəzəb hissi
•  unutqanlıq
•  yuxululuq
•  gecə boyu təkrarlanan oyanmalar
Digər simptomlara aşağıdakılar aiddir:
•  uşaqlarda hiperaktivlik
•  depresiyanın pisləşməsi
•  iş və məktəb həyatında keyfiyyətin aşağı düşməsi
•  cinsi marağın azalması
Gündüz yuxululuğu yuxu apnesi olan insanlarda avtomobil qəzaları və istehsalat qəzaları riski yüksəkdir. Müalicə gündüz yuxululuğunu tamamilə aradan qaldırmağa kömək edə bilər.
Obstruktiv yuxu apnesinə səbəb nədir?
Aşağıdakılar OSA ilə əlaqəli vəziyyətlərdir:
obezite hipoventilyasiya sindromu olan insanlarda təbəffüs pozulması
hipotriodizm, akromeqaliya və polikistik yumurtalıq sindromu kimi endokrin xəstəliklər, yuxuda olduğunuz zaman nəfəsinizə təsir edə bilər.
Xroniki ağciyər xəstəliyi, məsələn, astma, xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) və ağciyər fibrozu
Döş əzələlərinə və tənəffüs yollarına beyin siqnallarına mane ola biləcək insult , sinir-əzələ xəstəlikləri
Boyun nahiyəsinə mayenin yığılması və yuxarı tənəffüs yoluna mane olan ürək və ya ağciyər çatışmazlığı
Hamiləlik
Yuxuda boğulma: səbəblər və çarəsi - Həkim yazırRisk faktorları
Yuxarı tənəffüs yolunu daraldan xüsusiyyətlər varsa OSA riski artır. OSA risk faktorlarına aşağıdakılar daxildir:
•  Piylənmə
•  Böyük badamcıqlar
•  Boğaz dairəsi böyük kişilər və qadınlar
•  Tənəffüs yollarını bağlaya bilən böyük dil
•  Rekroqnatiya, alt çənənizin üst çənənizdən qısa olmasıdır
•  Aşağı çökən dar damaq və ya hava yolu
•  Siqaret
•  OSA ailə hekayəsi
Obstruktiv yuxu apnesinə necə diaqnoz qoyulur?
Yuxu apnesinin diaqnozu ətraflı müayinə ilə başlayır. Gündüz yuxululuğu və xoruldamanın əmələ gəldiyi müddət önəmlidir.OSA diaqnozu üçün gecə yuxu laborotoriyasında çəkilən polisomnoqrafiya (PSG) müayinəsi mütləqdir.
Müalicə variantları
OSA müalicəsinin məqsədi yuxu zamanı hava axınının hərəkətinə maneə törədilməyəcəyinə əmin olmaqdır. Müalicə üsullarına aşağıdakılar daxildir:
Çəki itirmək
Çəkinin salınması və məşq adətən OSA olan insanlar üçün tövsiyyə edilir.
Tam remissiyaya gətirib çıxarmasa da OSA şiddətini azaltmaq üçün çəki itkisi əhəmiyyətlidir.
CPAP cihazı terapiyası
Davamlı müsbət yolu təyziqi (CPAP) terapiyası ilk müalicə metodudur.Gecələr taxılan üz maskası vasitesilə tətbiq olunur. Üz maskası gecələr tənəffüs yolunu açıq saxlamaq üçün müsbət hava axınını təmin edir.
CPAP OSA üçün yüksək effektiv müalicədir.
Yuxuda boğulma: səbəblər və çarəsi - Həkim yazırYüngül və ya orta dərəcəli OSA olan və CPAP terapiyasından fayda görməyən insanlar üçün oral aparat müsbət tənəffüs yolu təyziqinə ağlabatan alternativdir.
BPAP cihazi terapiyası
CPAP terapiyası effektiv olmadıqda bəzən OSA-ın müalicəsi üçün iki səviyyəli müsbət hava yolu təyziqi (BPAP) cihazları istifadə olunur. BPAP cihazlarında nəfəs almağımıza cavab olaraq iki təyziq göstərən parametrlər var: inqalyasiya təyziqi və eksqalyasiya təyziqi. Bu nəfəs alma zamanı təyziqin eksqalyasiyaya qarşı dəyişməsi deməkdir.
Yan  yatış
Arxası üstə yatmaq bəzi insanlarda OSA-nı pisləşdirə biləcəyi üçün yan yatış pasientin vəziyyətini yaxşılaşdırır.
Cərrahiyə
OSA olan yetkin xəstələrdə cərrahiyənin rolu ilə bağlı konsepsus yoxdur. Ümumiyyətlə, CPAP və BPAP cihazları effektiv olmadıqda cərrahi müalicəni nəzərdən keçirmək olar.
Yuxarı tənəffüs yollarının ağır, cərrahi yolla düzəldilə bilən, maneə törədən lezyona görə OSA olan insanlar üçün cərrahi müalicə ən təsirli ola bilər.
Nevroloq Sevinc Mir Seyid
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1498   Tarix: 10 aprel 2022
f Paylaş
yuxuda

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

geyim seçimi yay kolleksiyasi reseptler sidik ifrazı sistemi 1 yaşına qədər körpələrə qulluq qanda viruslar magura geyim kosmetika damla haxisda novruz bayramina aid novruz prostat