"1 milyona lüt çəkiləcəmsə, Azərbaycana..." – Roza Zərgərli – VİDEO

"1 milyona lüt çəkiləcəmsə, Azərbaycana..." – Roza Zərgərli – VİDEO"ARB Ulduz"un "Şou məkan" verilişinin budəfəki müsahibi müğənni Roza Zərgərli olub.

Son zamanlar müğənni haqqında yayılan məlumatlar müğənnini o qədər özündən çıxarıb ki, o, həmin insanları cinayət məsuliyyəti ilə hədələyib:

"Çox vaxt deyirəm ki, əhəmiyyət verməyim heç nəyə. Artıq boş ver getsinlə iş bitmir. Kimsə başqasının şəxsiyyətinə zərər gətirirsə, artıq həmin şəxsi cinayət məsuliyyətinə cəlb etmək fikrimiz var. Bununla hüquqşünasımız məşğul olur".

Öz sərhədlərini yaxşı bilən ifaçı "Atəş" və "Qəmli nağıl" kliplərinin də zamanında çox müzakirə olunduğunu, lakin orda açıq-saçıq səhnələrin olmadığını dilə gətirib.

"Hər adam göbəyiaçıq efirə çıxa bilmirdi. Bizim göbəyimiz yox, belimiz görünürdü. Kriteriyanı saxlamışdım. İndi müğənnilərin əksəriyyəti real həyatda o cür gəzir. O vaxt rejissor Fuad Əlişov obraz olaraq bunu düşünmüşdü. O kliplərdə Azərbaycan xanımı üçün çərçivədən çıxan heç bir görüntü yox idi. İndi müğənnilər, adi insanlar real həyatda o cür gəzirlər. Biz bu sənətdəyiksə, bizim bu sənətə qurban verəcəklərimiz var. Hərə öz dərəcəsinə görə, öz ailəsinə, övladlarına görə addım atır".

Roza Zərgərliyə ünvanlanan "açıq-saçıq səhnələrə çəkilərsizmi" sualının ətarafında qopan qasırğalara ən real cavab da elə müğənninin özündən gəldi:

"Erotik səhnə çəkilsə, Azərbaycanda dəvət alsaz, çəkilərsizmi" sualını ünvanlayıblar, demişəm yox. Çünki erotika anlayışını burda başa düşən yoxdur. Əgər bir ssenari olarsa, əgər maraqlı, faciəvi sevgi hekayəsi olarsa, aktrisalıq istedadımı işə salıb ssenarini qəbul edib çəkilərəm".

Sevgi səhnələrinə çəkilmək təklif olunarsa, ssenariyə uyğun hərəkət edəcəyini söyləyən müğənni sənəti üçün lazımi addımları atacağını dedi.

"Mən bu sənətdəyəmsə, evdən niyə razı olmasınlar. İkinci bir tərəfdən ssenariyə də baxmaq lazımdır. Bəlkə, ssenaridə elə bir məqam var ki, mən onu edə bilmərəm. Biz "Qəmli nağıl" klipini çəkəndə model Rüstəm Cəbrayılov mənim dostum idi. Və onun klipdə obrazı canlandırması üçün bəlkə də, 30 kişi onu başa salırdı ki, nə etməlidir. Mənim ağırlığım onu narahat edirdi və o deyirdi ki, mən sizi sevə bilmirəm. Kadrda biz dostuq. Ancaq Rüstəm öhtəsindən gəldi".

Onun üçün heç bir məbləğin başgicəlləndiri olmadağını deyən Roza Zərgərli mənəviyyatını pula qurban verməyəcəyini söylədi.

"Elə bir məbləğ yoxdur ki, mən onun qarşısında aciz qalam. Bu həyatda mənəviyyatdan və mənim istəklərimdən daha böyük məbləğ yoxdur. Mən 1 milyon dollara Hollivudda hansısa filmə çəkilərəm. Ancaq əgər lüt çəkiləcəmsə, o zaman mənim Azərbaycana qayıtmağım var, ailəm var, övladlarım var. Mənim 38 yaşım var, 20 yaşım yoxdur ki, sənət üçün gedib bikinidə konsert verim. Hərənin öz statusu var. Elə cəmiyyətdə yaşayırıq ki, hamı bir-birini tanıyır. Mən övladlarıma da diqqətli olmalarını söyləyirəm".

Sifarişli şəkildə ünvanına böhtan yazılar yağdırıldığını deyən müğənni həmin adamların çirkin əməllərindən danışdı.

"Haqqımda çıxan yazılar sifarişli "reket" yazılarıdır. Həmin saytlar da pul tələb edir. Mən demişəm ki, gedin nə yazırsız, yazın. Mənim şəklim deyil, montaj olunub. Həmin yazıları silsinlər deyə heç kimə pul verilə bilməz. Həmin adamı çıxararam ortaya və deyərəm ki, yazan budur. Həmin adam dilənçiliklə məşğuldur. Necə ki, əl altdan yazırdılar, indi əl altdan üzrlə canlarını qurtara bilməyəcəklər. O video şəklində məndə gəlib üzr istəyəcək. Xalqımız da başa düşəcək ki, yazı yazan axıra qədər sözünü deyə bilirsə, deyəcək. Üzr istəyəcək və mənim haqqımda dediklərini özünə şamil edəcək.

Paparassilər öpüşüb görüşəndə elə bir məqamı tuta bilir ki, o, biabırçı görünür. Ancaq əslində elə deyil axı. Hansısa başqa bir adamın bədəninin üstünə mənim başımı qoyub montaj edib təqdim etmək isə şərdir. O adamlar buna görə cavab verəcəklər".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Xəbərlər     Baxılıb: 9294   Tarix: 13 iyun 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

turlar.az

gelinlikler geymler 2026 qaşların formalari qaragatin faydasi gözəllik və makiyaj dogum cantasinda ne olmalidir qazan kotleti hazirlanmasi kosmetika toy gecesı banan ziyafet geyimleri birlik haqqinda sperma