10 aylıq uşağın qidalanması

10 aylıq uşağın qidalanması10 aylıq uşağın qida rasionunun əsasını döşlə əmizdirmə, meyvə şirələri, sıyıqlar, pürelər və s. tutur. Həyatının birinci ilində uşaq üçün ən faydalı sayılan qida isə ana südü hesab edilir. Buna görə də az da olsa ana südü ilə uşağı əmizdirmək uşağın sağlamlığı üçün faydalı sayılır. Əgər ana südü yoxdursa o zaman onu əvəz edə biləcək keyfiyyətli süni qidlanma mütləq olmalıdır. Bu süni qidalanmanın növü və qəbul edilmə qaydası pediatr tərəfindən təyin edilir. Həyatının ilk ili uşağın ən çox enerjiyə, vitamilnlərə və minerallara ehtiyacı olan bir dövrü sayılır.
10 aylıq uşaq orqanizminin ana südündən başqa digər qidalara da ehtiycı olur. Bu qidalar uşağın həyatı üçün çox vacib sayılır. Bu dövrdə uşağın inkişafı, böyüməsi onun qəbul etdiyi qidalardan çox asılıdır. Uşağın fiziki inkişafı, boyunun, bədəninin, sağlamlığının vəziyyəti uşağın qəbul etdiyi qidalardan birbaşa asılı olur. Bunun üçün də uşaq orqanizminə daxil olan bütün qidalara diqqət yetirmək lazımdır.
10 aylıq uşağın qida rasionunda nələr olmalıdır?
10aylıq uşağın yaddaşı yaxşı işləyir və onun artıq ağlı formalaşmağa başlayıb. Normal balanslaşdırılmış qidalanma uşaqğın fiziki, əqli inkifafının irəliləməsinə səbəb olur. Buna görə də anaların çoxu 10 aylıq uşağının necə qidalanması barədə çox düşünürlər. Bu dövrdə uşağın qida rasionu nə qədər geniş olarsa uşaq üçün çox faydalıdır. Amma, uşağı qidalandıran zaman onun səhhətinə zərər verəcək, allergiyaya səbəb ola biləcək qidalardan uzaq durmaq lazımdır. Allergiyaya isə ən çox narıncı rəngdə olan qidalar səbəb olur.
10 aylıq uşağa balıq yedirmək olar, lakin uşağa yağsız balıq vermək lazımdır. Balığın tərkibində olan fosfor və amin turşuları uşağın zehni və əqli inkişafı üçün çox vacibdir. Amma, uşağa balıq yedirərkən onun allergiya verib-verməməsinə diqqət yetirmək lazımdır. 10 aylıq uşağa balıq həkimin məsləhəti ilə həftədə 1 dəfə 50 qram yedizdirilir. 10 aylıq uşaq gün ərzində 200 qram dənli bitkilərdən hazırlanmış sıyıq, 100 qram meyvə, 1 yumurta sarısının yarısı, 90-150 qram kefir, 15 qram ət yeyə bilər. Bu dövrdə uşağın əlinə çörəyin kənarını kəsib vermək olar.
10 aylıq uşaq gündə 4-5 dəfə əlavə qida qəbul eləməlidir. Mütəxəssislər 10 aylıq uşağa ardı-ardına iki növ qidanı yedizdirməyi məsləhət bilmir. Onlar hətta yemək qəbul etdikdən dərhal sonra su və ya çay, şirə içməyi də məsləhət bilmirlər. Azyalı uşağa qida verərkən qidalar arasında fasilə qoyulmalıdır.
10 aylıq uşağa fincandan çay içməyi öyrətmək lazımdır.
10 aylıq uşağa hansı qidaları vermək qadağandır?
Bu yaşda olan uşağa yağlı, hisə verilmiş, ədviyyatlı qidaları, konserva, kofe, şirniyyatlar, şokolad, konfet və tort vermək olmaz.
Hər bir uşağın müxtəlif qidalara qarşı müxtəlif reyaksiyalar olur. Buna görə də uşağı qidaladıran zaman onun qidalara qarşı verdiyi reaksiyanı nəzərə almaq və onun ağız dadına diqqət yetirmək lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1574   Tarix: 10 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

sac duzumleri qaşların formalari sade makiyaj sekilleri qəbizlik böyrək problemi ləkə üçün maskalar ana südü artırmaq kosmetika ikizler balıq tapmaca bakire qadin.az