Zobu olanlar bu məhsulları istifadə etsin

Zobu olanlar bu məhsulları istifadə etsinQalxanabənzər vəzin və ya tiroid vəzin yaxşı işləməsi üçün meyvə və tərəvəzdən çox istifadə edilməli, zülalla zəngin qidalar qəbul edilməlidir. Orqanizmin zəruri miqdarda zülal qəbul etməsi qalxanabənzər vəzin yaxşı işləməsini təmin edir.
Milli.Az sağlamolun.az-a istinadla xəbər verir ki, xüsusilə həftədə iki dəfə yağlı balıqla qidalanmaqla zəruri miqdarda Omeqa-3 yağ turşuları qəbul edilməlidir. Həddindən artıq karbohidratlı qida qəbulu və yağlı yeməklər qalxanabənzər vəzi üçün zərərlidir. Unlu və nişastalı qidalar da azaldılmalıdır.
Meyvə və tərəvəz ilə zəruri miqdarda A, C və E vitamini kimi antioksidan vitaminləri qəbul edənlərdə qalxanabənzər vəzin xərçənginə daha az rast gəlindiyi üçün çoxlu meyvə və tərəvəz yeyilməlidir.
Qara kələm, balqabaq, turp, ağ turp və gül kələmi kimi tərəvəzlər zob əmələ gətirmir. Bu səbəbdən onlardan rahatlıqda istifadə edilə bilər. Soya paxlasının zob əmələ gətirmə kimi bir təsiri olmamasına baxmayaraq, yod çatışmazlığı zamanı zobun yaranmasına səbəb ola bilər. Ölkəmizdə yod çatışmazlığı yüksək olduğundan, qalxanabənzər vəzinin sağlamlığını qorumaq üçün soya və soya tərkibli məhsulları çox istifadə etmək tövsiyə edilmir. Soyadan alınan İzoflavon prepartından menopauza zamanı ağırlaşmaları azaltmaq üçün tez-tez istifadə edilir. Əgər yod çatışmazlığınız varsa, İzoflavon preparatının zob və qalxanabənzər vəzi hormanlarında pozulmalara səbəb ola biləcəyini unutmayın.
Qalxanvari vəzimiz üçün əhəmiyyətli qidalardan biri müxtəlif meyvə və tərəvəzlərə rəng verən "flavonoid" adlı kimyəvi maddələrdir. Bunlar bizi xərçəng və ürək xəstəliklərindən qoruyur. Bu maddələr normal meyvə və tərəvəz ilə qəbul edildikdə, qalxanabənzər vəziyə heç bir zərər vermir, lakin dəstəkləyici preparatlarla (qenistein, kversetin kimi) həddindən artıq qəbul edildikdə, yodun qalxanabənzər vəz tərəfindən udulmasının qarşısını alaraq zobun yaranmasına səbəb ola bilər. Bitki tərkibli (herbal) dərmanlardan istifadə edərkən, onların tərkibində qenistein və kversetinin olmamasına diqqət yetirin.
Hindqozu, balıq və kətan toxumu qalxanabənzər vəzin yaxşı işləməsini təmin edir.
Kofein, alkoqol, siqarət və şəkər tozu qalxanabənzər vəzi üçün zərərli hesab olunur. Onlardan daha az istifadə edilməlidir.
Suların tərkibində xlor və flüorun həddindən artıq olması qalxanabənzər vəzinə zərər verdiyi üçün suda bu mineralların çox olmamasına diqqət yetirilməlidir. Xüsusilə fosfatlı gübrələrlə qarışmış suda xlorun miqdarı daha çox olur və zobun yaranmasına səbəb olur.
Dişlərin müalicəsi zamanı amalqam və civədən istifadə etməməkdə qalxanabənzər vəzin sağlamlığı üçün əhəmiyyət daşıyır.
Qalxanvari vəzi tərəfindən sintez edilən T4 hormonun T3 hormonuna çevrilməsində faydalı olan selen, sink, E vitamini və B6 vitamini tərkibli qidaların zəruri miqdarda qəbulu qalxanabənzər vəzin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1386   Tarix: 09 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

sac duzumleri makiyaj instagram yemek reseptleri gil maskalari sineye qulluq cemli piroq yay paltarlari kosmetika hüzeyir hacibəyov baldiza aid hakisda qadin.az vətənə aid bayatılar laylalar