Yuxunuzun nizamlı və sağlam olması üçün buna diqqət etməlisiniz

Yuxunuzun nizamlı və sağlam olması üçün buna diqqət etməlisiniz"Yuxunuzun nizamlı, sağlam və keyfiyyətli olması üçün gün ərzində istehlak etdiyiniz qidalara diqqət etməlisiniz".
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində qurumun mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib.
Onun sözlərinə görə, gün ərzində mineral və vitaminləri balanslı və düzgün qəbul etmək, yağlı qidalardan və qazlı içkilərdən uzaq durmaq axşam yatarkən daha keyfiyyətli yuxuya kömək edəcək:
"Balanslaşdırılan qidalanma həm də bədənin qan təzyiqini tarazlaşdıracaq və yuxu hormonu olan melatoninin funksiyasını artıracaq. Yatmazdan əvvəl səhər oyanmadan təxminən 10-12 saat əvvəl yeməyi dayandırmalısınız. Yuxudan dərhal əvvəl həddindən artıq yemək yuxunuzu poza bilər".
Terapevt qeyd edib ki, xüsusilə həzmi çətin olan ət, şişkinliyə səbəb olacaq bulqurlu qidalar, qızardılmış yeməklər kimi ağır qidalar yemək yuxuya getməyinizi çətinləşdirəcək və buna görə də yuxu keyfiyyətinizə təsir edəcək:
"Yatmazdan əvvəl bir stəkan çobanyastığı, cökə və s. bitki çayları içmək faydalıdır. Beləliklə, vücudunuz rahatlayacaq və daha rahat yuxuya gedə biləcəksiniz. Həftəsonları bu saat qurşaqlarına diqqət yetirərək nizamlı yuxu cədvəli yaratsanız, orqanizminiz bir neçə həftə ərzində yeni rejimə alışacaq. Bu zaman yatmaq istəməsəniz belə, vücudunuz nizamlı olaraq yuxu siqnalı quracaq və yuxusuzluq probleminiz olmayacaq".
Milli.Az

Xəbərlər     Baxılıb: 1347   Tarix: 13 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Bu peşələrdə çalışanların xərçəngdən ölüm riski daha yüksəkdir

BŞ-də aparılan genişmiqyaslı araşdırma pilot və stüardessaların radiasiya ilə əlaqəli xərçənglərdən ölüm riskinin digər peşə qrupları ilə müqayisədə daha yüksək olduğunu göstərib. xəbər verir ki, araşdırmada 2020-2024-c

.

Maşında ürəkbulanma niyə yaranır? - Səbəb

Avtomobildə yol gedərkən ürəkbulanma, başgicəllənmə və hətta qusma ilə qarşılaşan insanlar az deyil. Xalq arasında "maşın tutması" adlandırılan bu vəziyyət hərəkət xəstəliyi kimi tanınır. xəbər verir ki, hərəkə

.

Quru göz sindromunun yaranma səbəbləri

Gözlərin kifayət qədər nəmlənməməsi, eləcə də uzun müddət qadcetlərdən (smartfon, kompüter və s.) istifadə "quru göz sindromu"nun yaranmasına səbəb olur. -a istinadən xəbər verir ki, bu barədə tibb elmləri doktoru

.

Yayda idman edənlər bunlara diqqət etməlidir

Yay aylarında havanın temperaturunun yüksəlməsi idman zamanı orqanizmin daha çox yüklənməsinə səbəb ola bilər. xəbər verir ki, isti havada məşq edən şəxslər bəzi vacib məqamlara diqqət etməlidirlər. Məşq vaxtını düzgün seçin

.

Hamiləliklə bağlı internetdə yayılan yanlış məlumatlar hansı təhlükələr yaradır? - Səhiyyə Nazirliyinin mütəxəssisi izah edir

Sosial media hamiləliklə bağlı məlumat əldə etmək üçün ən çox müraciət olunan platformalardan birinə çevrilsə də, burada yayılan hər tövsiyə etibarlı və elmi əsaslı deyil. Xüsusilə dərman qəbulu, qidalanma, doğuş və tibb

.

Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

"Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltiha

.

Dietoloqdan sərnişinlərə xəbərdarlıq: Təyyarədə bu içkiləri qəbul etməyin

Diyetoloq Andrea Matis təyyarədə uçuş zamanı bəzi içkilərdən uzaq durmağı tövsiyə edib. bildirir ki, bu barədə "Infobae" məlumat yayıb. Mütəxəssisin sözlərinə görə, alkoqol, qəhvə, çay və enerji içkiləri susuzluğ

.

Gündəlik qəhvə içirsinizsə, bu məlumat sizi sevindirəcək

Qəhvə istehlakı ilə bədən quruluşu arasında əlaqəni araşdıran yeni elmi iş maraqlı nəticə ortaya qoyub. Məlum olub ki, daha çox qəhvə içən insanlarda bədən və qarın nahiyəsindəki yağ göstəriciləri daha aşağı ola bilər. xəbə

.

Maşında ürəkbulanmanın yaranma səbəbi

Xalq arasında "maşın tutması" kimi tanınan hərəkət xəstəliyi səyahət zamanı ürəkbulanma, başgicəllənmə, qusma, soyuq tər və baş ağrısı kimi əlamətlərlə özünü göstərə bilər. -a istinadən xəbər verir ki, bu hal daxil

turlar.az

qadın geyimi geyim dəbləri gelinlikler gənc qalmağın sirləri qış tədarükü qonaq otaqi dizayni gözəllik məhsulları kosmetika meseller kahfe kali vətən haqqında bayatılar vətən həsrətinə aid bayatılar bir arzum var