11 saat narkoz altında qalan məşhur müğənnimiz TANINMAZ HALA DÜŞDÜ - VİDEO - FOTO
Azərbaycanlı müğənni Bahar Lətifqızı əməliyyat olunmasından danışıb. Lent.az-ın məlumatına görə, "APA TV"-nin "Show time" verilişinə qonaq olan ifaçı bildirib ki, əməliyyatdan sonra 18 kilo çəki atıb: "Bu yaxınlarda əməliyyat olundum. 76 kilo idim, indi 58 kiloya düşmüşəm. Bu əməliyyatla piylərim çıxarıldı. Artıq hər şey yaxşıdı. Artıq kilodan əziyyət çəkirdim. Acgözəm, boynuma alıram. Çox yeyirdim. Vaxtında o qədər yemək yeməmişəm deyə, indi çox yeyirəm. ( gülür) Biz görmüşük ki, insan bir alma yeyər, kifayətlənər. Amma mən 5 alma yeməsəm, doymuram. Əməliyyat vasitəsi ilə mədəmi kiçiltmədim, sadəcə piylərdən qurtuldum. Düz 11 saat narkozda qaldım, 6 saat da əməliyyatım çəkdi. Əməliyyat zamanı çəkdiyim o ağrıları indi düşünüb, nəfsimə güc gəlirəm. Elə bilirdim ki, nəfsimi qoruya bilmərəm. İnsan hər əziyyətə qatlaşa bilər. Hərçənd mənim uşaqlığım çətin keçib, amma mən bunu indi anladım".













Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin