Zeynəb Xanlarova danışdı: "Bir belə pul bu nazirə hardan gəlir?"

Zeynəb Xanlarova danışdı: "Bir belə pul bu nazirə hardan gəlir?"Xanim.az Milli Məclisin deputatı, Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın Modern.az-a verdiyi müsahibəni təqdim edir:

- Zeynəb xanım, bir müddət Milli Məclisdə sizi görə bilmədik... Bəziləri səhhətinizdə problemlər olduğunu deyirdilər...

- Xarici ölkədən təzə gəlmişəm. Mən olmayanda haqqımda çox söz danışırlar. Axı mənim də başım, dişim ağrıya bilər. Mən bəyəm insan deyiləm? Bir ay olmadım burda, xaricdəydim. Mənim konsertlərim olacaq. İzmir, Ankara, İstanbulda konsert verəcəm. Mən bunlarla məşğul oluram. Gəlib görürəm ki, uşaqlarım, gəlinlərim, nəvələrim qarışıb biri-birinə. Kimlərsə söz-söhbət düzəldiblər ki, Zeynəb Xanlarova xəstədir. Mətbuat niyə belə edir, axı? Nə olub, indi hamını öldürə-öldürə gedirsiniz. İndi də Zeynəb Xanlarovanı öldürmək istəyirsiniz?..

- İki gün öncə Azərbaycanı dünyaya yenidən tanıdacaq daha bir səs-küylü layihə gerçəkləşdi - Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı oldu... Bu haqda nə deyə bilərsiniz?

- Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsinə çox sevindim. Mübarək olsun! Mənim Prezidentim uzaqgörən, öz Vətənini sevən, öz vətəndaşlarına xidmət edən, yüksək intellekt sahibidir. Mənim Prezidentim dünyada öz sözünü deyən bir şəxsiyyətdir. O, bilir nə edir. Biz də Prezidentimizin getdiyi yol ilə gedirik. Mən siyasətdən uzaq adamam. Başqa nə sual versəniz, cavab verməyə hazıram. Bir dənə onu deyə bilərəm ki, sağlıqla olsun hər şey! Həm də müharibəsiz olsun! Sülh olsun! Türkiyədən açılışa gələn qonaqlar bizim dostlarımızdır. Hətta dostlarımız yox, qardaşlarımızdır.

Dünən televizordıkı açılış mərasiminə baxırdım. Orda Qars sözünü eşidəndə bilirsiniz yadıma nə düşdü? 1969 -cu ildə ilk azərbaycanlı olaraq Azərbaycandan Türkiyəyə səfər etmişəm, ilk dayanacağımız isə Qars olub. İndi Qars deyəndə duyğulandım ki, nə yaxşı yollar açıldı. İnsanlar daha rahat gedib-gələ biləcəklər.

- Madam ki, siyasətdən danışmaq istəmirsiniz, onda incəsənət sahəsinin problemlərindən bəhs edək. Bir çox sənətçilər gündəmə qalmaqalla gəlməyə çalışırlar...

- Sənətçi gündəmə sənətlə gəlməlidir. Eləcə də özünə hörmətlə, xalqa məhəbbətlə gəlməlidir. Sənət adamı ancaq özü üçün yaşamır. Çünki o, qiyməti xalqdan alır. Ona görə də xalqın qarşısında baş əyməlidir. Özlərini yuxarı qaldırmamalıdırlar. Bəzən deyrilər ki, "toyxana oxuyanları", nə bilim, nə... Amma bunlar axı toya getməsə, acından öləcək... Mən müəllim görmüşəm süpürgəçilik edir. Hərə bir şeydən qazanmalıdır, evini dolandırmalıdır.

- Sizin ifa etdiyiniz elə bir nəğmə yoxdur ki, könülləri oxşamasın, yaddaşlara yazılmasın? Amma müasir dövrün mahnıları tez unudulur, bunun səbəbi nə ilə bağlıdır?

- Nə bəsəkarlar bəstəkardırlar, nə də bəstədikləri mahnılar... İndi yaxşı bəstəkar qalmayıb. Yaxşı bəstəkarların hamısı gediblər, yaxşı mahnılar da... Hərə bir şey quraşdırıb oxuyur. Sonra da deyirlər ki, "toyxana.., bayağı mahnılar...". Yaxşı mahnı yazan yoxdu, yazan olsa, onlar da oxuyarlar.

Qara Qarayevi, Fikrət Əmirovu tapacaqsızmı? Bunlar hamısı getdilər. Yazanlar onlar idi. Cahangir Cahangirovun əsərləri var idi. Mənə desinlər ki, beş saat dayanmadan ifa et, edərəm. Danışmaqla aram yoxdu mənim.

Əslində hazırlaşmışdım ki, bu gün (dünən-red.) Milli Məclisin plenar iclasda yaxşı çıxış edim. Amma imkan olmadı. Gündə 5 dəfə "knopkanı" basırlar, xalqa da xeyri olmur o danışanların. İnanın ki, heç bir xeyri də yoxdu o danışıqların.

- Dediniz ki, Türkiyədən yeni qayıtmısınız. Səfər zamanı hansısa bir təsirli məqamlarla rastlaşdınızmı?

- Küçədə bir oğlan dayanıb şabalıd satırdı. Elə bil qan çəkdi. Hiss elədim ki, o, azərbaycanlıdır. Özümü o yerə qoymadım. Eynəkdə idim, soyuq olduğundan papaq da qoymuşdum. Yanımdakı qıza dedim ki, gəl şabalıd alaq. Çox gözəl oğlan idi. Şabalıd aldım. Amma pul almaq istəmədi bizdən. "Çox sağ olun, Zeynəb xanım" dedi. Çöhrəsi o qədər gözəl idi... 35-40 yaş arası olardı. Dedi Azərbaycandandır. Çox təsirləndim. Soyuqda tüstü gözlərinə dola-dola şabalıd qovururdu. Dedi ali təhsilli müəllimdir. İnsitutu bitirəndə xahiş edib ki, onu öz bölgəsinə göndərsinlər, müəllimlik etməyə. Amma pulu olmayıb deyə, işi də alınmayıb. İndi məcbur olun şabalıd satır. Həm də Türkiyədə. Dedi ki, "Zeynəb xanım, sabah burdan keçsəniz, onda görəcəksiniz ki, mənimlə birgə neçə həmyerlimiz burdadı. Atam-anam məni evləndirdi, indi ailəmi, uşağımı məcburiyyətdən qoyub gəlmışəm bura. Günə 10 manata işləyirəm."

Mən əziz Prezidentimlə görüşəndə mənə deyir ki, ən düz sözü sən söyləyirsən. Mən də deyirəm ki, xalqın içindən çıxmışam. Mən deməyim, sən demə... Bəs kim deyəcək? Axı mən millət vəkiliyəm... Millət vəkili...

- Yəqin ki, seçicilərinizdən sizə müraciətlər daxil olur...

- Seçicilərimlə bu yaxılarda görüşmüşəm. Onların işlərini mən elə burada, Milli Məclisdə həll edirəm. Gördüyüm işləri danışmağı xoşlamıram. Qoy, onu xalq desin.

- Sizcə indi ziyalı sözünə niyə az dəyər verilir?

- Bilrisiniz, sanki dəyərlər dəyişib. Ziyalı ac olmamalıdr. Həmişə çıxışlarımda da demişəm, alimə də, həkimə də, müəllimə də hörmət etmək lazımdır. Onların maaşı artırılmalıdır. Bağdan gəlirəm, şəhərin içi ilə. Deyirəm ay Allah, Bakı necə dəyişib? Sürücüm deyir ki, bu flan nazirin bağıdır, bu o biri nazirin villasıdır. Mən başa düşmürəm ki, bir belə pul bu nazirə hardan gəlir? Bu oliqarxlara pullar hardan axır?

Niyə bu məmurlar Prezidentimizdən nümunə götürmürlər. Təbii ki, böyük işlər görülür. Bunu bütün dünya bilir. Amma bəzi məmurlar öz cibləri üçün çalışırlar.

