Yuxusuzluq hesabına fasiləsiz seriallar izləyirsiniz?

Yuxusuzluq hesabına fasiləsiz seriallar izləyirsiniz?Bütün gün oturmaq, divanda, yataqda əyləşmək və hamının danışdığı Netflix-ə baxmaq İngilis dilində "binge-watch" adlanır. Yəqin ki, siz də edirsiniz. Ancaq siz tək deyilsiniz, xüsusən Covid-19 pandemiyası ilə gələn karantin səbəbiylə milyonlarla insan ekranlarının qarşısında televiziya seriallarını izləyir.
Serial, film platformalarında yeni üzvlərin sayı rekord qırır. Netflix üzvlərinin sayı 2020-ci ilin ilk rübündə 16 milyona çatdırdı. Üstəlik, bu rəqəmlər qeydə alınanda hələ karantin rejimi yox idi.
"The Radio Times"-ın sorğusuna görə, İngiltərə əhalisinin yarısı bir oturmada 8 saat ard-arda ən azı bir televiziya serialını izlədiklərini və bitirdiklərini söyləyib.
Bu vəziyyət sizə tanış görünsə, özünüzü də günahkar hiss edə bilərsiniz. Lakin, televiziya seriallarını bir-bir izləmək sizin günahınız deyil. Bir çox televiziya şouları və film platformaları sizə onları izlətdirmək üçün xüsusi texnikalardan istifadə edir.
"Bir gündə bütün mövsümü oturub seyr edə bilərəm" deyir televiziya tənqidçisi və yayımçısı Scott Byran. Ancaq "serialları ardıcıl olaraq izlədiyini" təsadüfən başladığını söyləyən Bryan, istehlakçıların bu sözlərlə aşağıdakı yolu keçdiyini söylədi:
"Neflix, insanların daha çox seriallarlı, buna daha əvvəl gördüyünüz "Friends" kimi seriallar da daxildir... Netflix çox ağıllı və hiyləgər şəkildə sizi daha çox seyr etməyə təşviq edir.
Yeni bir serial, film əlavə olunduğu andan etibarən çox sürətli işləyirlər, hansı fotoya daha çox diqqət yetirildiyini, niyə diqqəti çəkdiklərini araşdırırlar. Ayrıca hər bölümün sonunda avtomatik olaraq alt hissədə növbəti bölümü yükləyirlər. və budur, üç saat ərzində fərqinə varmadan bir seriala baxırsan".
Televiziya, film və televiziya yayım platformalarına  şirkətlərin əslində onları ard-arda izləmək üçün hazırladıqlarını bilirsinizmi?
Amma mənfi tərəfləri də var:
Bəzi mütəxəssislər televizoru çox uzun müddət seyr etməyin narahatlıq və depressiyaya səbəb ola biləcəyi xəbərdarlığını deyirlər.
Yaponiyadakı elm adamları, 2016-cı ildə bu vərdişin saatlarla oturmaq və ya yatmaq nəticəsində qan laxtalarının meydana gələ biləcəyini və ölümcül təsir göstərə biləcəyini söyləyib.
Psixoterapevt Dr. Hamira Riaz dalbadal bir neçə bölümlərə baxmağımızın sinir sistemlərimizə təsir etdiyini və yuxu rejimimizə mənfi təsir göstərdiyini bildirir:
"Ard-arda izləmək çox uzun müddət özünü yüksək miqyasda aktivləşdirmək deməkdir. Bu vəziyyətdən çıxmaq üçün də vaxt lazımdır."
Dr. Riaz ayrıca qətl kimi şiddətli məzmunun, xüsusən də sevdiyiniz personajın öldürülməsi kimi halların yuxulu sinir sisteminə və gecə yuxu rejiminə mənfi təsir edəcəyini söyləyir.
Bəs bizi daim seriallara geri qaytaran nədir?
Dr. Riaz "Özümüzü bir xarakterlə eyniləşdirdiyimiz zaman, bu sevgi hormonu oksitosinin artmasına səbəb olur və bir əlaqə qurulur. İndi o qədər məzmun var ki, ən azı bir xarakter var ki, eyni səyahətə davam edə biləcəyini düşünürsən."
Bu, münasibətlərimizi yaxşılaşdırmağa da kömək edə bilər:
İngiltərədəki gənclər arasında xüsusilə məşhur olan "Love Island" proqramını misal gətirək. Bu proqramda subaylar bəzi imtahanlardan keçərək onlar üçün ən uyğun insanı tapmağa çalışırlar.
2019-cu ildə Love Island proqramı başladığı zaman İngiltərədə ikiqat terapiyaya gedən cütlüklərin sayı 41% artdı.
Dr. Riazın sözlərinə görə, "Bir TV şousuna sona qədər baxsaq, duyğularımızı və münasibətlərimizi tənzimləməyə də vaxt tapırıq deməkdir".
Bir çox insan da maraqlandıqları televiziya şousuna emosional reaksiya inkişaf etdirir. Bu, xüsusən də sevdiyiniz personajla bir şey baş verəndə baş verir.
"Beynimiz gerçək hadisələrə qarşı aktivləşmə və xəyali hadisələrə qarşı aktivləşmə arasında fərq qoymur" deyə Dr. Riaz izah edir.
Məşhur mədəniyyət haqqında söhbətlərdən geri qalmamaq:
Serialları ardıcıl olaraq izləməyin başqa bir səbəbi qalmaq qorxusudur. Xüsusilə karantin dövründə.
"Mən gündə 10 saat televizor izlədim, bəyənmədim" deyir "Binge" interaktiv şousunun yaradıcısı Brian Lobel və niyə izlədiyini izah edir:
"Cəmiyyət arasındakı söhbətlərə daxil olmaq üçün izləyirlər. Düşünürəm ki, bəzi məzmunlardan məlumatlı olmaq üçün proqramları ardıcıl izləməyə sövq edən bir bağ var".
Brian bir-birinin ardınca serialları izləmək və "binge watch" bağlı mənfi fikirlərini də şərh etib:
"Bir də gördüm ki, insanlar nə qədər televizora baxdıqlarına görə utanırlar.
Məhsuldar olmadıqda xəcalət çəkirik və deyirik ki, altı saat televizora baxdım, çünki iş üçün istifadə etdiyim kompüterdəki beş fərqli pəncərədən başqa bir şeyə baxmalı idim.
Şounu izləyən milyonlarla insandan birisənsə, bu Brianın sözlərinə görə günah hissini azalda bilər:
"Biz "ardıcıl olaraq kitab oxumuşam" demirik, amma bizim nəslin ən yaxşı yazıçıları indi televiziya üçün yazırlar. Mən sizə serialları izləməyi dayandırmağı söyləycək son insanam". /BBC
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1437   Tarix: 21 may 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

kosmetika mehsullari geymler 2026 sac duzumleri hakista sozleri dil haqqında aforizmlər yuxuda balqabaq bakirəliyin pozulması kosmetika dieta xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır burcler haqqinda kokelmek azərbaycan