Soyuq havada çay əvəzinə su içmək daha faydalıdır
Havaların soyuması ilə insanlar bədəni isidən içkilərə xüsusilə çaya daha çox üstünlük verirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, soyuq günlərdə çay əvəzinə su içmək orqanizm üçün daha faydalıdır.
Milli.Az xəbər verir ki, həkimlərin sözlərinə görə, soyuq havada bədən daha çox susuzlaşır. Bunun əsas səbəbi isə insanın soyuqda susuzluğu daha az hiss etməsidir. Bu səbəbdən gündəlik su qəbulu normadan aşağı düşür və orqanizm susuz qalır.
Qidalanma ekspertlərinin fikrincə, çay suyun yerini tam əvəz etmir:
Çay sidikqovucu təsirə malikdir, buna görə də orqanizmdən suyu daha tez xaric edir.
Suyun həzm sisteminə təsiri daha güclüdür -maddələr mübadiləsini aktivləşdirir və qəbizliyin qarşısını alır.
Su bədən temperaturunun tənzimlənməsinə kömək edir, soyuq hava şəraitində immuniteti gücləndirir.
Suyun istifadəsi baş ağrısı və yorğunluğun azalmasına səbəb olur, çünki beyin toxumaları susuzluğa həssasdır.
Həkimlər bildirirlər ki, hər çay içəndə su içildiyi düşünülməməlidir. Gün ərzində minimum 1,5-2 litr adi su qəbulu vacib sayılır. Xüsusilə qış aylarında otaqların quru havası və istilik sistemləri bədəndə su itkisinin artmasına gətirib çıxarır.
Mütəxəssislər soyuq havada günə bir stəkan isti su ilə başlamağı, gün ərzində isə fasilələrlə su içməyi tövsiyə edirlər. Bu, həm immuniteti gücləndirir, həm də bədəni soyuğa qarşı daha dayanıqlı edir.
Asya
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Ceki Çan və Devid Bekhem Çində bir arada
"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Azərbaycanlı musiqiçi intihar edib