100 yaşlı moda ikonu: "Niyə qonşunuz kimi geyinməyə çalışırsınız?

100 yaşlı moda ikonu: Ötən ilin sentyabrında Nyu-York Moda Həftəsində 100 yaşını təntənəli şəkildə qeyd edən Ayris Apfel deyir ki, özünü quru adlandıranların obrazlarını kor-koranə "kopyalayan" moda qurbanlarını izləmək sıxıcıdır. İnteryer dekoratoru, moda dizayneri və sadəcə qeyri-adi stil sahibi olan bu xanım trendlərə aldanmır. "Siz qonşunuza bənzəmirsiniz!" - deyə o, şiddətlə jest edərək və qüsursuz parlaq sarı manikürünü nümayiş etdirərək qışqırır və əlavə edir: "Bəs onda niyə onun kimi geyinməyə çalışırsınız? Stil vacibdir, amma o, daxildən gəlir. Odur ki, əvvəlcə kim olduğunuzu öyrənin, sonra zövqünüzə uyğun paltar seçin. Məsələn, lap əvvəldən bilirdim ki, heç də minimalist deyiləm və "aksesuar az olduqda belə çoxdur" ifadəsinin mənasını başa düşə bilmirdim. Təcrübə aparmağı sevirəm və heç vaxt ilham mənbəyimin adını çəkə bilmirəm. Mənim üçün həyat özü böyük bir ilham mənbəyidir".
Publika.az oxucuları 100 yaşlı moda ikonu Ayris Apfelin xarici mətbuata verdiyi son müsahibəsindən dəb dünyası haqqında fikirləri ilə tanış edir. 
Ayris eklektik, ekstravaqant bir insanın təcəssümüdür, heç vaxt köhnəlməyəcək və ya dəbdən düşməyəcək rəngli bir ruh! Onun obrazları ilk baxışda qəribə görünsə də, etiraf etməliyik ki, ətrafa inanılmaz enerji yükü yayır. "Özün ol və bu hissin hər saniyəsindən həzz al!" onun əsas şüarı budur. 
"H&M" ilə əməkdaşlıq etmək qərarına necə gəldiyini soruşduqda Ayris çiyinlərini çəkərək belə cavab verib: "Siz bunun kütləvi bazar brendi olduğunu nəzərdə tutursunuz? Birincisi, onlar da mənim kimi qorxmazdırlar və müxtəlif geyimləri sınamağa hazırdırlar. Odur ki, yaşlı qadınla işləməyə cəsarət etdilər. İkincisi, kim deyir ki, gözəllik və şarm bahalı olmalıdır? Sevimli geyimlərim inanılmaz pullara alınmayıb, amma bu, onları mənim üçün daha az dəyərli etmir. Şəxsi üslubunuza uyğun rənglər, fakturalar, kəsiklər, aksesuarlar və ahənglər axtarın, stilinizi kiçik kərpiclə tək-tək hörün, o, zamanla dəbdəbəli saray kimi böyüyəcək. Əgər aksesuarlardan sizə sadəcə üzük yaraşırsa, qoy elə də olsun" . 
100 yaşlı moda ikonu: Üst-üstə bir neçə rəngli boyunbağılar, iri broşlar, etnik ruhda bilərziklər taxmağı sevən Ayrisdən belə bir tövsiyə eşitmək qiymətlidir. Özü rənglərin içində itib-batmağı xoşlasa da, başqalarından eyni addımı tələb etmir. Apfelin sevimli predmetləri arasında həcmli və gözəçarpan detallar üstünlük təşkil edir. O, bu seçimini onunla izah edir ki, çox yer tutan şeyləri sevir və onlar öz sahibini olduğundan daha vacib hiss etdirirlər.
Ayris həm də güclü yumor sahibidir. "Ümumiyyətlə, əminəm ki, yumor bəşəriyyətin ən mühüm ixtirasıdır. Ancaq orada hər cür mənasız "ha ha" deyil, həyatda bizi əhatə edən hər şeyə diqqətli münasibət yatır və bu, daha tragikdir. Yumor hissi ilə silahlanaraq hər şeyin öhdəsindən gələ bilərsiniz - qocalıqla, xəstəliklərlə, hətta indi Moda Həftələrində nümayiş olun fasonlarla. İnanın, yüz ildən artıqdır ki, mən dünyada bu prinsiplə yaşayıram" , - ikon nənə son müsahibəsində gənclərə müraciətində deyib. 

Maraqlı     Baxılıb: 2787   Tarix: 08 aprel 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

turlar.az

gozel gorunmek qadın geyimi yay geyimləri 2026 yay koftalari qidalandirici maskalar estetik gözəllik cadudan qorunma kosmetika hakista hakıştalar oğlan evine aid hakisda xeyanet qardasa aid haxistalar