14 yaşlı qızı qaçıran şəxs: "Onu yas mərasimində gördüm, xoşum gəldi..."

14 yaşlı qızı qaçıran şəxs: "Onu yas mərasimində gördüm, xoşum gəldi..."Şəki Apellyasiya Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Rəşad Hacıyevin barəsində olan bərəat hökmündən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Xanim.az-ın "Report"a istinadən məlumatına görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

İttiham aktına əsasən, Şəki rayon sakini R.Hacıyev 2015-ci il sentyabrın 27-dən 28-nə keçən gecə sevdiyi, yetkinlik yaşına çatmayan, 2001-ci il təvəllüdlü Günay Məmmədovanı (adı şərtidir) dini nikaha girib, evlənmək məqsədi ilə qaçırıb. O, G.Məmmədovanı Şəki rayonunun Aran kəndindən özünün yaşadığı qonşu Cəfərabad kəndində əmisi Cavanşir Hacıyevin evinə aparıb. R.Hacıyev polis əməkdaşlarının onları axtarmasını görüb G.Məmmədova ilə birlikdə evin pəncərəsindən qaçıb.

Məhkəmə iclasında R.Hacıyev ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilmədiyini deyib. O ifadəsində göstərib ki, G.Məmmədovanı ilk dəfə hadisədən iki il qabaq dostu Sərxanın atasının ildönümü ilə bağlı keçirilmiş yas mərasimində görüb:

"Həmin qızdan xoşum gəldiyi üçün ona yanaşıb, kim olması ilə maraqlandım. Mənə məlum oldu ki, həmin qız dostum Sərxanın baldızıdır. Bundan sonra telefon nömrəmi qıza verdim. Təxminən bir ay sonra Günay qardaşı İbrahimin nömrəsi ilə mənə zəng vurub danışdı. Günayı sevdiyimi və onunla gələcəkdə evlənmək istədiyimi dostum Sərxana bildirdim. Sərxan isə qıza elçi göndərməyimi məsləhət gördü. Hətta bir dəfə Sərxanla birlikdə Günaygilə getdim. Son hadisədən təxminən bir ay əvvəl mobil telefonla danışan zaman Günay bidirdi ki, onu mənə verməyəcəklər. O, "məni Gəncə şəhərində olan başqa qohumlarıma vermək istəyirlər, mən səndən başqa heç kəslə ailə həyatı qurmaq istəmirəm" dedi. Sonra Günay onu qaçırmağımı istədi. Əvvəl Günayın bu təklifi ilə razılaşmadım, yaşının hələ az olduğunu və onu qaçıracağım halda, problem olacağını izah etməyə çalışdım".

R.Hacıyev qeyd edib ki, daha sonra G.Məmmədova ilə razılaşıb, onu qaçırmaq qərarına gəlib:

"Həmin gün saat 20:00 radələrində Bakı şəhərində taksiyə minib, Şəkiyə, oradan isə rayonun Cəfərabad kəndinə gəldim. Tanışım, taksi sürücüsü Elşada Aran kəndinə aparmağı təklif etdim. Sonra onunla birgə həmin kəndə getdik. Gecə saat 02:00 radələrində Günay telefonundan mənə zəng etdi. O, mənə "hamı yatdı, mən çıxıram, sahədə gözlə" dedi. Bir az sonra Günay həmin sahəyə gəldi və avtomobilə minib Elşada maşını Sərxangilə sürməyi söylədim. Cəfərabad kəndinin ortasında, Günayın bacısının evlərinin yaxınlığında maşından düşüb, çöllük sahəyə gedib, səhərədək orda qaldıq. Ertəsi gün isə günorta saatlarında Günayı həmin kənddə yaşayan əmimin evinə apardım. Bizi əmim arvadı Şərafət qarşıladı. O, məndən həmin qızın kim olduğunu soruşdu. Əmimin yoldaşına bildirdm ki, "istədiyim qızdır, qaçırmışam". Təxminən 15-20 dəqiqə ərzində əmimgildə olarkən birdən evin qarşısına polis maşınının gəldiyini gördük. Həmin vaxt biz evin pəncərəsindən küçəyə tullanıb, üzü sahəyə doğru qaçdıq".

Onun sözlərinə görə, G.Məmmədova ilə birlikdə Kolaxlı kəndinin içərisindən keçib, "Dörd göz" adlanan gölə kimi yol gediblər:

"Təxminən 3-4 saat orada oturub, aranın sakitləşməsini gözlədik, lakin sonra Günaya evlərinə qayıtmağı məsləhət bildim. Onu çətinliklə razı saldım. Birgə geriyə qayıdan vaxt biz Günayın bacısı və onun əri Sərxanla qarşılaşdıq. Günaya heç bir təsir göstərməmişəm və onu zorla qaçırmamışdım".

Məhkəmə iclasında qanuni nümayəndənin və pedaqoqun iştirakı ilə dindirilən zərərçəkmiş G.Məmmədova ifadəsində göstərib ki, o, R.Hacıyevi ilk dəfə bacısının qayınatasının yas mərasimində görüb:

"Rəşad yas mərasimində mənə yaxınlaşıb salam verdi. Sonra məndən xoşu gəldiyini və sevdiyini bildirdi. Ona "fikirləşib bir söz deyərəm" cavabını verdim. Həmin gün Rəşad mobil telefon nömrəsini mənə verdi. Mənim də Rəşaddan xoşum gəlib. Daha sonra Rəşadı ara-sıra bacımgildə gördüm. Rəşadın 14 yaşım olmasından məlumatı olub. Ona bu barədə həm mən, həm də Sərxan deyib. Rəşad bu barədə bacıma və onun əri Sərxana da danışıb. Onunla həmişə qardaşım İbrahimin telefonu ilə əlaqə saxlamışdım. Bu barədə anam da bildi və o, söz etmişdi. Anam demişdi ki, "hələ yaşın azdır". Rəşada anamın məni qohumlarımızdan birinin oğluna ərə verəcəyini bildirdim. Ondan məni qaçırmağını istədim. O, əvvəl yaşımın az olduğunu deyərək razı olmadı. Evdən çıxmağa hazırlaşarkən doğum haqqında şəhadətnaməni özümlə götürdüm. Rəşadla qaçandan sonra onun əmisigilə getdik. Orada olanda isə evə polis gəldi. Bu zaman onunla birgə evin pəncərəsindən qaçıb getdik".

G.Məmmədova dindirilərkən bildirib ki, R.Hacıyevin təkidi ilə evlərinə qayıtmağa razılıq verib.

"Geriyə qayıdarkən bacım və onun əri Sərxanla qarşılaşdıq. Sonra polis əməkdaşlarının yanına getdik. Həmin gün axşam saatlarında polis əməkdaşları bizi oradan polis şöbəsinə apardılar. Rəşadı sevdiyim üçün könüllü olaraq ona qoşulub qaçmışam. Onun bu işdə heç bir təqsiri olmayıb. Rəşada qarşı heç bir şikayət və tələbim yoxdur".

Qeyd edək ki, R.Hacıyev Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, bu Məcəllənin 144.1 və 144.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli hökmü ilə R.Hacıyevin barəsində bəraət hökmü çıxarılıb.

Xəbərlər     Baxılıb: 2373   Tarix: 12 iyun 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

turlar.az

gelinlikler geymler 2026 qaşların formalari qaragatin faydasi gözəllik və makiyaj dogum cantasinda ne olmalidir qazan kotleti hazirlanmasi kosmetika toy gecesı banan ziyafet geyimleri birlik haqqinda sperma