10 ayın gəlini Gülümsər İNTİHAR ETDİ - DƏHŞƏTLİ SƏBƏB
Türkiyənin Uşak rayonunda yoldaşıyla mübahisə edən 10 ayın gəlini olan 20 yaşlı Gülümsər Karahan ov tüfəngiylə özünü vurub.
Hadisə iki gün əvvəl şəhərin Atatürk məhəlləsi, Erdemir prospektindəki mənzildə baş verib. Yoldaşıyla mübahisə edən Gülümsər Karahan səhər saatlarında yataq otağında çənəsinin altına dayadığı ov tüfəngindən atəş açaraq intihar edib.
Xanim.az Milli.Az - a istinadən xəbər verir ki, valideynləri Gülümsər Karahanın qətlə yetirildiyini irəli sürərək şikayət ediblər. Bundan sonra nəzarətə alınan həyat yoldaşı S.Karahan ifadəsində "Saat 21.30 radələrində evə gəldim. Yoldaşımla aramızda qayınatamın evinə getməyə görə mübahisə yaşanıb. Gülümsər müzakirə sonrası yataq otağında, mən isə qonaq otağında yatdım. Saat 01:00 və ya 02:00 radələrində yoldaşımın tualetə getdiyini eşitdim. Sonrasını xatırlamıram. Səhər qalxdığımda yoldaşımı yataq otağında hərəkətsiz halda uzanıqlı vəziyyətd gördüm" deyib.
Silah səsini eşitmədiyini qeyd edən S.Karahan ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin