12 il həbs cəzası alan məşhurun oğlu azadlığa buraxıldı - FOTO
Yeni apellyasiya şikayətinə baxılana qədər Edinyonun sərbəst buraxılmasına qərar verilib
Əfsanəvi futbolçu Pelenin oğlu Edinyo həbsdən azad edilib. İstiPress-in məlumatına görə, braziliyalı müvəqqəti olaraq, azadlığa buraxılıb.
Əfsanəvi futbolçunun oğlu həbs olundu
Yeni apellyasiya şikayətinə baxılana qədər Edinyonun sərbəst buraxılmasına qərar verilib. 2014-cü ilin yayında Edinyoya narkobizneslə məşğul olmaq və çirkli pulların "yuyulması" səbəbindən 33 il azadlıqdan məhrum edilmə cəzası verilmişdi. Lakin Pelenin oğlu bununla razılaşmayaraq, apellyasiya şikayəti vermişdi. Nəticədə onun cəzasının müddəti 12 il 10 aya endirilmişdi.
Fevralın 24-də Edinyo Santos ştatının San-Paulo şəhərində polis bölməsinə aparılıb. Onun türməyə göndəriləcəyi gözlənilsə də, vəkili yeni apellyasiya şikayəti verərək, Edinyonun daha bir müddətə azadlıqda qalmasına nail olub. Pelenin oğlu növbəti dəfə açıqlamasında günahkar olmadığını bildirib: "Özümü bitmiş hiss edirəm. Böyük məyusluq hissi keçirirəm. Çünki günahım yoxdu. Adımı çirkli pulların "yuyulmasında" hallandırırlar, amma belə şey etməmişəm". Qeyd edək ki, Edino futbolçu karyerasının bitirdikdən sonra atasının keçmiş klubu "Santos"da qapıçılarla işləyən məşqçi və köməkçi məşqçi kimi çalışıb.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Hər iki ailəm xəyanətə görə dağılıb' - Aysun
Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər
Fillip Alla Puqaçovanın kukla kolleksiyasını yığır
Eldəniz Məmmədov baba oldu
Nuranın "Avroviziya" arzusu
Siqaretdən 10 qat daha zərərli: Hər evdə var
Məşhur azərbaycanlı aktrisa ana olacaq
Avropa İttifaqı Timatiyə sanksiya tətbiq etdi - SƏBƏB
Böyrək çatışmazlığına səbəb olan 6 QİDA
Kanye Vest Türkiyədə dünya rekordu qıracaq