- Deputat kimi qaldırdığınız məsələlər öz həllini tapa bilirmi?

- Bilirsən necə tapır?.. Dırnaq içində... Bir müddət öncə Xəzər dənizinin hasarlanması ilə bağlı məsələ qaldırmışdım. Elə həmən hasardı, həmən də evlər. Kim söküb, kim dağıdıb, eləcə də qalıb. Onlar bünövrəni elə qurmayıblar ki, söksünlər də.

- SSRİ vaxtında dinin yasaq olduğunu söyləyirdilər. Amma o vaxt da dinlə məşğul olanlar az deyildi. Sizcə dinə sığınanlar o vaxt səmimi idi, yoxsa indi?

- İndi heç kimin vecinə də deyil. Bahalı maşınlar alıb verirlər uşaqlarına, adam da öldürürlər. Hər kəs öz işindədi... Bir mənim deməyimlə heç nə düzəlməyəcək. Əyri boyun düzələn deyil.

Demişdim də, hasarları söksünlər. Niyə eləmədilər? İndi kim başını bağlayır, özü istəyidir, ona nə demək olar... Çılpaq ki, gəzmir? Lüt ki, gəzmir... Başını örtür də, vəssalam!

- Əsrlərdən gələn milli adət-ənənələr sanki unudulur. Bunun səbəbini nədə görürsünüz?

- Bizim evdə unudulmayıb. Bir mənim deməyimlə bu məsələ həll olunmaz. Demişdim hasarları söksünlər, etmədilər. Mən nə deyim o zaman?

- İndi bəzi müğənnilər kriminal avtoritetlərlə dostluq edir. Bir neçə gün öncə Fədayə Laçın bu məsələ ilə bağlı həbs edildi. Buna münasibətiniz necədir?

- Olanını deyirəm, heç nədən çəkinmirəm. Mən də bir ailənin övladıyam. Özümü heç vaxt yüksəkdə tutmamışam. Ona görə də yüksəlmişəm.

Xəbərim yoxdu, vallah...O qızı deyirsiz həəə?? Fədayə Laçın. Fədayə yaxşı oxuyandır. Heyf... Nə oldu ona?? O, oxuyanda xoşum gəlir. Özü də deyəsən Zəngilandandır? Yoxsa yox, Laçın yadıma düşdü...

- Bütün dünya azərbaycanlıları tərəfindən sevilən şəxsiniz. Azərbaycan məmurları da sizə eyni münasibət sərgiləyirmi?

- Düzünü deyəcəm, harasa zəng edəndə laqeyidlik hiss etməmişəm. Hətta hörmət olaraq mənlə ayaq üstə danışırlar. Kimsənin haqqında pis deyə bilmərəm. Gərək o hörməti qazanasan. Əlbəttə, küçədə tum çırtlaya-çırtlaya gedəcəksənsə, sənə münasibət yaxşı olmayacaq. Hörmət olmayacaq. Gedin mənim evimə, camaat yığılır qapımın ağızına, keçəndə mənimlə görüşürlər. Mən o insanlar üçün yaşayıram.

- Prezident İlham Əliyevin imzaladığı sənədə uyğun olaraq gələn il cümhuriyyətin 100 illiyi dövlət səviyyəsində qeyd ediləcək. Zeynəb Xanlarova 100 illiyə mahnı həsr etmək barədə düşünürmü?

- Mənim

"Türkün qolu bükülməz,
Türkün gücü tükənməz,
Bir kərə qalxan bayraq,
Bir daha enməz, enməz!" mahnım var.

Canım mənim, məni siyasətə çəkmə...

Xəbərlər     Baxılıb: 2936   Tarix: 02 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

turlar.az

kosmetoloq kosmetika mehsullari toy gecesi ev dekorasiyası xəstəliklər mirzə ələkbər sabir satiraları buruq saclara qulluq kosmetika narin faydasi hakışdalar babasil seksi novruza aid hakista