Zarina məzun oldu - FOTOLAR
Tanınmış aktrisa Zarina Qurbanova növbəti uğurunu izləyiciləri ilə bölüşüb.
azxeber.com xəbər verir ki, sənətçi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistratura pilləsi üzrə "Kino rejissorluğu" ixtisasında təhsilini uğurla başa vurub. Zarina Qurbanova bu münasibətlə sosial şəbəkə hesabında məzuniyyət mərasimindən görüntülər paylaşaraq sevincini izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Zarina Qurbanova "Komedixana" layihəsində canlandırdığı rəngarəng obrazlarla geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.
Aktrisa 2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində bakalavr təhsili alıb. Daha sonra, 2020-ci ildə Türkiyədə magistratura təhsilinə qəbul olsa da, müəyyən səbəblərdən təhsilini yarımçıq qoyub.
Aysel
















Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Məşhur aktyor 22 kilo arıqladı
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Bu qidalar beyin damarlarına zərər verə bilər
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun